Çap

22 - Dövlətin forması nə olmalıdı?

        Dövlətin

forması nə olmalıdı?

442

İstiqlal alınan günün sonrası

Nə olmalıdır rejimin forması?

Hansı formadan yana demokrası?*

Rejimin forması nə olmalıdır?

 

      *- Kapıtalizmin demokrasisi iş gücündən qazanıl-

mış sərmayələrin kollektivləşməsindan yana

referandoma sərbəstlik haqqı verərmi?

443

Tacirin sinfsəl dini islamdır,

Qurbanı xalqın yarısı madamdır,

Düşünmək haqqından yoxsun adamdır.

Dövlətin forması nə olmalıdır?

444

Yeni məzmun yeni forma diləyər

Heç bir refom yağa bilmz, çiləyər

Alışdırmaq üçün odu piləyər

Məzmunun forması nə olmalıdır?

445

Köhnə forma inkişafı durdurar

Feodal yapılı rejim qurdurar

Asimilə etmək üçün burdurar

Rejimin forması nə olmalıdır?

446

Kollektivçilik də bir növ formadı

Sən bildir topluma, bəlkə qurmadı

Deməyə ki, niyə məndən sormadı?

Dövlətin forması nə olmalıdır?

447

Kollektiv düzəndə işləyən yeyər

Çünkü mülkiyyət sosyal donu geyər

“Sinfi sömürüyə son verin!” deyər

Dövlətin forması nə olmalıdır?

448

Gərçək sosyalizm haqdan asılıdır

Sərvət yaradıcının məhsuludur

Geri qaytarmaq onun üsuludur

Dövlətin forması nə olmalıdır?

449

Gərçək sosyalizm haqq verməz sömürə

Yiyəlik payı verilməz əmirə

Qanun pozan rüşvət alar, gəmirə

Dövlətin forması nə olmalıdır?

450    *- İnsanlığı insanlara qaytarar

Gərçək sosyalizm məzlumu qurtarar

Mülkiyyəti toplumuna qaytarar*

Ürətə bilməyən ... davar otarar

Dövlətin forması nə olmalıdır?

451

Zərurət bəlirdər doğru hədəfi

Qoymaz hədəf bəlirdə fərdin kefi

Hədəf birləşdirər sinf ilə səfi

Yeni məzmun yeni forma diləyər

Gəlişdirən sinfi hakim eyləyər.

 

Yazqı yazan mülkiyyətin şəklidir,

Pis şəkil verən qulağı tüklüdür.

20.09.05