Çap

14 - Mollanın təsili faydalı deyil.

 Mollanın təsili faydalı deyil

346   *- Deyilmi siqətulislam ...?

Mühəndisin ürünü ... traktordur

Traktorçunu sağaldan doktordur

Siyasətçı yazqı yazan aktordur

Mollanın yazdığı yazqı qul edər*

Qul manqurtun getdiyi yolu gedər

347    *- Surə 18, aya 74, 80

Molla təhsil edib ki, kölə edə

Kölə edənlərin yolunu gedə

Baş qaldıranları hizbullah didə*

Mollanın təhsili faydalı deyil

348     *- Surə 3, ayə 14

Molla təhsil edib erkəkdən yana

Həvvanın adam olduğunu dana*

Adamlıq haqqı verməyə bayana

Mollanın təhsili faydalı deyil

349     *- Surə 4, ayə 14

Molla təhsil edib günah yarada

Qadını qorxudan Allah yarad*

Dörd arvad almağa tamah yarda

Mollanın təhsili faydalı deyil

350      *- Surə 24, ayə 31

Molla təhsil edib ləçəkləşdirə

Meyil öldürməyi gərçəkləşdirə*

Örtüsüz erkəyi göyçəkləşdirə

Mollanın təhsili faydalı deyil

351      *- ... Surə 65, ayə 6

Molla təhsil edib haqları dana

Qarını qocasına tarla sana

Ki talaq ilə uşaq haqqı yana*

Mollanın təhsili faydalı deyil

352    *- Surə 4, ayə 11, 12, 176

Molla təhsil edib ayrılıq sala

Qıza bir, oğlana iki pay ala*

Atanın arzusu gözündə qala

Mollanın təhsili faydalı deyil

353      *- ..., Surə 2, ayə 228

Molla təhsil edib arzı etməyə

Razı deyilsə də, razı etməyə

Quran yox demişsə qazı etməyə*

Mollanın təhsili faydalı deyil

354     *- Surə 9, ayə 111

Molla təhsil edib ki, xums alına

Ordusundan qalan Ərəb alına   (Qüreyş qəbiləsi)

Ki fitva versə düşələr dalına*

Mollanın təhsili faydalı deyil

355     *- Surə 43, ayə 32

Molla təhsil edib ki, fitva verə

Düşünən beyinləri gömə yerə

Gulluq edə tacirə, xana, ərə*

Mollanın təhsili faydalı deyil

356     *- ..., Surə 4, ayə 14

Molla təhsil edib qorxuda bilə

Deyə duzəxçidən itaət eylə*

Qanun qoymaq haqqı verməyib elə  <

Mollanın təhsili faydalı deyil

357     *- Surə 18, ayə 27

Molla təhsil edib azdıra bilə

Dinsəl ana yasa yazdıra bilə*

Çağdaşlığın kökün qazdıra bilə

Mollanın təhsili faydalı deyil

358     *- Surə 3, ayə 20

Molla təhsil edib ki, ölçə-biçə

Qurana uyqun qanunları seçə*

Çağdaş qanunların üstündən keçə

Mollanın təhsili faydalı deyil

359     *- Surə 16, ayə 71, 75

Molla təhsil edib ki, rəhbər ola

Devrimləri yönəldə əyri yola

Ərbabların dərdinə çarə bula*

Mollanın təhsili faydalı deyil

360

Molla təhsil edib ki, düşünməyə

Pis əməlli özündən üşənməyə

Vicdan əzabı ilə eşinməyə

Mollanın təhsili faydalı deyil

361

Təharət “gərəkdirdi” molla ola

Ki deyə neçə bənd içəri yolla

Təmizlik çağında gərəkməz molla

Mollanın təhsili faydalı deyil.

16.09.2005