Çap

2 - Uyqarlaş!

             “UYQARLAŞ!”

adlı ölməz əsərimi çəkdiyi böyük zəhmətlər ilə moral

verici dəstəkləri üçün sevgili həyat yoldaşıma ithaf

edirəm.

Yazılarımı sitələrimiz ilə soydaşlarımıza göndərən

Eldar yoldaşımız ilə yazılarımı yayan Azadtribun və

solgünaz sitələrimizə dərin təşəkkürlərimi bildirirəm.

Baltacı Araz

****************************************

 

İslam dini antiinsani dindi;

Çünkü dəyərləri ... antiqadındı,   (Bu kitabın 448-450-ci)

Metodları isə istibdadındı,           (səhifələrinə baxınız!)

Quran istər ki, kölə kölə qala,

İstəməz ki, haqlı haqqını ala.

 

Cahilin cəhlinə uymaq günahdır,          (Bağışlanmaz günah)

Dinsəl cəhlə sayğı duymaq günahdır,  (Bağışlanmaz günah)

Xəstəni həkimsiz qoymaq günahdır,    (Cəhlin quyruğu olma!)

Çoxunluq cahildi, azınlıq aydın,

Cahil oyanmasa qurtulmaz ... qadın.

 

Sən duyğulandır ki, canlana bilə,

Mən ağıllandırım ki, qana bilə,

Dərdlilərə ürəyi yana bilə,

Ürəyi yanmasa məzlum ... qadına,

Qaranlıqlar çıxa bilməz aydına.

 

“Sən yanmasan, bən yanmasam, nasıl çıkar karanlıklar aydına?”

                                                                  Nazım Hikmət

Uyqarlaş!

 

27     *- Diqqət!

Bu Allah kimdir ki, quran yazdırıb?

Özgürlüklərin kökünü qazdırıb

Yazqı yazmaq haqqımızı pozdurub*

Dinin piçağı sümüyə dayanıb

Savaşı başlat ki, xalqım oyanıb

28       (“Tanrı”nın Tanrısı kimdir?)

Səncə Allah ruhdur, məncə cisimdir     (215-ci)

Bu iki Allahın Tanrısı kimdir?     (səhifəyə baxın!)

Bəlli olmadıqları da məlumdur

Dava Allah yox, qanun davasıdır

İstibdada qarşı demokrasıdır

(İstiqlaldan yana demokrasıdır)

29

İslam tacirin meylini ayırdı

Meylindən cisimsiz Allah qayırdı

İstəklərinə uymağa çağırdı

(Qanunlarına uymağa çağırdı)

Allah ideolojudur zehnində

Ki tacir sinfi yazdırıb beynində

30       *- İdealist (xəyalçı) etdilər

“Cisimsiz” adına qanun qoydular

Min dörd yüz il cibimizi soydular

Baş qaldıranın gözünü oydular

Özləri maddi, ağıllı qaldılar

Bizim ağlımızı dərdə saldılar*

31         Gərçəkçı olalım!

Bizi yoxsul edən Allah tacirdi

Yoxsulu qul edən Allah tacirdi

Yandıran, kül edən Allah tacirdi

Bizi dərdə salan tacir sinfidir

O sinfin qazancı ilə kefidir

32

Hardaki, Allah hökumət eyləyir

Xalqın övladı acından mələyir

Rifah ilə demokrası diləyir

Siyasət qulluq edər iqtisada

Öz sinfini yaşadar piyasada

İstəklərini yansıdar yasada.

 

Geriçini buraxsan öz halına

Yanarsan el-obanın əhvalına

33

Quran, qadın haqqını verib ərə

Yiyəlik payı da aldırır yerə

İradə öldürür on yeddi kərə

(Donbaldır düzəldir on yeddi kərə)

1400 il Allaha şükür etdik

Allahın tacir olduğuna yetdik

(Allahın zalım olduğuna yetdik)

34

Hansı qulaq eşidər, hansısı yox?

Niyə işçi ac yatır, ərbabı tox?

İşləyən az yeyir, işləməyən çox?

Allahın bu dərdə çarəsi yoxdur

Ərbablardan yana ayəsi çoxdur*

(Aldadıb-azdıran ayəsi çoxdur)

 

(Surə 43: ayə 32.)

      *- (43: 32), (3: 26), (16: 71+75), (2: 228).

35

Əkinçi xalq öküz qədər pay alır

Dörddə üç hissəsi ərbaba qalır

Əməyin məhsulunu ərbab çalır

Din deyər ağalıq haqqı mübahdır

Yiyəlik payından çalmaq günahdır

36       *- Fəlsəfə düşündürər

Niyə* Allah məni yoxsul eyləmiş?

Yiyəlik payı verməyi diləmiş?

Yoxsa yandıracağını söyləmiş!

Allahın xeyri nədir ki, mən əkəm,

Xeyriniərbab görə, mən dərd çəkəm?*

37

Quranın doxsan faizi boş sözdür

  (Ərəbcə bilməyən okura feyzdir)

Buynuzlu yalanları neçə yüzdür

   (Yeri daşıyan, tərpədən öküzdür)

Ərəbizmə qulluq etdiyi düzdür

  (Millətlərdən ayırd edən domuzdur)

Qalanı tacirin, bəyin dərdidir

Qadın düşməni erkəyin dərdidir

 

Quran yel deyil ki, yönü dəyişə,

Oyuncaq deyil ki, donu dəyişə.

38

İslamın Tanrısı tacir sinfidir  <

Rəiyyət yetişdirmək hədəfidir

Teorizə edəni baş şefidir

Köləçini feodal edən islam

Komprador olub ki, geri qalam

Montajçı edənlərə təbil çalam

(Sömürgə edənlərə davul çalam)

39

Din cəhalət çağının məhsuludur

Dərəbəyliyin yaşam üsuludur

İnsanın cahili cəhlin quludur

Din istər tacir, ərbab höküm sürə

İstəməz rəiyyəti azad qörə

40

Elmdən sordum ki, hansı din düzdür?

Dedi cisimsiz Tanrı yalan sözdür

Aldadan uddu, aldanan uduzdu

Dinlər üsyan ruhunu öldürərlər

(Dinlər sinfi kinləri söndürərlər)

Dinin xeyrini ağalar görərlər

(Dinin xeyrini tacirlər görərlər)

 

Bizim bombamız nifret ilə kindir

Bilikli kinin gücü birə mindir

41

Qadından sor desin islam nə deyir?

Hansı sinfin siçdiği poxu yeyir?

Necə iradənin belini əyir?

Nədir arvad ilə qoyunun fərqi?

Olmasa talaqla qazılıq haqqı.

42

Ata olsan qızların kimi düşün

Sən tacir deyilsən ola tay-tuşun,

Eyni ola bilə dünya görüşün.

Çünkü kimsə özünə qəbir qazmaz

Ağıllı qadıno cürquran yazmaz

 

Yazarmı?

Hər sinifi o sinifin aydın kəsimi təmsil edər.

43

Uşaq ağlarsa süd yoxdur döşündə

Gəzməsən röyalarının peşində

Demək ki, materialistsən işində

Niye Allah haqqında xəyalçısan?

Xəyalçı olduğun üçün falçısan.

 

“İç dünya” xəyaldı, dış dünya gərçək

Gərçəklərə düşün, xəyaldan əl çək!

44

Cisimsiz Tanrıya yəqin olunsa

Yazqılar öncədən təyin olunsa

Dəyişilməz quran ayin olunsa

Düşünmək, qanun qoymaq batil olar

İstedad çiçəklənə bilməz solar

45

Biz sandıq azan verən bağıracaq

Tanrı eşitsə maşın qayıracaq

Mekanizə etməyə çağıracaq

Bu səbəbdən “inşaallah” qayırdıq

(İşlətməyəni sürüdən ayırdıq)

Nuh çağını yaşatmağa çağırdıq

46

Din yaradıcı adam yetişdirməz

Qazı olmağa madam yetişdirməz

Dinə qarşı bir məram yetişdirməz

Dəllal yetişdirər yad malı ala

Torpaq inqilabını dalı sala

(Sənaye devrimini geri sala)

47

Araz öyrəndi “Tanrıtanımaz”dan

Düşməni dost sanmayan “Dilqanmaz”dan

Koroğlu ilə Nigardan, Eyvazdan

Ki dərəbəyliyə qarşı savaşı

Sürdürüb-oyada bacı-qardaşı

48

Açıqlamaq üçün öncə istərəm

Tarixdən dərs alıb önünə sərəm

Dindən öncəki tarixi göstərəm

Çünkü milyonlar il dinsiz yaşadıq

O gün yox, bu gün “kafir”ə oxşadıq

49

Bugünkü adam da heyvanlar təkin

“Əşrəf”isi deyildi bu fələkin

Davar otarmazdı, əkməzdi əkin

Onda ki, özünə oraq qayırdı

Yaşam tərzini heyvandan ayırdı

 

Çünkü avrupalı maşın qayırdı

Özünü asiyalıdan ayırdı

50

Sürü biçimində yaşardı adam

Yaraddıqca ağıllandı oldu ram

Qurdu dövlətsiz kommunisti nizam

Çünkü insan insanı sömürmürdü

Bir-birinə qarşı höküm sürmürdü

51               (taban = zəmin)

Get-gedə kommunun sərvəti artdı

Köləçi rejimə taban yaratdı

Bu səbəbdən ömürü sona çatdı

Çünkü ağsaqqallar məncil oldular  <

İnkişafa bireysəl yol buldular

(İnkişafa əyri bir yol buldular)

52    Ölünü öz halına burxmayın!

Kommunun başçısı oldu ağsaqqal

Məncil olduqdan sonra oldu kıral

Etiraz edənləri ... eylədi lal

Əl qoydu xalqın malına canına

Bələşdi ... Spartakos al qanına

53

Başçı eylədi mülkiyyəti özəl

Sömürü tarixinə verdi əzəl

Yaşam çirkinləşdi olmadı gözəl  <

Çünkü inkişafa fərdi yol seçdi

Hər şey sömürü kanalından keçdi

54         *Kommunlaşdırmaq ...

Sor ilkin kommunçu insan oğluna

Ki gücü qədər işlərdi kommuna

Lazımı qədər verilərdi ona

Özəl mülkiyyətin xeyri nə oldu?

Kollektivləşdirmək istəyin soldu!*

55   (Ayrıca açıklanmalıdır)

(İşçi sinfinin ideolojusunu)

(Etibar qazandırmış namusunu)

(Kommunist adlandıran dəyyusunu)

(Sosyalizm adıyla qullandı bəzi)

(Sömürgəçi-bürokrat burjuvazı)

56          Əymə ki, düzəldərəm.

İlk kommun çağında din doğulmadı

Çünkü o çağda sömürü olmadı

(Çünkü “cənnət”də oğurluq olmadı)

Kimsə xalqın içindən qovulmadı

(Kimsə “rizvan bağı”ndan qovulmadı)

Gərək yox idi ağıl azdırmağa

Tanrı adıyla quran yazdırmağa

57        Xəyalçı ~ İdealist

Tanrını yaratdı xəyalçı dilək

Xuyunu verdi ona oldu yədək

Ki acız insanlara edə kömək

Lakin yardım etmədi röyası tək

Xəyalda yaratdığı Tanrı, mələk.

58

Doğadakı Tanrı xəyal soyludur

Acızlıq ilə cəhlin məhsuludur

Toplumdakı Tanrı insan oğludur

Sömürünü yasallaşdırmaq üçün

“Adaş”ının adına göndərdi din

59

Din doğdu sinfi savaşın qoynunda

Köləlik dönəmlərinin sonunda

Xəyal soylu Tanrıların donunda

Dinlər qanunsuzluğa “son” verdilər

Sömürüyə başqa bir yön verdilər

60

Köləlik dövründə xalqım körpəydi

Ağılsızlıqdan satılan köləydi

Tacirdən sonra köləçi yiyəydi

İşlədib, döyüb, söyüb, öldürərdi   (... 4 özəlliyi)

Köləçi olduğunu bildirərdi

61

“Allah” göndərməsəydi o toxlunu

İbrahim öldürəcəkdi oğlunu

Adam öldürənin getmə yolunu

Cinayət bayramına xalqı güldür

Oğlunu öldütdürənləri öldür  <

 

Ay islam dininin yolunda oğlunu

öldürən Urmulu Molla Həsəni!

Sən də oyan!

Tacirin xeyrinə öz oğlunu da öldürtdürmə!

62     (əbd = nökər, kölə)

Köləni tacir eylədi rəiyyət

Rəiyyətə pay aldırdı şəriət

Yiyəlik payı alan etdi beyət

Tacirin sinfi ağlı oldu Allah   <

Ki sorğu sora bilməyəƏbdullah

       > (Yarqılana bilməz bulunmaz Allah)*  <

63      Hər kitabın ayrı Allahı vardır

Bir-birinə tərs danışmaz ki, adam

Halal etdiyi şeyi etməz haram

Doğmaz eyni ağıldan neçə məram    <<<

Hər dinin bambaşqa Allahı vardır

Çünkü hər elin başqa şahı vardır

64

Şah saraylarında gördüklərindən

Kimlər bişirib-düşürdüklərindən

Şahların orda kef sürdüklərindən

İlham alan xəyal cənnət qayırdı

Din də cənnəti xəyaldan ayırdı

65              *- Cənnət fahişəsi

Xəyalın cənnətində firma olmaz

Tərbizdəki maşın qayırma olmaz

Üzüm olan ölkədə xurma olmaz

Dörd nikah, çox siqə haqqına görə

Bol-bol huru* var bişirib-düşürə

66

Cənnətə gedən-gələn yoxdur soram

Mümkünmü cənnətdə fabrika quram?

Təyyarə qayıram, göydə uçuram?

Daşıyam yalanları yer üzünə

Soxam inkar edənlərin gözünə

67      *- Cəlil münacat vaxtıdır.

Xəyal öncə cəhlin sözünə baxdı

Çətin işləri “Allah”a buraxdı

Zəlzələ öldürdü yandırdı yaxdı

Dedi arifə yetər bu işarə

Allah yoxdur öldürə, edə çarə*

68

Allah varsa çırmasın qollarını

Bütün dərmanların formullarını

Həm də dərman etməyin yollarını

Yazdırıb göndərsin bu yer üzünə

İnana bilək sübutlu sözünə

69

Allahın hər dediyi belə oldu:

“Öküz tərpənəndə zəlzələ oldu”

Bu tezi rədd edən Galiylə oldu

Dedi yer öz başına fırlanıyor

Günəşi görəndə işıqlanıyor   (İstanbul şivəsi)

70

İçiboş Allah nəyi dərman etdi?

Hansı zəlzələdə haraya yetdi?

Hansı bacadan ət göndərdi getdi?

Allah yoxdur ki, harayına çata

Materialist olsan etməsən xata

71

Cəhalətin dünya baxışı dindi

Dinçiyə görə xəstə edən “cin”di

“Dərmanı duadı, yazmağı çətindi”

Duadan xeyir görməyən doktor oldu

Çünkü dərman etməyə məcbur oldu

72

Cisimsiz Tanrı cəhlin nağılıdır

İslamın Tanrısı beynə bağlıdır

Tacirin vahid və sinfi ağlıdır

Sorsan ki, ağılın Tanrısı kimdi?

Hüceyrə qayıran deyər cisimdi

73       (ürətmək = qayırmaq)

Hərəkətdi cisimə şəkil verən

Canlandıran, dəyişik nəsil verən

İnkişaf etdirən, ağıl, dil verən

Hərəkət maddənin öz içindədi

Hüceyrə ürətən bilinçindədi

74

Maddəni yaradan tanrı var isə

Cisimlənər ki, gözükə hər kəsə

Son verilə neçə min illik bəhsə

Cisimlənə bilməsə demək yoxdur

Tacirin, mollanın yediyi poxdur

75     Gəlişi gözəl ön sözə aldanma!

“Yiyəlik payı verən olmaz kabab”

“Həm də qazanar iki qatlı savab”

“Çünkü razı qalar Allah və ərbab”

Budur nəhculbəlağənin son sözü

Əli “ədaləti”nin gərçək üzü

 

Pis kişi yaxşı arvaddan yaxşıdr

Bu tez Əlinin dünya baxışıdır

76      *- Tacir Məşhədi İbadın hambalı

Min dörd yüz ildir müsəlman olubdur

Feodalizmin yolunda ölübdür

(Tacir sinfinin yolunda ölübdür)

Dünya baxışını hakim qılıbdır

(Kim?)*

Həm savadsız, həm ərəbcə bilməyən**

Beynini pasladan cəhli silməyən

 

   **- Doğru olduğuna necə inandı?

77        Dava qanun davasıdır.

Mənə nə kim yaratdı bu dünyanı

Mən axtardım tapdım qanun qoyanı

Tacir sinfi yazdırdı bu quranı

Ki deyə dinsizə ölüm lazımdır

(Din deyər dinsizə ölüm lazımdır)    <

Sınaqdan keçməyə zülüm lazımdır   <

78               *- Diqqət

Allah sinfi savaşlarda bulunar    (... ərbab şəklində)

Çünkü qanunları ibtal olunar*

Həm də vermədiyi haqlar alınar

Tacir təkin ərbab məşruəçidir

Azərbaycan xalqı məşrutəçidir

79

İnsan övladı materialist doğar

Xəyalçı edən din mənliyi boğar

Mənliyini alan qul edər “sağar”

Kölədən yiyəlik haqqı aldırar

Bir ərə dörd yorğan-döşək saldırar

80              Fəlsəfə düşündürər.

Din deyər geri qalmaq günah deyil

Dörd yorğan-döşək salmaq günah deyil

(Neçə arvadlı olmaq günah deyil)

Yiyəlik payı almaq günah deyil

Yiyəlik payından çalmaq günahdır

Yerinə əl qoyub almaq günahdır

(Əl qoyulana əl qoymaq günahdır.)

81

Din deyər: “Allahın kölgəsi şahdır

Vəlisi ərbabdır, ayətullahdır

Ərbab yerinə əl qoymaq günahdır.”

Çünkü Allah ağaya qulluq edir

... Erkək də Allahın yolunu gedir

82

Din deyər: “Əl qoyma ərbab malına,

Döz qiyamətin şeypuru çalına,

Yoxsa öl, cənnətdə haqqın alına,    <

Bitməyincə sınaq sürəsi miad,

Sınanmış oğru alı olmuş azad.”*

 

      *- Kimin ki, nağdı? Kimin ki, nisyədi?

83               Fəlsəfə düşündürər.

Din deyər: “Bəsləndi Şeytan ağlından,

İki buğda yedi ərbab malından,

Alındı cənnət Adamın alından.”.

Niyə ərbab yerinə əl qoyulmur?

Cib kəsən tacirin cibi soyulmur?

84               Fəlsəfə düşündürər.

Din deyər: “Allah dedi mələklərə,

Daşısınlar sözçüsünü göylərə”.

“Əbucəhl”düşmədi bu kələklərə

Dedi Allah var isə hər bir yerdə

Gərəkməzdi “yeddinci” göyə gedə

85    *- Cəlil münacat vaxtidir

Kim bizə bu yalanları yedirdi?

“Allah zalımı qara daş edirdi”*

“Təyyarəsiz Əərəb göyə gedirdi”

Tacir lənət eyləməz yalançıya

Çünkü ehtiyacı var palançıya.**

 

   **- “Eşşəyi minərlər, alçağını uşaq da minər.”

86

Molladan tənqid edən gördünmü heç?

Pepsini haram etsə normal su iç

Tənqid etmək istəsən canından keç

Özgürlük sığmaz islamın içinə  <

İnanmasan sor saqqallı keçinə

 

Hər addım başı bir Allah tikilib

İtaət “etməkdən” belim bükülüb

87

Pisə yaxşı dedilər, yaxşıya pis

Bu səbəbdən şeytan adlandıİblis

Döydülər, söydülər, etdilər həpis

Ki yiyəlik payı ibtal olmaya

Qurana qarşı qanun qoyulmaya

88            (xahiş ~ istək)

Yazıq doqquz yaşlı sütül Ayişə*

On səkkiz evliyə oldu “fahişə”

Adil baş əyərmi böylə xahişə?

Dörd arvadalan hizdir, yalan deyil

Ana-bacı tanımaz etsə meyil

 

Din deyər səkkiz yaşlı qız əllənər

Doqquz yaşlı “kaftar” ilə evlənər

 

     *- “Qoca kaftar, sənə on beş,

yaşı olan qız nə gərək?” Üzeyir Hacıbəyli

89

Varlıqdan yoxsun olan əkbər oldu

Ən böyük yalançı peyqəmbər oldu

Ən zalım başçı “adil” rəhbər oldu

Çünkü təbliğat gücüylə hələ də

Yalan toxumu əkirlər kəllədə

Yoxdan varlıq yaradırlar kəllədə

90               Allah ~ Tacir

Din deyər ağıl da Allah malıdır

Tanrı nə desə kölə susmalıdır

Allahdan ağıllı qan qusmalıdır

Allah qanun qoyub ki, qul anlya

İtaət etmək üçün baş sallaya

 

“... Qanunun özü həm də qanun yazanın özüdür və o da tanrıdır.

Biz qanundan bir şey bəkləyiriksə, bunun ən bəsit anlamı odur

ki, biz qanunu tanıyıb ona uymağa çalışırıq.”

“Mənim gerçək ağam və yönləndiricim olan Tanrı ilə həmsəfər

olmağa qərar verdim.        (irticaçı) Mahatma Qandı

91

Sən siyasısan ki, vəkil seçirsən

Əskər oğlunun canından keçirsən

Haqlarını almağaand içirsən

Sözdə yox ki, əməldə siyasısan

Oxu gör kimdən yana olmalısan?

92

Hansı din? Hansı İmam? Hansı Peyqəmbər?

1.   Deyib: “Yer onundur ki, əkib-biçər”

“İnsan öz əməyindən yeyib-içər”

Bu sözü işçi, əkinçi deyibdir

Marksizmin paltarını geyibdir

93

“Tanrı” yaradmışsa xana məmləkət

Bizə iş gücü ki, edək hərəkət

Yaradaq məhsul şəklində bərəkət

O zaman, meşə malı xanın olsun

İnsanın məhsulu insanın olsun

94           *- Surə 43, ayə 32.

Din deyir: “Var-dövlət göydən gəlmədi.”*

Halbuki xalı toxuyan fəhlədi

(Halbuki sərvət yaradan fəhlədi)

Biliksizlikdən inamı cəhlədi

Sərvət yaradan ... işçi, əkinçidir

Özünə dərd yaradanı dinçidir

95

İslamın Tanrısı olsaydı adil

Ağalıq haqqını edərdi batil

Ki bütün zülümlərə olub amil

İşləyən əmək haqqını alardı

İşləmək istəməyən ac qalardı

96

İnsafsız islamın əlindən aman

Rəiyət işləyib tər tökən zaman

Deməz ərbab niyə çaldırır kaman

Elə ki iş bitdi dava qaldırar

İşləməmiş ərbaba pay aldırar

97            *- Belə də iş olar?

İslam haqq verib ki, istibdad ola,

Haqq verməyib düşüncə azad ola,

Öz yazqısını yazan arvad ola.

Din deyər mənim “aş”ım yoğurtludur,*

Yesən də, yeməsən də haqqın budur.

98                *- Surə 21, ayə 23.

Ola bilməz ki, qanun qoyan deyə

Sorulmaz qanun qoyandan ki, niyə?*

Ağalıq haqqını verdin ... erkəyə.

(Ağalıq haqqını verdin xan-bəyə.)

İnanma cisimdən yoxsun bir şeyə,

Ki haqları verə xan ilə bəyə.

99

Zülümü yasallaşdıran Allahdır

Allah tacir sinfi şəklində şahdır

Din o sinfin ürətdiyi silahdır

Din deyər qul yetişdirmək savabdır

Pay verməyənin cəzası əzabdır

Zalım ... yerə əl qoyan inqilabdır

100

Taciri sinfi xeyri xain edib

Sinfi ağlını bizə ayin edib

Ana haqları belə təyin edib;

Özünə qimət qoymaq haqqı verib

Ərbaba kəndi soymaq haqqı verib

101       *- Surə 20, ayə 131.

İslam tacir sinfinin hasılıdır

Dərəbəylik küpünə basılıdır

Zalımın istəyindən asılıdır

İnqilab haqqını insandan alıb*

Zalımın zülümü yerində qalıb

102

Allah ideolojudur zehnində

Feodal-kompradordur beynində

Casusu solçu mələkdir çiynində

Hər sinf özünə qanun qoymalıdır

İdeolojusunu yaymalıdır

103

İslamın Allahı inqilab etməz:

“Sınağa gərəkli zülümü bitməz,”

“Sınanan ölməsə haqqına yetməz,”

“Zalımın haqqı var ki, zalım qala,”

“Məzlumu öldürə, zindana sala,”

“Öldükdən sonra cəzasını ala.”

104

İnqilab edənin olmaz Allahı  <

Gərəkirsə olar özünün şahı

Qoymaz yerdə qala məzlumun ahı

Allahsız özü tale təyin edər

Allahlı ərbabın yolunu gedər

105

Molla girsə inqilabçı donuna

İstər inqilab çatmaya sonuna

Yediyini gətitdirə burnuna

Mollanın da dərdi ərbab dərdidir

Şah ola bilməyən əhbab dərdidir

106           *- Surə 3, ayə 26.

Köləliyi islam taxdan “saldırdı”

Dərəbəylik bayrağını qaldırdı

Bu şüarı ərbaba pay aldırdı:

Haqq odur ki, Tanrı təyin eyləmiş*

Ağalıq haqqını ... bəyin eyləmiş

107

“Cəhənnəm” qorxudar ki, dizə çökə

Dizə çökən sinfi-savaşdan ürkə

Düşmənin yox ki, öz belini bükə

Din kölə yetişdirər ki, baş əyə

Zülmü yasallaşdıran xana, bəyə

108

Quran elmdən min il geri qalıb

İslamın xeyri gedib, şərri qalıb

Elin ərbab əlində yeri qalıb

(Qadının daşlanacaq əri qalıb)   (dörd nikahlı ...)

Malik olsa verməzərbaba faiz   <

Sömürüdən qalmaz dünyada bir iz

109

İslam işqal etdi bizim mahalı

İşqal etmək öyrəndi Ərəb alı

Rizanı etdi Xorasana valı

(Valının əliylə bəsləndi zalı)

Valı edən işqalçı nizam idi

Valı olduğu üçün imam idi

110

Ərəb işqal etdi ki, dərdə sala

Kölə yetişdirə, milli bac ala

Rəiyət olan kölə razı qala

Din uzatdı işqalın ömürünü

Həm də yasallaşdırdı  sömürünü

 

İstiqlal-azadı düşməni islam

Haqq verə bilməz ki, istiqlal tapam

111

Soydaşsevər demokrat olmalıdır

Milli istiqlalını almalıdır

Bu iki əslə sadiq qalmalıdır:

Soydaşsevər soydaşını sömürməz

Milli haqq satdırıb sümük gəmirməz

112

Ərəbdən öncə işqal etsəydi Rus

Oyuncaqları edərdi ortodoks

Kor tutduğunu buraxmaz,deyər sus

Oyansa mollaları susduracaq

Qansoran ərbaba qan qusduracaq

(Cib kəsən tacirə qan qusduracaq)

113

Kim deyir çinli cəhənnəmə getdi?

Çin-in inqilabı məqsədə yetdi

Maşın qayırdı, Çini cənnət etdi*

Yurdunu abad edən məlakədir

Cəhənnəm xaraba qalmış ölkədir

 

     *- Çinə milli inkişafı açısından baxınız!

114

Düşmən ilə bizim bəhsimiz yoxdur

Reformun zərəri xeyrindən çoxdur

İnqilab zülümü öldürən oxdur

Bizim bombamız nifrət ilə kindir

Bilikli kinin gücü birə mindir

115

Zalım məzlumun gününü qaraldar

Sömürü nifrət ilə kin yaradar

Kin sömürünü kökündən qurudar

Molla sinfi kin söndürər məsciddə

Barışdırar ki, zülüm dəvam edə  <

116    (Sinfi partı, milli cəbhə ...)

Din sinfi kin söndürər barışdıra

Həm də sinfi səfləri qarışdıra

Verdiyi səbir zülmə alışdıra

Çünkü məzlum ilə zalım barışdı

Zülümün odu sönmədi alışdı

117       (Mal satılıb-alınar.)

İslam arvadlara verməz azadı

Yaşadar neçə arvadlı fəsadı

Mal sanar haqqından yoxsun arvadı

Haqq verməz qadın yetə muradına

Başqa şəkil verə ... iqtisadına

 

      *- Bu səbəbdən İbad Gülnazı aldı

Dedi baxım görüm mal necə maldı?

118

Çünkü islam şəriətçi qavvaddır

Kişi dörd arvad almağa mötaddır   (alışqındı)

Sonsuz siqəsi olmağa azaddır        (Tu!)

Kim istər ki, əri dörd arvad ala?

Her gün bir evdə yorğan-döşək sala?

119

Ağalıq payı verən müsəlmandır

Təslim etdirən biliksiz imandır

Həm də içiboş duzəxçi düşmandır

Düşməni vəqfin qurduğu nizamdır

Onun ideolojusu islamdır

120     *- Fəlsəfə düşündürər.

İslamın dediyi qədər pay alan

Pay verən reiyyəti dərdə salan

Rəiyyət gedən “cənnət”ə getsə xan

Rəiyyət deməzmi bu necə işdi?

Niyə hər yerdə xana kef yetişdi?*

121    *- Daş başına anlamaz!

Şeyxlər də atəş ilə yollandılar

İçiboş “cəhənnəm”i kullandılar

Qorxaqları sömürüb pullandılar  <

“Cəhənnəm” qorxusuyla qul etdilər*

“Cənnət” vədəsiylə məşqul etdilər*

122

Quran ərbaba faiz qazandırır

(Ərəbistana dövüz qazandırır)

Erkək soyluya kəniz qazandırır

(Mollaya rütbə, ulduz qazandırır)

Cəhlsevərə öküz qazandırır

Mollanın həyası olmaz üzündə

Deyər hikmət var Allahın sözündə

123

Doğrudur, hər sözdə bir hikmət vardır

Hər kəmmiyyətdə bir keyfiyyet vardır

Hər şeyin içində hərəkət vardır

Hissə haqqını aldıran rəiyyət

Malik olmaq üçün edər hərəkət

124            (1905 – 1911)

Azərbaycanlının məşrutiyyəti    (parlamentarizm)

Dedi Farsa bənzəməz Türk milləti

Yaşadmaz bu çağda məşruiyyəti

“Beş molla” maddəsinə şah hə desə

Azərbaycan həmlə edər məclisə

 

(Azərbaycanın Tehrana telegrafları)

125               (1945)

Pişəvəri başçılığında firgə ...

Böyük iftixar qazandırdı şərqə

Qulluq etdi millətə, həm də xəlqə

Nə fəqət ərbabları qovdu kənddən

Bəlkə arvadları qurtardı bənddən

126     *- 470-ci bəndə baxın!

Türkün tutuluq dövrü sona çatdı        (təqlidçilik)

Satqın-Şəriətmədarını atdı*    (Ayətullah Kazım ...)

Komprador Türkün günəşi batdı

Türkü Farsa satan federalçı oldu

İstiqlalçı xalqın şüarı soldu

(İstiqlal-azadı şüarı soldu)

127     Suçlunun kökü qazılmalıdır.

Biz hələ demokrası görməmişik

Kommun tərzində yaşam sürməmişik

Beynimizi silib-süpürməmişik

Ağlımız toz basıb, ölkəmiz solub

Bizi bu günə qoyan islam olub   <<<

128           (geriçi = irticaçı)

Kompradorizm geriçi nizamdır

Din istibdaddan yana bir məramdır

Demokrası dinə görə haramdır

Demokrası gəlsə dinin yerinə

Fikir özgür olar xalqın xeyrinə

129

İnkişafı durduran bugünkü sədd

Dindir ki, düşüncəyə çəkdirir dərd

Qoymayır sənayeləşə şəhər, kənd

Din istər sənayeləşmə olmaya

Ki feodalizmə son qoyulmaya

130

Özgürlüyün meydanı çox genişdi

Necə ki düşündü öylə danışdı

Din gördü yokuşun ardı enişdi

İnqilabdan qorxan islam etdi lal

Tənqid edənlərin qanını halal

131

Sənaye devrimi olan ölkədə

Demokrası qala bilməz kölgədə

Yaradıcı yetişdirər tükədə

Tükənən ölkədəki demokrası

Qoymaz tapıla dərdinin davası

 

Bal-bal demək ilə ağız dadlanmaz

Montajçı ölkə bağımsız adlanmaz  <

132

Dərdin çarəsi siyası bilikdir

Bilikin məhsulu sinfi birlikdir

Sinfi bilikin məhsulu dirlikdir

(Milli bilikin məhsulu dirlikdir)

Bilikli xalq ağıllı vəkil seçər

Xain-vəkilinin qanını içər

133

Mülkiyyət pis deyil ki, şəkli pisdi

Çünkü malik qan sorandı, xəbisdi

Aldığı yiyəlik payı nəcisdi

Din deyər qiyamətə qədər bəklə

Yiyəlik payı ver, malını pakla

134

Dərəbəylik inkişafı durdurar

İnkişaf etdirən elmi burdurar

Qondarma üniversitə qurdurar

Çünkü elm inkişafın kitabıdır

Məhsulu ... sənaye inqilabıdır

 

Müstəmləkə müqəllid (montajçı, təmirçi) yetişdirər

135

Feodal-komprador kəndi soyar

Mekanizə eyləməz ki, göz oyar

Aldığı kirayəni banka qoyar

Yaxud imperializmə dəllal olar

Milli inkişafına əngəl olar*

 

     *- Müqəllid ürətməz ki, muntaj edər.

136

Torpaq inqilabı lazımdır bizə

Kompradorizmi çökdürək dizə

Maşın ürətək, edək mekanizə

Yoxsa kəndi şəhər, şəhəri özgə

Çalıb-çapar, inkişaf etməz ölkə

137

İşləyən işləməyənə qul olur

Pişəvərin iş gücü məhsul olur

Məhsul satıldıqdan sonra pul olur

Hər kəsin pulu qədər məhsulu var

Nə qədər ürətimində rolu var?

138

Əkinçi doyun-qarın yeyə bilmir,

Gərəkən şeyi alıb geyə bilmir,

Yoxsulluqdan dərdini deyə bilmir,

Çünkü tacir ucuz qimətə alır,

Əkinçiyə işçi qədər pay qalır.  <

139

Pişəvər başmaq tikir, fərş(xalı) toxuyur

Qazancıyla övladı dərs oxuyur

Dişləri çürüsə ağzı qoxuyur

Ziyindən çıxsa cibi pulsuz qalır

Çünkü ucuz mal satır, baha alır

140    *- Mənliyini satana işçi deyərlər.      (siyasətdə)

Yoxsulluq insanın burnunu ovar

Yoxsulun mənliyini satıb-sovar

Sağılar mənliyi olmayan davar

İş gücünü alan mənliyi alar*   <

Ölmə-diril pay verər,dərdə salar

 

        * İşçi mənliyini  satar ki,

sömürülmüş iş gücünün məhsuluna malik olmasın.

 

Pislik meyvədir, sərmayə koludur

Yoxsulluq sömürünün məhsuludur

141

Tacir xalqın sırtından qazanır pul

Qazandığı puldan bəslənir bol-bol

Qalanıyla faiz alır, edir qul      (Satqın siyasıları)

Qul etdiyi siyası dövlət qurur

Dövlətə maaş verən xalqı burur

(Düvlətə vergi verən xalqı burur)

Zülümə qarşı baş qaldırsa vurur

 

Dövlət kimin (hansı sinfin) dövlətidir?

142

İşçi sinfi yoxsulluqdan satılır

Ucuz satılmayan işdən atılır

(Yoxsul kirayəçi evdən atılır)

Haqqını istəyən dardan asılır

Sömürü bitsə daha qalmaz zülüm

Zülüm olmayan yerdə olmaz ölüm

143   (Özümüz özümüzə dərd yaratdıq)

Yoxsulluqdan mənliyimizi satdıq

Dərdimiz sanki az idi, çoxaltdıq

Kölə edənlərə sərvət yaratdıq

Quran haqq verməz ki, haqqın alasan

Dinçi olsan gərək kölə qalasan   <

144     Hər şeyin içində qayda-qanun var.

Malik olsaq yerə, suya, öküzə

Məhsul bölünməz ücrətə, faizə

Ki öküz qədər pay verələr bizə   <

Bu ölçü sömürünün arşınıdır

Burjuvanın öküzü maşınıdır*

 

     *- Maşın sömürülmüş iş gücünün (işçi sinfinin) məhsuludur.

145

Sömürülən istər dərdi duyula

Kiralı evə yerə əl qoyula

Cib kəsən tacirin cibi soyula

Din deyər sınağın şərti zülümdür  <

Baş qaldıranın cəzası ölümdür

146

Tacir sinfi milli haqları satır

Gündüz cib kəsir, gecə rahat yatır

Günahı dövlətin boynuna atır

Çünkü qulluqçu sər verər, sirr verməz

Siyasət sirr verənlərə yer verməz

147

Sərvət yaradan sinf etməsə xata

Desə haqlı gərək haqqına çata

Qoymasa qazancı paylana, bata

Doğa bilməz zülümə fikri zəmin

Mülkiyyət kollektivləşsə ölər din  <

148           (1905-1917)

Dərəbəylik toplumu dərdə saldı

Tacirdən yana aydın rüşvət aldı

(Kim bir abbası deyə-deyə qaldı?)

Çarəsizlikdən yer satmağa daldı

Daş-çınqıllı Sənəm çatdı İbada

(Çünkü vazkeçdi silahlı davada)

Gülnaz yetişdi brokrat damada

(Savxoz yetişdi brokrat damada)

  (sovxozçu)

 

          (Məşhədi İbad operasının məzmunu)

Brokratın yan gəlir qaynağı rüşvət olduğu üçün

toplumu rüşvət xəstəliyinə bulaşdırar

149      Deməyin demədilər

Tacir sinfi milli haqları satdı

Fars milləti aldı zibilə atdı

Türkün adı yurdu varlığı batdı

Milli haqları alan çalıb-çapar

Satqınını qovan istiqlal tapar

 

Ticarı sərmayə milli olacaq

Onda ki, Azərbaycan qurtulacaq

150

Əskər olsan tacirə qulluq etmə

Sinfinin üstünə küşkürtsə ditmə

Atanı meydanda tək qoyub getmə

Sənə vergi verən xalq maaş verir

(Sənə servet yaradan maaş verir)

Niyə gül-çiçəyini özgə dərir?!

151

Dövlət hakim sinfin təşkilatıdır

Sinfi toplumların məhsulatıdır

Dərki hakim sinfin təhsilatıdır

Din dərəbəyin dünya baxışıdır

Bu nədənlə dövləti də vəhşidir

152

Kompradorizmi yönəldən molla

Cahil yetişdirər ki, hakim qala

Vəqfə aid sərvətə faiz ala

Yoxsa xalqın xeyrinə qanun qoyar

Qanun pozanların gözünü oyar

153

Tacirin sərvəti ac yatanındır

Ucuz işçinindi, yaradanındır

Ürətdiyini ucuz satanındır

Bir ovuc tacirə kim verib haqqı,

Ki dərdə sala doxsan faiz xalqı?

154

De oğlun tacirin oğluna desin:

İşləməyənin haqqı yoxdur yesin

Bizimdir mindiyin o mersedesin

Tacir öz gücü ilə qazanmaz pul

İş gücü tükətməz ki, ola məhsul

155

İki kəz soyulmağa olma razı:

Təhsilli işçiyə varsa niyazı

Xərcini verməlidi burjuvazı

Yoxsa dövlətləşdirin sərmayəni

Ki həyata keçirə bu qayəni

156

İşçi ücrətini, iş həcimini,

Sağlıq ilə təmizlik biçimini,

Satış fiyatlarının seçimini,

(Ürətiləcək malın seçimini),

Dövlət təyin eyləsə, sorsa hesab

Ölkədə nə şiş yanar, nə də kabab

157

Böyük sərmayə dövlətləşmiş olsa

Ucuz almaz, baha satmaz nüfusa

Yoxsulluq qalmaz ki, bənzər virusa

Dövlət çox maaş versə fəhləsinə

Düşməz sərbəst məsləkin tələsinə

158

Kapitalizmin hökumət şəkili

Demokrasıdır ki, olmaz kəkili

Xalqı təmsil edər millət vəkili

Hər sinf öz nüfus sayısına görə*

Millət vəkili seçər höküm sürə

 

     *- Yoxsa iqtisad demokratizə olmaz

159      (qiyamət ~ inqilab)

Geriçi buraxılmaz öz halına

“Qiyamət şeypuru” gərək çalına

Artıq var-dövləti zorla alına

Geriçi sinfi çağırmazlar “toy”a

Qoymazlar partı qura, qanun qoya

160       Deməyin demədilər

Tacir sinfi bığların buracaqsa

Məşruəçi bir rejim qurqcaqsa

Özgürlüyün önündə duracaqsa

(İnkişafın önündə duracaqsa)

Sərmayəni dövlətləşdirməliyik

Çinli təkin sovetləşdirməliyik

161

Siyasət iqtisadın məhsuludur

Siyası ... sinfi savaşın quludur

Yolu təmsil etdiyinin yoludur

Siyasət iqtisadın dilmancıdır

Siyası doktor deyilsə sancıdır

162            Deməyin  demədilər

Desə döz xalqımız sel təkin coşsun,

Sinfiləşdirmə birlikdə döyüşsün,

Dinçi bir liderin dalıca düşsün,  <

İstər inqilab qələbə çalmaya,

O dövrün önçüsü ölə, qalmaya.

163           *- Dava qanun davasıdır

Şeyx Hüseyn şah olmamışsa mənə nə?

Şah olsaydı nə verərdi ... zənənə?

Təcavüz edərdi bizim ... vətənə

Atası şah oldu yetmədi dada

Çünkü quran haqq vermədi ... arvada*

164   *- Dünyanı saqqalıza güldürməyin!

Ya Ebulfəzlolabbas imdada yet!*

(Ya “imam”ın qardaşıimdada yet!)

Nur təkin yayıl ki, hər bir yana get!

Milyonlar dərdi bir anda dərman et!

(Səndən üstün ola bilməz internet)

Yalançı əlbəttə ki,  girər gözə

Ağıllı inanarmı yalan sözə?

 

Hər addım başı bir Allah tikilib

İtaət “etməkdən” belim bükülüb

 

165    (.... Mohammad və ale M.)

Ağlasan ağla öz sinfin halına

(Ağlasan ağla öz soyun halına)

Qul olma dərəbəylərin alına

(Qul olma işqalçı soyun alına)

Əl qoy sırtından qazanmış malına

(Əl qoy əl qoymuş mülkünə, malına)

Ağıllı öz sinfinə qulluq edər

Ağılsız özgənin yolunu gedər

166

Bizi yuxlatdılar yuxuya daldıq

Unutduq özümüzü dərdə saldıq

Zəlilər qızardılar, biz saraldıq

Əməyimizdən dördə bir pay aldıq

Yerə əl qoymadıq bu günə qaldıq

167

Bəllidir ki, tarix geriyə dönməz

Traktor cüt seviyəsinə enməz

Bilikin odu günəş təkin sönməz

Yerə əl qoymuş Azərbaycan xalqı

Oynamaz çalınsa başqa bir çalqı

168       > Dinçinin yazqısını özgə yazar <

Heç bir baqqal deməz yoğurdum turşdur

Heç bir din deməz vədəm içiboşdur

Heç bir dinçi bilməz ağlı naxoşdur  (xəstə)

Söylə bilsin payı dindən zərərdir

Din ağlı zəhərləyən bir zəhərdir

169

Biri tacir oldu yazdıra quran

O biri molla oldu qoya palan

Minə bilə yiyəlik payı alan

Yuxlayanı oyatmasan ayılmaz

Aydınlandırmayan aydın sayılmaz

170

Bilikin də hədəfi dirçəlməkdir

Siyası elmləri içərməkdir

Mədəniləşdirməyi bacarmaqdır

Biliklən ki, geriçiliyə son ver

Öz sinfi xeyrinə sellərə yön ver*

 

     *- 23-cü bəndə baxınız!

171       Fəlsəfə düşündürər

Rəiyyət zalımın oduna yanır

Yerə əl qoyan asılır qınanır

Niyə ərbab cəzalanmır sınanır?

Belə qanun qoyan sınayan Allah

Bizim Allahımız deyil ola şah

172

O “cisimsiz” xalqı yoxsul etmişsə

“Sınadığı” zalıma qul etmişsə

Yiyəlik payını məmul etmişsə

Sınanan Tanrı sınaqdan çıxmadı

Zülümü yasallaşdırdıdı yıxmadı

173      *- Hitlerin öyrətməninə lənət!

Yazqı yazan, qanun qoyan, sınayan

Ərbaba pay verməyəni qınayan

Sömürüçünün sazına oynayan

Hitler təkin cəhənnəm quran Allah*

Cisimsiz deyil kölgəsi ola şah

174

Cisimsiz Tanrı yoxdur bankı ola

Ki pul göndərə yoxsul ilə dula

“Allah” yolunda verəcəyin pula

Molla yiyələnər ki, yeyə, doya

Ağıllandıranın ... gözünü oya

175   *- O sömürsün, sən sınan!      (ha ha ha)

Xalqımı savaşdıran içiboş söz

Tanrıdır ki, zalıma olubdur köz

Kabab olanlara çıxartdırır göz

Deyir aydınladanın boynunu üz

Sınanan zalımın zülümünə döz*

 

Maddı varlıqların varsa Tanrısı

Gözükər ki, verməyə baş ağrısı

176

Hakim mədəniyət hakim sinfindir

Tacir sinfinin əsləhəsi dindir

Dincə arvadın dəyəri kəbindir

(Kişi “Əşrəfe məxluqate zəmindir”)

Desə “Canım azad, kəbinim halal”

Yox deyən əri edər arvadı lal

İslam edib arvadı ərinə mal

 

(Surə 2, ayə 228.), (Surə 4, ayə 34.)

177

İslam 1400 il vəliəhd oldu

Zəhərlədiyi xalqın ağlı soldu

Çünkü beyni zir-zibil ilə doldu

Zir-zibillər islamı şah etdilər

Geriçiliyinə agah etdilər

178

İslam öldürdü yüz minlər cavanı

Adamlıq haqqı istəyən Həvvanı

Beyin qurtaran dəmirçi Kavanı

İnqilab tez-gec qələbə çalacaq

İntiqamını islamdan alacaq

179          Şüar vermə, ağıl ver

Haqqını düşməndən istəməyə dal

Haqqını verməsə başqa hava çal

Öldürüb-almışsa öldür geri al

Hər adam öldürən faşist sayılmaz

Öldürəni öldürməsən ayılmaz

180

İslam qat-qat geriçi dindi ağa

Uydurmaq mümkün deyildir bu çağa

Mədəniləşməyi edər qadağa

Çünkü islam Ərəbistan malıdır

1400 il çağımızdan dalıdır

181

Dinin oynadığı geriçi rolu

Gülə qarşı oynaya bilməz dolu

Anlada bilməz sənətin bu qolu

Kino sənəti tamamlasın yolu

Çənlibeldə Nigar ilə koroğlu

182           *- Diqqət!

Sən də gərçəkçi ol, ağlını satma!

Anlaya bilməsən, günaha batma!

Yəni dinini siyasətə qatma!

Tənqid etsən, cavablandır yerbəyer,*

Çamır atma, xalqa sinfi bilik ver!

 

Bu əsər yazıldı tənqid edəsən

Yoxsa göstərdiyi yolu gedəsən

183               *- Belə də iş olar?

Uyqarlaş ki, gərçək bir demokrat ol!

Yalana, diktatorluğa vermə yol!

Molla reklam edər islamı bol-bol,

Kimsəyə haqq verməz tənqid eyləyə,*

Yağılan yalana qarşı çiləyə.

184

Uyqarlaş ki, mən səni mutlu görüm

Mən də dərdsiz-qəmsiz bir ömür sürüm

Qoşma qoşmayım ki, saçını hörüm

Kaşki oğlan doğulardı bu qızım

Mədəniləşdirə bilməsə sözüm

 

Qadının davası haqq davasıdır,

İstibdada qarşı demokrasıdır.

(İstiqlaldan yana demokrasıdır.)

185    *- Vədələrinə inanma!

Uyqarlaş ki, anla öz tinyətini

Şəkil dəyişdirməz mahiyətini*

Yalançı gizlədər öz niyətini

Çünkü insan fikrini gəlişdirir

Molla da gündə bir don dəyişdirir

186

Uyqarlaş ki, qulluq etmə islama

Qadını alçaldan alçaq inama

Erkəyə qul yetişdirən mərama

(Zülümü yasallaşdıran mərama)

Biz də sinfi savaş başlatmalıyıq

Dörd nikahlı əri daşlatmalıyıq*

 

     *- Yoxsa qadına gəlincə tərs yumurtlama!

187

Uyqarlaş ki, istedadın solmasın

Mahiyət dəyişməz, şübhən olmasın

Elə ifşa et ki, çarə bulmasın

İslam dərəbəyliyin silahıdır

Qadın köləsidir, erkək şahıdır

188   *- Kaşki Araz da “cisimsiz” olardı.

Uyqarlaş ki, mənim qoşmamı oxu

Tacir sinfi demiş fəlsəfə toxu

Qadın haqqında da yediyi poxu

Yoxun boynuna atın ki, tapılmaz

“Cisimsiz” Allaha bir şey yapılmaz*  <

189

Uyqarlaş ki, arvadın azad ola

Çadıranı başından ata şad ola

Məhsulları azadə övlad ola

Geriçi ənənələrin yarısı   <<<

Gömülər qurtulmuş olsa qarısı

190

Uyqarlaş ki, bu dərd öldürür bizi;

Erkəkə qul yetişdirirlər qızı

Yaşadırlar neçə arvadlı hizi

Qazılıq haqqı vermirlər arvada

Ki qadın yön verməyə ... iqtisada

191

Uyqarlaş ki, qadın da qazı ola

Əlində qələm, dəftər, sazı ola

Dişi doğulduğundan razı ola

Kişi dərəbəyliyin çomağıdır

Dişi didilən yünü-yumağıdır

192

Uyqarlaş ki, qadın işləyə bilə

Hizliyə son ver ki, qadın da gülə

Vurduğun damqanı alnından silə

O da tək başına kinoya gedə

Əylənə, öyrənə, təcrübə edə

193

Uyqarlaş ki, olma islama çomaq

Qadın qazı olmağına ala haqq

Dörd arvad almağı eyləyə yasaq

Çiçəklənə qadının istedadı

Yönəldə siyasəti, iqtisadı

194

Uyqarlaş ki, qadın da ola azad

Qadın qurtulsa dəyişər iqtisad

Oturar soy yerinə sinfi təzdd

Qadını qurtarmayan azadə el

Güclənə bilməz ki, ola bilə sel

195

Uyqarlaş ki, uyqarlıqda fayda var

Qızı oğlandan ayırmasa duvar

“Əl əli, əl də dönər üzü yuyar”

Tək əldən səs çıxmaz inqilab edə

Gərək islam dini ortadan gedə

196

Uyqarlaş ki, doğru ölçüb-biçə bil

İnsansevər xətti məşyi seçə bil

Özgürlük üçün canından keçə bil

(Sən də düşmənin qanını içə bil)

Erkək soylu islamı qovsa arvad

İnsanların yarısı olar azad  <<<

197

Uyqarlaş ki, məntiqin də dəyişə

Düşündürə ki, düşünüş gəlişə

Bu biçimdə harayına yetişə;

Kişi arvadları etməsə azad

Gələcəyə erkək “doğmasın” arvad

198

Uyqarlaş ki, sanma arvadın maldı

Oğlun evlənsə demə arvad aldı

Qarşılığı talaq verməyə qaldı

İnsan heyvan ilə qol-boyun yatmaz

İslam təkin qadınları alçaltmaz

199

Uyqarlaş ki, qadını təhqir etmə

Geriçi sinfin harayına yetmə

Ərbabın tacirin yolunu getmə

Erkək dərəbəyliyə qulluq edir

Qadın insanlığın yolunu gedir

(Qadın azadlığın yolunu gedir)

200

Uyqarlaş ki, insana hörmət eylə

Səhv etsən bağışlanmasını dilə

Eyni gözlə bax hər insana elə

İradə hər şeyi alt-üst etdirər

İradə öldürən ... çadıra örtdürər

201    (nəməkdan, zəndan, zindan,)

Uyqarlaş ki, sən də harayıma çat!

Bir tavan, dörd duvarlı çadranı at!

Özünü azadə insanlara gat!

Gərəkirsə keç başından canından

Qurtul erkək soylunun zindanından

202

Uyqarlaş ki, insanlara sataşma

Həddini bilki, hüdudlardan aşma

Heyvan isən insanlara yanaşma

Sən də arvadın kimi namuslu ol!

Haqq qazan ki, göstərə biləsən yol

203                 *- Diqqət!

Uyqarlaş ki, insanlar kimi yaşa

Bacı-qardaş gözüylə bax soydaşa

Hizliq haqqı vermə evli əyyaşa

Necə oğurluğu ediblər yasaq*

Sən də əyyaşlığa vermə heç bir haqq

204

Uyqarlaş ki, yaşadma əyyaşlığı

Yaşad hər kəslə bacı-qardaşlığı

Birisiylə qur həyat yoldaşlığı

O ev ki, bir ərə dörd arvad bəzər

Xüsusu fahişəxanəyə bənzər

205

Uyqarlaş ki, uyqarlaşmaq yaxşıdır

Bu tez uyqarın dünya baxışıdır;

Arvadı fahişə edən kişidir.

“Fahişə” çörək qazanar uşağa

Əyyaş pul xərcləyər dambıl-daşşağa

 

(Pisi pis göstərən güzgü neyləsin?)

206

Uyqarlaş ki, yaxşını pisdən ayır

Geriçiliyə qarşı susma bağır

Oyad ki, inqilab etməyə çağır

Məzdək evlənmək haqqı aldı sənə

Sən də başqa haqları al ver mənə

207

Uyqarlaş ki, uyqarlaşmaq çağıdır

Qadın haqqını verməyən yağıdır

Bugünkü yağı millətin sağıdır  <

Millət oluşubdur burjuvazıdan

Solu demokratdı sorsan qazıdan

208

Uyqarlaş ki, tacirə etmə qulluq

Tacirsiz ölkədə olmaz yoxsulluq

Kəsilməyən ciblərdə yaşar bolluq  <

Tacirsiz ölkədə dövlət satılmaz

Haqqını istəyən işdən atılmaz

209

Uyqarlaş ki, akusuz maşın durar

Vəhşi sinf insanın qanını sorar

Vəhşiləri qoruyan dövlət qurar  <

Sən də dövlətləşdirsən iqtisadı

Dövlətin yaşadmaz ... cəhli, fəsadı

210

Uyqarlaş ki, dövlətləşə iqtisad

Vəhşi sinfin məhsulu olar fəsad

İnsanlıq bazarını edər kasad

Dövlət tacir olsa, tacir də fəhlə

Fəhlə qulluq etməz fəsada, cəhlə

211

Uyqarlaş ki, vəhşilikdən nə gördün?

Sən hansı tacir sürən kefi sürdün?

Ki tacir sinfinin xeyrinə hürdün

İqtisad dövlətləşsə gəlir artar

Dədə malı təkin hər kəsə çatar

212

Uyqarlaş ki, sərmayə dövlətləşə

Yoxsa ağıllı olmağa əlləşə

Dövləti “ata” yərinə əyləşə

Günahsız işsizi dövlət yaşada

İşsiz edənin cibini boşalda

213

Uyqarlaş ki, xalqıma pis keçməyə

Geriçi ölçüylə ölçüb-biçməyə

Geriçi yaşadan yolu seçməyə

Yoxsa inkişaf etməz, geri qalar

Bir ömür öz başını dərdə salar

214      Min üzlü düşmənləri tanı!

Uyqarlaş ki, haqdan yana ola bil

Siyası xətti-məşyini bula bil   (xətti-hərəkət)

Siyası alax-bulaxı yola bil

Yaltaq siyası nala-mıxa döyər

Din gələndə öyər, gedəndə söyər*

 

      *- Öyər ki, hakim edə

Söyər ki, don dəyişdirə

(Sözdə kommunist olan “Tudə” partisi, “fədai” təkin)

215

Uyqarlaş ki, inqilab zamanıdır

Reformist inqilabın düşmanıdır   (don dəyişdirən)

Xəyanət dini ilə imanıdır

Reformist qullansa demokrasını

Kompradorizm görər faydasını

216

Uyqarlaş ki, anlaya bil Arazı

Ananı, bacını qurtar ən azı

Keçmişin dəvamına olma razı   <

İslamın məhsulu dərd olmadımı?

Sənin də dözüm tasın dolmadımı?

217

Uyqarlaş ki, haqq ver mən də danışım

Ədaləti anlatmağa çalışım

Qanun verici işlərə qarışım

Mən də 1400 il “diktator” olum

İslama qarşı ki, ediri zülüm

218    *-Kitabın 379-cü səhifəfəsinə baxın!

Uyqarlaş ki, çiçəklənə biləsən

Beynini pasladan dini siləsən

Bütövləşmə qərarına gələsən*

Çağdaş anlayışlı aydın xalqıma

Qatıla bilməsən, məni qarğıma

219     Cəlil Məhəmmədquluzadə

Uyqarlaş ki, sözümü deyə bilim

Necə ki, Cəlilə  haqq verdi elim

Haqq ver ki, lal ola bilməyə dilim

Səksən il öncəki münacatını

Açıqlayım ki, anla hacətini

 

      *- Antişəriətçi Cəlil dinçiydi

Dinçi olduğu üçün leninçiydi

(Öz yazqısını yazan xalq ... finçiydi)

220

Uyqarlaş ki, deyim sözün düzünü

Allah yoxdur ki, göstərə üzünü

İnandıra bilə xalqın gözünü

İnandıra bilməsə demək yoxdur

Tacirin, mollanın yediyi poxdur

221

Uyqarlaş ki, materialist ola bil

Yaratdığın Tanrını beynindən sil

Yaradan düzəldən sənsən, çarə qıl  <

Siyasəti iqtisadla izah et

Tədavi üçün kökündən islah et

222

Uyqarlaş ki, olasan adil qazı

Oynama molla çalmış olsa sazı

Desə öldürün Baltacı Arazı

Ədalət istəyən kafir sayılsa

Kafirlik yaxşıdı, həm də yayılsa

223

Uyqarlaş ki, uyqarlaşdır xalqını

Yeyə bilməyə özgənin haqqını

Yaşada insanlıq ilə sayqını

Vəhşilik vəhşi sinfin məhsuludur*

İnsanlıq xalqın yaşam üsuludur

 

      *- Hakim kültür hakim sinfin malıdır

224

Uyqarlaş ki, xəstəliyin düzələ

İnsansevərliyindən xoşun gələ

Dəyə islamın ürəyini dələ

Qadın sinfi basa səni bağrına

Qatıla uyqarlaşdıran çağırına

225

Ay ellər mən də göydən düşməmişəm

Özgədən alıb qoşma qoşmamışam

Boşuna uğraşıb vuruşmamışam

Mənim qoşmam yeni bir teorudur

Azərbaycan xalqının şüurudur

226

Mən ağlar Arazım təkin axaram

Nazım Hikmət kimi yanıb yaxaram

Günəşim batan zaman mən şaxaram

Mən doğma xalqımın qızıl gülüyəm

Onun dərdindən ötən bülbülüyəm

227

Araz istər xalqını mutlu görə

Kirli zehinləri silə süpürə

Düşünüş təməlini düzgün hörə

Bu savaşın hədəfi azadlıqdır

Məhsulu mutluluqdur abadlıqdır

228

Otayda dünyəvi ağıl hakimdir

Nəsimi, Üzeyir, Cəlil  hakimdir

Butayda çağ dışı cahil hakimdir

Yüz il öncə atılmış addımları

Atıb-qurtarmalıyıq ... madamları

229

Araz dinçi beyninə işıq saçıb

Dinin vurduğu düyünləri açıb

Molla aydınlanmış sahədən qaçıb

Çünkü molla bilir ağıllı sapmaz

Cəhlini itirən axtarıb-tapmaz

 

Heç bir molla demıkrat ola bilməz,

Qurana qarşı zurna çala bilməz.  <

O cümlədən irticaçı şeyx Məhəmməd Xiyabani.

(Bugünkü vətən övladı xam deyil.)

230

Araz zorlaşdırdı höküm sürməyi

Toplumdaki insanı sömürməyi

Evdəki qadını kölə görməyi

Bu kitabı oxuyan xalq hür olar

Pambıq ilə də baş kəsmək zor olar

231

Oxu “Uyqarlaş!” adlı bu yazını

Sən də artır sazını avazını

Yayqınlaşdır bu düşünüş tərzini

Düşünüş tərzi dəyişmədən öncə  <

Çiçəklənə bilməz bağdakı qönçə

(Doluya uğrayar bağdakı qönçə)

232

Bu əsər xalqıma övlad borcudur

Onun məndə daşıdığı gücüdür

Onu təmsil edən aydın solçudur*

Mən onun açdığı gülləri dərdim

Bu şəkildə masa üstünə sərdim

*- sağçı:

..., gelenek ve göreneklere, mevcut düzene

bağlı kalan siyasi görüşü temsil eden kişi

veya parti.

Türk Dil Kurumu Türkçe Söslük - Ankara

233

Mənim qoşmam ürəklərdə yazılar

Okul dərsliyi edərlər qazılar

Elm ona həsr olan sergi arzılar

Qumaşı ipək deyilsə də bezdi

Sentezi məktəbdi, hər bəbdi tezdi

234

Sorsa kimdir bu kitabın yazarı?

Tanı dost qılıflı mərdümazarı

De şirindir satqınlığın bazarı

Dəli bir daş salmış olsa quyuya

Yüz ağıllı çıxara bilməz quya

2002