26 - Dostu tənqid edərlər, Düşməni xar.
Dostu tənqid edərlər,
Düşməni xar.
Hər devrimə gərəkdiyi təkin, milli inqilaba da
çağdaş lider, çağdaş ideolog lazımdır.
475 Bu günün yarını var.
Elçibəy peyqəmbərləri aradır
Dinçiliyə fikri taban yaradır (taban ~ zəmin)
Çağdaş dünyanın qanını qaraldır
İrticanın saqqızını çeynəmə!
... Qadının yazqısı ilə oynama!
Liderlər bilirlər ki:
Taktik stratejisindən asılı olmalıdır.
Nəticə səbəbinin məhsuludur.
476 Ayə ibtal edən dinçi sayılmaz.
Nə qədər ki, Elçibəy bütövçüdür
O qədər də Araz Elçibəyçidir*
Nə yazıq ki, Elçibəy də dinçidir
Diçi quran göstərən yolu gedər <<<
Qadın ilə rəiyyəti qul edər
Baş qaldıran qulu it təkin didər**
*- Son aylarda yayılan Elçibəyin kasetlərindən bəlli oldu.
**- O cümlədən surə 9, ayə 5:
Haram aylar (onlara möhlət verilmiş zülhiccə, mə-
hərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrik-
ləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın,
həbs (mühasirə) edin və bütün yollarını-keçidlərini
tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat
versələr, onları sərbəst buraxın (işiniz olmasın). ...
(Yəni, çalıb-çapmaq üçün iradə öldür, asimilə et! - Araz)
477 *- Əzilənlərin lideri deyil.
Elçibəyin savadı çağdaş deyil
Elçibəy çağdaş ilə yoldaş deyil
Elçibəy bacısına qardaş deyil*
Elçibəy bütöv azərbaycançıdır
Qadın düşməni təkin yalançıdır
(Yəni peyqəmbər təkin yalançıdır(
478 Tanrının Tanrısı kimdir?
Bəxtiyar Allahı öyən şer yazdı
Çirkini bəzədi, özü lüt gəzdi
Çünkü ərbabın hovuzunda üzdü
Allahı yenidən qayırmaq olmaz
... Nisa surəsindən ayırmaq olmaz*
*- Geriçini buraxsan öz halına
Yanarsan əl-obanın əhvalına
479
Bəxtiyar Allahı adil tanıtdı
Demək ki, nisa sinfini yanıltdı
(Qadın ilə rəiyyəti yanıltdı)
Olmaya ... Ayişələri ... unutdu
Ki doqquz yaşlı gərdəkdə mələyə
Möcüzlərin gözündən yaş ələyə*
*- Möcüzün “Gəlin” adlı şeirinə baxınız!
Allah acımaz doqquz yaşlı qıza,
Araz haqlıdır Bəxtiyara qıza.
480
Tanrı qotur keçinin lap özüdür
Su içdiyi yer bulağın gözüdür
Xəstə etdiyi qoyundur, quzudur
Allah yazqı haqqı verməyib bizə
Qadını qul edib erkəkə, hizə
Ki baş qaldıranı yedirə közə
481 *- Bəxtiyar müəlim təkin.
İslam dini əxlaqiyyatı pozar
Dörd arvad haqqı olan erkək azar
Qardaş qədər pay almayan qız qızar
Tənqid haqqı olmayan pisi bəzər*
Ayrı seçkilikdən insanlıq bezər**
Qadın yazqı yazsa quranı pozar <<<
İslamın quranı ana yasadır
Qurbanı rəiyyət ilə nisadır
*- Surə 17, ayə 21. Surə 43, ayə 32. Surə 16, ayə 71.
Feodalizmin anayasası olan Quran, qadın ilə
rəiyyətə yox, bəlkə kəndxanı ilə bazarxanına
(bəzirgana) müqəddəsdir.
482 *- Aydın oyadar, uyutmaz.
İslam Azərbaycanı işqal etdi
Müslim etdiyi qadını qul etdi
(Tümrüs qızını erkəkə qul etdi)
Qul olmayanıyandırdı kül etdi <
Geriçi yoldan geri qayıdarlar
Azdırılmış kütləni ayıdarlar*
483.
Bəxtiyar sevdirir zalım Allahı*
Ki haqlı çıxara molla Pənahı
Molla Pənahdan yana hizbollahı
“Yerdə qala” məzlum qadının ahı
Sağlam baş zalım önündə əyilməz**
Yaxşıya pis, pisə yaxşı deyilməz
“Həm axırdan, həm torbadan yeyilməz”
*- Hər bir sözün siyası anlamı var,
O anlamı kəşf edə bilməz davar.
**- Uşaq anasından “xəstə” doğular, (xəstə ~ heyvan)
Çəkdiyi zəhmətlər qədər sağalar.
Dərəbəylik kültüründən arınmamış Bəxtiyar müəllim!
27.11.2007 tarixində “İctimai” adlı Televiziyon kanal-
ından yapıcı tənqidimə, yıxıcı cavabınızı dinlədiqdən
sonra, sizin yerinizə mən utandım. ...
Bəxtiyar müəllim, “Ağıl yaşda olmaz, başda olar.”. Araz
484
Araz bütövçülərin yolçusudur
Burjuvazı sinfinin solçusudur
Azərbaycan xalqının ölçüsüdür*
Hər kəsin yaxşı-pis özəlliyi var**
Dostu ələşdirərlər, düşməni xar.
*- İnanmasan, tarix ilə teorudan sor!
**- Elə ona görədir ki,
Araz “vətən” şeirinə can vəqf edib,
Bəxtiyar müəllimə ithaf edib.
22.08.2007