Çap

4 - Davamız demokrası davasıdı

    Davamız

       demokrası davasıdı

    (Haqq və hüquq davasıdır)

 

Məşrutiyyət telegrafları:

“Azərbaycan məşruə istəməyir”

247

Çağdaşlığın dini demokrasıdır

Davamız eşitçilik davasıdır

İslam dini xalqın baş bəlasıdır

Toplumun yarı nüfusu qadındır

Qadına heç bir haqq verməyən dindir

248

İslama görə haqlar Allahındır

Allahdan sora ayətullahındır

Molladan sonra kölgəsi şahındır

Xalq içrə dörd arvadlı kişinindir

(Dəyişkən seks haqqı kişinindir)

İtaət etmək haqqı dişinindir

249    Araz ağlatma dinin anasını!

Dinçi hər gün yeni bir dona girər

Yəni xalqa içiboş vədə verər

Boşuna uğraşar, çünkü xalq deyər:

Dinçinin haqqı yoxdur vədə verə

O vədəni ki, din veribdir ... ərə

(O haqları ki, din verib xan-bəyə)

(O haqları ki, din verib erkəyə)

250       (Mohammad və Əli)

Deməyirlər Allah da cahil idi

Deyirlər Rəsul bəy çox aqil idi

Şahlıq edən Vəli bəy adil idi:

Niyəbə haqq vermədilər qadına?

Həm də zülm etdilər Allah adına!

251

Nüfusun yarısı madam deyilmi?

Haqlarını danan islam deyilmi?  <

Yadın haqqı yada haram deyilmi?

Sən necə zalımı adil sanırsan?

Pisliyin pis olduğunu danırsan!

    Madam adam deyilmi?

 

Kim öz xalqını düşmənsevər edər?

Yaxud cəhlsevərin yolunu gedər?

252

Din bizi haqsız-hüquqsuz yaşatdı

Ağıllanan beyinləri boşaltdı

Təqlid edən tutulara oxşatdı

Min dörd yüz il dərd ilə acı çəkdik

Kölə yetişdirənə kölə əkdik

Yetməzmi?

253

Min dörd yüz il dini təcrübə etdik

Allahın göstərdiyi yolu getdik

Elmin yox, cəhlin harayına yetdik  <

Dinin məhsulu geriçilik oldu

Ölkə batdı, tacirin cibi doldu

254

Demokrası çarə buldu hər dərdə

Çünkü eyni haqqı verdi hər yerdə

Hər fikirə, millətə, sinfə, fərdə

Eyni haqqı verməyən islam dini

Rəsmi olsa sərbəst etməz qadını

(Rəsmi olsa sərbəst etməz aydını)

255

İslam tənqidçisinə qan qusdurar,

İşgəncə edər, öldürər, basdırar.

Demokrası tənqid ilə susdurar,

Sərmayə-eşitliyi haqdan başqa,

Başqa haqları verər “boşqa-boşqa”.

256

Demokrası hər dini taxtdan salar

Allahlıq haqqını Allahdan alar  <

Sərbəst düşünməyin sazını çalar

Hər bireyə eyni haqları verər

Haqq və hüquq davası sona irər

20.06.2004