Çap

19 - Davamız qayda-qanun davasıdır.

                 Davamız

        qayda-qanun davasıdır.

401                  *- Zərərli

Deyirlər Allah hər yerdə hazırdır

Yaratdığı mikroba nazirdir

(Zibilliklərdə yaşamaq müzürrdür.)*

Davamız qayda-qanun davasıdır

402

Tacirin adını Allah qoydular

Meylini yasa şəklində yaydılar

Qanunlarını müqəddəs saydılar

Davamız ana yasa davasıdır

403

Din kişisəl etiqad olmalıdır

Ailə üzvü azad olmalıdır

Sərbəstcə düşünüb, şad olmalıdır

Davamız qayda-qanun davasıdır

404

İslam dini evdən qovulmalıdır

Yəni fərdi etiqad olmalıdır

Ailə savaşı son bulmalıdır

Davamız yazqı yazmaq davasıdır

405    *- “la ikrahe fiddin.”

İslam qatildir ki, ... qadın daşlayır,

Dinsiz qanı ilə boğaz yaşlayır,

Sözü də “haqsevər”likdən başlayır!

Davamız qayda-qanun davasıdır.

406

İslam eşit haqq verməyib qadına

Həm də içiboş Allahın adına

Yəni yalan deyib öz arvadına

Davamız yazqı yazmaq davasıdır

407

İslam haqq verib özü yalan deyə

Yalanı günah sayıbdır ki, yiyə

Olub-bitənləri öyrənə bilə.

Davamız qayda-qanun davasıdır

408

İslam haqq verib ərbab faiz ala

Tacir ucuz aldığı qədər çala

Məzluma haqq verməyib oğru ola

Davamız qayda-qanun davasıdır

409         *- Surə 33, ayə 72, 36

İslam haqq verməyib insan düşünə*

Ki düşə quyruq edənin peşinə

Qatılmaya yazqı yazmaq işinə   <<<

Davamız yazqı yazmaq davasıdır

410

İslam haqq verməyib tənqid edəsən

Düşüncə özgürlüyünə yetəsən

Demokrasının yolunu gedəsən

Davamız ana yasa davasıdır

411

İslam lazımdır kölə edənlərə

Köləçinin yolunu gedənlərə

Vəhşi sinfin dadına yetənlərə

Davamız yazqı yazmaq davasıdır

412

İslam lazımdır feodalizm üçün

Biz savaşırıq kapitalizm üçün

Turanı qurtaran kamalizm üçün

Davamız yazqı yazmaq davasıdır

413

İslam lazımdır yerində saydıra

Feodalizmin xeyrinə caydıra

Geriçiliyi qoruya, yaydıra

Davamız ana yasa davasıdır

414

İslam lazımdır qanun qoymaq üçün

Haqlıların gözünü oymaq üçün

Dinsizin dərisini soymaq üçün

Davamız yazqı yazmaq davasıdır

415       *- Ərəb kültürü

İslam lazımdır iradə öldürə

İçiboş “duzəx” sözüylə yıldıra

Geriçi kültürü hakim qıldıra*

Davamız qayda-qanun davasıdır

416

İslam lazımdır dəyişməmək üçün

Yerində sayıb, gəlişməmək üçün

Demokrasıya irişməmək üçün

Davamız qayda-qanun davasıdır

417    *- Partı başqa, cəbhə başqa.

İslam lazımdır kölə yetişdirə

Köləlik etmək üçün ötüşdürə

Sinfi çatlaqları da bitişdirə*

Davamız qayda-qanun davasıdır

418        *- Surə 30, ayə 22

İslam dini şovenisti bir dindir*

Dincə əsir millət sanki qadındır

Talaq haqqı vermədiyi aydındır

Davamız bağımsızlıq davasıdır

*- Qurandakı ana yasasının və dövlətinin dili

     hakim soyun dilidir.Cənab ağıl azdıran bəylər!

419

İslam lazımdır ki, haqları dana

Həvvanın adamlıq haqları yana

Yəni erkək qadını tarla sana

Davamız yazqı yazmaq davasıdır.

19.11.2005