Çap

7 - Meyvəsiz ruhun ağılı xəstədir

   Meyvəsiz ruhun

     ağılı xəstədir

270

Yurdsevərlik ruhun hər soydaşda var

Suvarılsa verər meyvə ilə bar

Yoxsa dost-düşmən içində olar xar

Meyvəsiz ruhun ağılı xəstədir

Xəstə etmək çalıb-çapmaq üstədir

271    (Verilən ayələri oxuyun!)

Din afətdır xəstə eyləmək üçün

Sərvət yaradıb, pay diləmək üçün

Yalvarıb, yaxarıb, lələmək üçün

Din deyər ədavət etmə haqq üstə

Haqq ərbabındır, sən ondan pay istə*

         *- (43: 32), (16: 71+75), (20: 131), (17: 21).

272

Tacirin ideolojusu dindir

Dinin məhsulu düşünməz beyindir

Həm də geri qalmış hər bir şeyindir

Din çalışqan beyini xəstə edər

Deme eşşək gəlib əşşək də gedər

273

Deyirlər “Din adam fabrikasıdır”

Halbuki ... azadlığın bəlasıdır

Kölə yetişdirənin... laylasıdır

Din sinfi kin öldürər barışdıra

Qeyrət öldürən odu alışdıra

274

Azərbaycanın çoxlu şəhərində

Hələ fabrika yoxdur Əhərində

Yaşayırlar Nuh çağı təhərində

Yəni fabrika üzü görməyiblər

Kapitalisti yaşam sürməyiblər

275           *- Surə 21, ayə 23.

Din beyinləri yuxladan layladır

Nağdı nisiyə edən köhnə hiylədir

Dinçi sormaz niyə qanun böylədir?*  <

Niyə haqlar erkəkindir? bəyindir?

Çünkü beyni xəstələnmiş beyindir

276

Dinin ərbablara yoxdur zərəri

Din haqq verib dörd arvad ala əri

Haqq verməyib alına ərbab yeri

Din arvada qazılıq haqqı verməz

Dini ələşdirən kənd üzü görməz

277

Quran göksəl deyil, yersəl kitabdır

Dinçi edən tacir ilə ərbabdır

Rəiyyətin payı dindən əzabdır

Ərbabın ideolojusu dindi

Din ilə kölə yetişdirdi mindi

 

Oyatmadıq bu günə qaldıq.

278       *- Deməyin demədilər.

Din qadın mənliklərini öldürər

Erkəkə qul olmasını bildirər

Cəhənnəm qorxusu ilə yıldırar

Düşüncə dəyişər, quran dəyişməz

Dəyişməz qanunlu toplum gəlişməz*

279   Din demokrası düşmənidir

Dinçinin düşməni etiqadıdır  <

Dinsəl etiqada etimadıdır

Tiryakılar təkın etiyadıdır    (alışganlık)

Aydın cəhl ilə səhvə hörmət etməz  <

Baltacı Arazdan zəhləsi getməz

280

Siyasətə qatılan siyasıdır

Demokrat deyilsə baş bəlasıdır  <

Bugünkü davamız demokrasıdır

Din dəyişməz, yaşam tərzi dəyişər

Gəlişən toplumda fikir gəlişər

281

Siyasətə qatılan siyasıdır

Yurdsevər deyilsə baş bəlasıdır

Bugünkü davamız yurd davasıdır

Otayın torpağı butayda qalıb

Qarabağını da işqalçı alıb.

06.03.2005