3 - “Yaxşı islam” pisliyin memarıdır
“Yaxşı islam”
pisliyin memarıdır
Hər kəsin təbliğ və tənqid haqqı var,
Yaxşıya hörmət edərlər, pisi xar.
235 *- Qurandakı islam
İslamın pisliyi quranda yatıb.
İslama “yaxşı” deyən xalqı satıb,
Bağışlana bilməz günaha batıb.
“Yaxşı islam”ı ifşa etmək üçün,*
Açılmalıdır vurulduğu düyün.
236 *- Surə 24, ayə 31
Pis islamı molla gərçəkləşdirir
Çağın qorxusundan göyçəkləşdirir <
Çadralı qadını ləçəkləşdirir
“Yaxşı islam” sökdürərdi qarnını*
Göstərsəydi arvadının burnunu
(Surə 33, ayə 53+59)
237
“Yaxşı islam” ... nisa surəsindədir
İbtal ola bilməz ayəsindədir <<<
Ayələrindəki qayəsindədir
Pis islam ayə ibtal etməkdədir
Yəni xalqın yolunu “getməkdədir”
238 *- Surə 24, ayə 2.
“Yaxşı islam” daşladardı qadını
Lakin dörd arvad almağın adını
Savab qoymuşdu ki, dadsın dadını
Pis islam istəyir başqa yol gedə
“Daş qalaq” qanununu ibtal edə
239
“Yaxşı islam” cəhl ilə izah etdi
Hər yerdə var dedi, “merac”a getdi
Hansı yeddinci qatda şaha yetdi?
Pis islam haqlı “sayır” Qaliləni
Öküzlə anladmayır zəlzələni
240
“Yaxşı islam” çağından ilham alıb
Min dörd yüz il bu gündən geri qalıb
Geri qaldığı qədər dərdə salıb <<<
Pis islam harda ki, yolundan azır
Geriçiliyin qəbirini qazır
241 *- (4: 34+11+3), (2: 228+282)
“Yaxşı islam” deyər Allah erkəkdir
Yənierkəkin rütbəsi yüksəkdir*
Qadını ortaq etməmiş ki, təkdir
Pis islam qadını “vəkil” seçdirir
İslam qanunlarına and içdirir
(Erkək qanunlarına ana içdirir.)
242
“Yaxşı islam” qadını edib kölə
Anladmaq çox çətindir başqa elə
Görmək lazımdır ki, anlaya bilə
Pis islam “yaxşı islam”ı qoruyur
Həm də zir-zibillərini kürüyür
243 *- Riza imamın bir saatlıq fahişələri.
Pis islam deyir ki, dörd arvad alın
Yetməsə Məşhədə getməyə dalın
Hər gün bir siqənın evində qalın*
Pis islamı Möcüz ifşa edibdir
Araz Möcüzün yolunu gedibdir
244 *- (7: 4+72), (10: 73), .......
“Yaxşı islam” quranda yazılıbdır
Qanun qoymağın kökü qazılıbdır
Sərbəst düşünmək haqqını pozulubdur
“Yaxşı islam” haqq verməyib insana
Ki islamın hüdudlarını dana*
245 *- (5: 33), (9: 5), (3: 35)
“Yaxşı islam”ın məntiqi qılıncdı*
Uhud ilə xəndək savaşı açdı
Müslim olmayanın qanını içdi*
“Yaxşı islam” Babəkimi doğradı
Doğradı ki, qələbəyə uğradı
246
İslam haqq verməsə molla neyləsin?
Aldanan boşuna yardım diləsin
Yoxsa islam dinini tərk eyləsin
Demə islam “yaxşı”dı, molla pisdi
Mollanı pis edən islam nəcisdi. (murdardı)
20.11.2006