11 - Çöhrəqanlı ağıllanmaq istəmir.
Çöhrəqanlı
ağıllanmaq istəmir
316
Ay Mahmıd bəyin “məzlum Türk elləri”
“Üzü yanmış, qabar çalmış əlləri”
“Keçisi, ulağı, quru çölləri”*
Çöhrəqanlı ağıllanmaq istəmir
*- Televizyon çıxışından alındı.
317 (Dəvəni hıxlayarlar)
Çöhrəqanlı lider olub, yuxlaya
Türk ellərini biliksiz saxlaya
İstədiyi yerdə xalqı hıxlaya
Çöhrəqanlı ağıllanmaq istəmir
318 (Surə 2 ayə 223)
Çöhrəqanlı islamı adil sanır
Qadını tarla sandığını danır
İnsan sayılmayan qadın utanır
Çöhrəqanlı uyqarlaşmaq istəmir
(Surə 3 ayə 14)
319 (Surə 9 ayə 5)
Çöhrəqanlı qoruyacaq islamı*
Ki qurtara bilməyələr madamı
Siyasətdən dini qovan adamı
Çöhrəqanlı çağdaşlaşmaq istəmir
*- İslam məntiq ilə yox,
silah ilə qoruna bilər.
320
Çöhrəqanlı sanmasın Xumeynidir
Ümmətçilik baxımından eynidir
Görəsən ümmətçi edən beynidir?
Çöhrəqanlı ağıllanmaq istəmir
321
Çöhrəqanlı hələ şəriətçidir
Yəni hər şeydən öncə ümmətçidir
Kapitalisti məktəb millətçidir
Çöhrəqanlı ağıllanmaq istəmir
322
Çöhrəqanlının əskiki bilikdir
Çağdaş kamuoyundan qafillikdir
Siyası dinçilik geriçilikdir
Çöhrəqanlı ağıllanmaq istəmir
323
Çöhrəqanlı deyir ki, ümmətçi qal.
Səttar, Məmmədəmin, Mustafa Kamal
Siyasətdən dini qovdular dərhal
Çöhrəqanlı ağıllanmaq istəmir
325
Çöhrəqanlı demokrasıdan qorxur
Demokrası haqda sözləri burxur
Dinini siyasət içinə soxur
Çöhrəqanlı ağıllanmaq istəmir
326
Çöhrəqanlı indidən diktatordur
Diktator edən dinçi karekterdir <
Demokrası sağaldacaq doktordur
Çöhrəqanlı ağıllanmaq istəmir
327
Çöhrəqanlı saqqalı ağardacaq
Böyləgedsə suçunu çoxaldacaq
Bilirsənmi hardan baş çıxardacaq?
Çöhrəqanlı ağıllanmaq istəmir.
Demokrasıya detaylı olaraq
münasibətlər bəlli olmalıdırlar.
12.10.2005
Mahmudeli Çöhreqanlının
Azerbaycan xalqına müracieti
“... Sizi müqeddes orucluq ayının başlanması müna-
sibetile tebrik edir,...Tanrının bexş etdiyi insani, milli
haqlarımızı tapdalayır.
İslamı defelerle qorumuş biz türkler inancımıza sadiqiq.
İslam ümmetiyik, amma millet olaraq hürr yaşamaq
haqqımızı da kimse elimizden ala bilmez....”.