Çap

5 - İşqala bais olan dərdə salmaz.

    İşqala bais olan dərdə salmaz,

266

Ədalətin sözünə baxan yoxdur,
Gözüyaşlı Araz tək axan yoxdur,
Erməni təkin Türkü yaxan yoxdur.
     Vətəni işqaldan qurtarmaq borcdur,
     Düşmən təkin silahlanmamaq suçdur.

267

Silahlandırıb savaşa dalan yox,
Ağlar Qarabağı geri alan yox,
Bir milyon qaçqını yada salan yox.
     Amerika hər gün Bakıya gedir,
     Ucuz neftdən karını hesab edir.

268

Amerika ilə Rusya savaşır,
Yüz yirmi min Erməniyə yanaşır,
Azərbaycanın canına daraşır,
     Rusya Erməniyə torpaq qazanır,
     Amerika neftli yataq qazanır.

269

Uduzan Rus Azərbaycanı bölür,
Türk xalqı yurdundan qovulur ölür,
Udan Amerika sevinir gülür.
     Amerika deyir Türk ölür ölsün,
     Mənə neft olsun satım cibim dolsun.

270

Rusya işqalçının dərdini çözür,
Azərbaycanlı dərd içində üzür,
Silahlanmaq umudu ilə dözür.
     Amerika neft imtiyazı alır,
     Türkə silah satmayır, dərdə salır.

271

Azərbaycan Rusyadan yana olsa,
Rusya Azərbaycanı satmaz Farsa,
İstər bütövləşə, dost ola Rusa.
     İşqala bais olan dərdə salmaz,
     İşqalçı Erməniyə ... çəpik çalmaz.
    (Araz ~ bütöv Azərbaycan)

Otayın silahı yoxdur savaşa,
Silahsız Araz coşa bilməz daşa,
Daşsa ayrılıq ömrü çatar başa.
     Silahlansa fəsx olar Türkmənçay,
     Bütövləşər həsrətli otay butay.

Ay Ömərqulu!
İnanma Rusqulu hakimiyetə,
Savaşı uğradar məğlubiyyətə.
     (Deməyin demədilər.)

273

Haqq söz söylə ki, dinə bilməsinlər,
Ağıllandır ki, minə bilməsinlər,
Silahlandır ki, yenə bilməsinlər.
     Alçağı əlbəttə uşaq da minər,
     Miniş verilməsə minən də enər.

274

Azərbaycan İrandan ayrılacaq
Bütövləşdirən körpü qayrılacaq
Gərəkirsə qılınclar siyriləcək
     Çalıb-oynadmayana dəf verməzlər
     Silahlandırmayana neft vərməzlər.

20.07.2004  Baltacı Araz