Çap

9 - Feodalizmə son!

Feodalizmə son!

290

Ərbab faiz alır, tacir cib kəsir

Xalıçı fəhləyə çatmayır həsir

Bayraq sömürüçü sinf üçün əsir

Baş qaldırsam əsgər alır canımı

Oğulu edirlər ata qənimi

291

İş gücü, (1)hakim sinfə  sərvət olur

(2)Dövlət qurdurana bürokrat olur

(3) Dövlətini qoruyan soldat olur

Dövlət deyir işlə ərbabın yesin

Ordu öldürür ki, “baş üstə” desin

292

Hamı oğullar bürokrat deyillər

Geriçi hakim sinfə at deyillər

Burjuva-məllklara it deyillər

Xalqına qulluq edən oğulları

Öldürürlər ki, arta noğulları  <

293

Tacir oğlu oxusa da işlədməz

Fikir ilə qol gücünü tükədməz

Qurbanlıq üçün özünü kökədməz

Höküm sürmək üçün xalqı qullanar

Ucuz alar, baha satar, pullanar

294

Xalqın oğlu yoxsulluqdan satılır

Atasının düşməninə qatılır

Silahlı əli günaha batılır

Ata sərvət yaradır, bala günah

Ki kef çəkə tacir, xan, bəy, zillullah

295         illət = səbəb = nədən

Yoxsul edən sömürüçü millətdi

Sömürüçü eyləyən mülkiyyətdi

Mülkiyyətin forması son illətdi

Toplum malik olsa ... yerə öküzə

Məhsul bölünməz ücrətə, faizə

296

Siyasətin “kəbin”i kəsilidir

Mülkiyyətin şəklindən asılıdır

Şəkil verən malikin təhsilidir

Feodal kəndi mekanizə etməz

Tacir sinfi demokratizə etməz

297

Pişəvər cəhrəni maşın eyləyər

Kənd də mekanizə olmaq diləyər

İnqilabçı doğuzdurar, bələyər

Maşinizm hər bir şeyi gəlişdirər

Mülkiyətin şəklini dəyişdirər

298

Feodalizm kəndə son bulmalıdır

Yer əkib-biçən sinfin olmalıdır

Əkinçi ətə-qana dolmalıdır

Qurtulmuş yerin karı kənddə qalar

Şəhərdən maşın alar, işə salar

299

Reformheç bir şeyigəlişdirmədi

Yaşıl inqilabı dəyişdirmədi

Səbəbini kimsə ələşdirmədi

Siyasəti siyasətlə anlatdı

Kiçik mal ürətən sinfi danlatdı

300    *- mənqul ~ hərcayi sərmayə

Ticarı sərmayə fabrika qurmaz*

Geri qalmağın səbəbini sormaz

Milli inkişafın dalında durmaz

Ucuz aldığı malı baha satar

Ətini yeyər, sümüyünü atar

301   *- Utandırıcı məslək və sənət.

Feodal təkin tacir də zalıdır

Bu çağdan tarixsəl bir dvör dalıdır

O dövrün yaxşı məhsulu xalıdır*  <

Yazıq xalqım dərd əlindən eşinir

Altıda biri xalıdan keçinir

 

“Gecələr yatmayıb-toxuyub səni”

“Barmaqlar qanıdır boyayıb səni” Səməd Çölçü

302

Tacir sinfi özünə xeyirlidir

Milli inkişafına zərərlidir

İnkişaf etdirən sinf dəyərlidir

Dövlət tacir olsa çarəni bular

Dövlətin qazancı fabrika olar

303

Manufaktor fabrika olmalıdır

Sənaye boşluğu da dolmalıdır

Bu işə dövlət çarə bulmalıdır

Tacir ucuz mal satandan mal alar

Pişəvərin malı əlində qalar  <

(Əkinçinin malı əlində qalar)

304     *- Sağçı Türk kürtaj edər.

Çin dövləti də sömürür xalqını

Gəlişdirir milli inkişafnı

Həm də doyurur xalqının qarnını

Türk çinli ürətəni montaj edir

Çünkü Türk devrimini kürtaj edir*  <

305

Tacirin zərəri  xeyrindən çoxdur

Mən sübut etdim ki, heç xeyri yoxdur

Haqq söz geriçi sinfə dəyən oxdur

Pişəvər burjuva olmadan öncə

Yad malı satan tacir satar məncə

306       *- Deməyin demədilər.

Satqın sinf köləlik toxumu əkir

Haqq söz söyləyənin ağzını tikir

İzahı sonuclandırmaq gərəkir

Savaş meydanlarını boşaltmazlar

Zərərli sərmayəni yaşadmazlar*  <

307

Anarşistin yeri vəhşixanadır

Qanuna uyduran ata-anadır

Burjuva sinfi qanundan yanadır

Ticarı sərmayə qanuna uymaz  <

Anarşı ilə istibdaddan doymaz

(Ucuz alıb, baha satmaqdan doymaz)

308

Sərbəst düşünüb, deyib, yazmaq üçün

Əfilərin başını əzmək üçün

İstibdadın kökünü qazmaq üçün

Öz sinfin xeyrinə sellərə yön ver

Feodal-kompradorizmə son ver.

02.07.2004