Çap

12 - Din haqq verməmişsə molla neyləsin?

Din haqq verməmişsə

    molla neyləsin?

328         *- Surə 5, ayə 33.

Din deyər quran yazdıran Allahdır

Allahdan tənqid eyləmək günahdır

Dinsizin qanı müslimə mübahdır*

Din haqq verməmişsə molla neyləsin?

329         *- Surə 4, ayə 34.

Quran edib qadını erkəkə qul

Deyib yanmaq istəməsən get qul ol*

Bu haqda ayələri vardır bol-bol

Din haqq verməmişsə molla neyləsin?

330         *- Surə 65, ayə 6.

Din qadına talaq haqqı verməyib

Analara uşaq haqqı verməyib*

Qadına dörd “yataq” haqqı verməyib

Din haqq verməmişsə molla neyləsin?

331        *- (2: 223) **- (24: 2)

Din dörd arvad haqqı verib ərinə

Arvadı bənzədib əkin yerinə*

Deyib daşlat baxsa başqa birinə**

Din haqq verməmişsə molla neyləsin?

332          *- Surə 23, ayə 6. və ...

Din deyib öncə özünü damad et

Sevməsən bulduğun ərə arvad et

Bu şərt ilə qaravaşı azad et*

Din haqq verməmişsə molla neyləsin?

333          *- Surə 4, ayə 24.

Din təcavüz haqqı verib müslimə*

Ki ərini razı edə təslimə

Yazıq əsir düşən “kafir” nəslimə

Din haqq verməmişsə molla neyləsin?

334          *- Surə 2, ayə 282.

Din haqq verməyib qadın şahid ola*

Qulluqçu edib ki, mücahid ola

Ortaq etməyib erkək vahid ola

Din haqq verməmişsə molla neyləsin?

335          *- Surə 6, ayə 115.

Din bir qadın üçün dörd bəy verməyib

Qardaş qədər bacıya pay verməyib

Səsinə səs, hayına hay verməyib*

Din haqq verməmişsə molla neyləsin?

336          *- Surə 4, ayə 3.

Din haqq verməyib qadın qazı ola

Haqq verib ki, ərinə dərzi ola

Dörd arvad almağına razı ola*

Din haqq verməmişsə molla neyləsin?

337         *- Surə 4, ayə 14.

Quran qanun qoymaq haqqı verməyib*

Soyulana soymaq haqqı verməyib

Əri qədər doymaq haqqı verməyib

Din haqq verməmişsə molla neyləsin?

338        *- Surə 21, ayə 23.

Erkək yazdıqlarını pozmalıdır*

Qadın haqları haqda yazmalıdır

Dinin kökünü qadın qazmalıdır

Yoxsa dərdin çarəsini söyləsin.

23.03.2005