Çap

14 - İstiqlal üçün savaşmaq hünərdir

İstiqlal üçün savaşmaq hünərdir.

348

Verilən haqqı almaq hünər deyil

Dil savaşına dalmaq hünər deyil

Bağımlı millət qalmaq hünər deyil

İstiqlal haqqını almaq hünərdir

Bütövləşdiməyə dalmaq hünərdir

349

Talaq haqqını satmaq hünər deyil

Fars naxırına qatmaq hünər deyil

Sağılıb yeyib yatmaq hünər deyil

Haqqını alıb qorumaq hünərdir

Yoxsa kökündən qurumaq hünərdir

350

Farsın dadına çatmaq hünər deyil

Talaq haqqını satmaq hünər deyil

Böyük günaha batmaq hünər deyil

Federalizmi ifşa etmək hünərdir

Milli istiqlala yetmək hünərdir

351

Zülmü yasallaşdırmaq hünər deyil

Çağa uyğunlaşdırmaq hünər deyil

Boynu yoğunlaşdırmaq hüner deyil

Zülümün kökünü qazmaq hünərdir

Federalizmə qarşı yazmaq hünərdir

352

Ordusuz dövlət qurmaq hünər deyil

Cavabsız sorğu sormaq hünər deyil

Tankı daş ilə vurmaq hünər deyil

Vaxtinda haqqını almaq hünərdir

Kötək ilə yola salmaq hünərdir

353

Vədələrə inanmaq hünər deyil

Şəhid verib sınanmaq hünər deyil

Firqə təkin qınanmaq hünər deyil

İstiqlalı qınamamaq hünərdir

Sınanmışı sınamamaq hünərdir

354

“Xər” deyənə “xər” demək hünər deyil

Söyüşlərini yemək hünər deyil

Boşa çıxacaq əmək hünər deyil

“A” deyilsə “z”eyi qanmaq hünərdir

Düşmənləri düşmən sanmaq hünərdir

355

Federalizm üçün ölmək hünər deyil

Talaq haqqını bölmək hünər deyil

Boşuna deyib-gülmək hünər deyil

İstiqlal üçün savaşmaq hünərdir

Farsa yox, Türkə yaraşmaq hünərdir

356

Fars sazına oynamaq hünər deyil

Qazanında qaynamaq hünər deyil

Saqqızını çeynəmək hünər deyil

Otaranları otarmaq hünərdir

Azərbaycanı qurtarmaq hünərdir.

02.04.2005