Çap

23 - Toplum malik olsa kim zərər edər?

Toplum malik olsa kim zərər edər?

452           “El gücü, sel gücü.”

Toplum malik olsa sərmayələrə

Qazancıyla əl tapar qayələrə

Yəni bənzəməz kiçik yiyələrə

Toplum malik olsa kim zərər edər?

453

Toplum malik olsa, yazıq ağalar

Zəncirəli traktorlar çoxalər

İş gücü gəlişər, qarın toxalar

Toplum malik olsa kim zərər edər?

454

Toplum malik olsa kənd də dəyişər

Şəhərə dönüşmək üçün gəlişər

Çox az müddətdə hədəfə irişər

Toplum malik olsa kim zərər edər?

455

Toplum malik olsa kəndə, şəhərə

Fərq qoymaz kəndi ilə Əhərə

Olanaqlı yaşam dönməz zəhərə

Toplum malik olsa kim zərər edər?

456

Toplum malik olsa məhsul bol olar

Daşınması üçün dəmiryol olar

Özəl mülkiyyətin yolu çal olar

Toplum malik olsa kim zərər edər?

457

Toplum malik olsa əkin yerinə

İşçi sahib çıxar alın tərinə

(Tarla deyil ki, kar verə ərinə)

Toplum malik olsa, kim zərər edər?

458        *- Narkotik tacirlərinə

Toplum malik olsa işdən atılmaz

İşsizlikdən qaçaqçıya satılmaz*

... Urusbu sürülərinə qatılmaz

Toplum malik olsa kim zərər edər?

459

Toplum malik olsa məhsul bol olar

Az qazanclı patron işçisiz qalar

İşçisiz patron kommunda iş bular

Toplum malik olsa kim zərər edər?

460

Toplum malik olsa kirəli evə

Evsizinə ev verər sevə-sevə

Evin yıpranması aldırar kirə

Toplum malik olsa kim zərər edər?

461

Toplum malik olsa ölkə gəlişər

Rəqabət bazarlarında yarışar

Kim sevinər? Kim od tutub-alışar?

Toplum malik olsa kim zərər edər?

30.09.2005