1 - “Otay-butay vətəndir”
“Otay-butay vətəndir”
adlı sunduğum bu vətən borcumu uluxalqımızın bütöv Azərbaycan arzusunu, istəyini yansıdan,və yurdsevər ürəklərdə bütöv Azərbaycan bayrağını dalğalandıran gülüstan poemasının yaradıcısı olan ölməz xalq şairimiz Bəxtiyar müəllim Vahabzadəyə ithaf etməkilə birlikdə minnətdarlığımı bildirirəm.
Baltacı Araz
Bəxtyar müəllim duyğulandırır,
Vətən dərdi ilə qayğılandırır,
Bayrağı ürəkdə dalğalandırır.
Sən ürəkləri oyad, mən beyini,
Oyanan xalq qurtarar hər şeyini.
_______________________________
Hər kəs hər nə yazıb, yaxud da deyib,
Nələri düzəldib, yaxud da əyib,
Hansı tarixdə, harda dərdə dəyib,
Hər şeyin nə olduğu bəsbəllidir,
Bax gör kim yalaçıdır? Kim millidir?
Sən dedinişqal edib Fars, Erməni,
Oyad ki, qurtara bilə vətəni,
Böyləmi qarşılayacaqdın məni?
(Ki tanıya bilməyə iç düşməni.)
Arazı boykot edənə ... ar olsun!
Boykotçuluğun cəzası dar olsun!
Turançı Türkə bu kitab yar olsun!
Boykotçu Türk arazizmini yaymaz,
Özünü saymayanı kimsə saymaz. (Boykotçuya güvənilməz.)
* * * * * * * * * * * * * * * * * *
Tanıtmasam tanıtmazlar. (Tanıyanı yanıltmazlar.)
(Rəiyyət ilə ağıl azdıran populist “alçaq könüllü” olar.)
Bu əsər istiqlalın kitabıdır
Hər bəndi bir sorğunun cavabıdır
Bu əsər milli şüuru becərib (Bəsləyərək yetişdirib.)
Siyasıelmləri də içərib
Bu əsər keçmişin təcrübəsidir
Alınan dərslərin “ucubə”sidir
Bu əsər də öz yerini bulacaq
Dəyəri get-gedə bəlli olacaq
Bu əsəri yaşadan millət ölməz
Yurdu bölünməz, milli kölə olmaz
Bu əsər xalqıma yol göstərəcək
İç və dış düşmənə qan qusduracaq
Bu əsər taysız tarixsəl olaydır
Boykotçuları anlamaq qolaydır
Bu əsəri tanıdan yayan yoxdur
Çünkü düşmənlərə xətəri çoxdur
Bu əsər deyib ki, neylə qınanma
Şüurdan qorxan “lider”ə inanma
Bu əsərda nə axtarsan bularsan “Axtaran tapar.”
Silahlansan ideoloq olarsan
Bu əsəri yedir milli savaşa
Ki başa gələnlər gəlməyə başa
Bu əsər qızıl sunan xəzinədir
Qızılçı anlayar ki, qızıl nədır
Arazizm Türkün milli məktəbidir
İstiqlal savaşının tələbidir.