Çap

Azərbaycanı istiqlal qurtarar (Özət)

        Azərbaycanı istiqlal qurtarar

“Otay-butay vətəndir” adlı kitabımdan çıxartılmış bu özət

 yazı federalistləri və sözdə doğruluq ilə şəffaflıqdan yana

 olan yalançı federalistləri də tanıdmaq üçün düzənləndi.

1

Suçu özgədə yox, özündə ara

Yoxsa bula bilməsən dərdə çara

Miniş verməyəni minməzlər bala

Dəyişmək istəsən özündən başla

“Dəymə-düşər” olsan bu işi boşla.

2

Hər çalınan saza qardaş oynama!

Hər əridici qazanda qaynama!

Hər baqqalın saqqızını çeynəmə!

Çünkü yanlış fikir ürətənlər var

Həm də milli gücü çürüdənlər var

3

Aydın kəsim toplumun motorudur

Xalqını xəstə edən qoturudur

Qotur yazarı, qotur aktorudur

Aydının da qoturu ölçüb-biçər

Həm də bulağın gözündən su içər

4

İdeoloju bəlli edər haqqı,   <<<

Verilməz haqlar birləşdirər xalqı,

Çünkü oynada bilməz başqa çalqı;

İdeoloju hədəfi bəlirdər,*               (yasama)

Siyasət ölmüş haqları dirildər.   (uyqulama)

(Hər hədəf  ilə qanunun qırmızı xəttləri olar.)

5

Bilim araşdırıb-bulmaq üçündür

Bulduqlarından dərs almaq üçündür

Bilikli savaşa dalmaq üçündür

Araz bilikli savaşa dalıbdır

Bulduqlarından düzgün dərs alıbdır

6

Araz qullana bilibdir bilimi

Bulduqları oyadıbdır elimi

Həm də zəginləşdiribdir dilimi

Bilimdir ki, açıbdır düyünləri

Bənzətmə rəzil edib çirkinləri

7

Arazizm tam bilimsəl bir məktəbdir

Bağımsızlığa düşünsəl səbəbdir

(Uyqarlaşmağa fikirsəl səbəbdir)

Uyqulayanı bilimsəl qəzəbdir*

Ən çətin problemləri çözübdür

Cahil insan ona dodaq büzübdür**

 

       *- sinfi və milli kin.

      **- İfşa etdiyi qondarma … “alim”lər.

8

Mən sənə hər sözün düzünü dedim

Nə türdən olduğu gözümü dedim

Kimə qulluq edən özümü dedim

Mən həm irqçi, həm millətçi oğluyam

Demokratizəedən sol qoluyam

(İrq = ırk = soy)

9

Mən çapıldığım üçün yurdsevərəm

Rus ayısevərdi, mən qurdsevərəm

Qarşılıqlı olaraq ... kürdsevərəm

Milli düşmənlərimin düşmanıyam

Milli istiqlalımın qurbanıyam

10

Deyirlər irqçi olmayan ağlayar

Soy qırımı ürəkləri dağlayar

İntiqamını almayan dığlayar

Deyirəm dağlayanı sən də dağla

Daşnaq Erməninin əl-qolun bağla

11

Deyirlər soyunu unut arama

Pis günlərində dərdinə yarama

O da çarə eyləməyə yarama

Deyirəm Türkün dostu yalnız Türkdür,

Bu sözü deyən ATATÜRK böyükdür.

12

Deyirlər Türkün gücü birlikdədir

Türk birliyindən doğan dirlikdədir

Türkçülük qanunu yürürlükdədir

Deyirəm Türk gərək Türkə düşünə

Türk birliyi gəlməz Farsın işinə

 

       *- Niyə Ərəb birliyini qutlayır,

          Türklərə gəlincə tərs yumurtlayır?

13

Xalqımın çox azdı milli şüuru

Şüursuz yerdəki su olmaz duru

Ovlanıb-tutulsa yoxdur qusuru

Biliklənmiş olsa azad olacaq

Yoxsa bundan da pis günə qalacaq

14

Doktorlar qurumu xəstəxanada

Siyası önçülər politikada

Tale təyin edərlər hər bir zada

Elin təmsilcisi amaclandırar

Kütlə amacları sonuclandırar.

15

Kütlənin guyruğu yox ki, başı ol!

Lenin Türkə dedi öyrən kəklikdən,

Əl çək yurdsevərlik ilə türklükdən,

“Sosializm” yaxşıdı milli birlikdən.

Fəhlə qılıflıya çaldırdı sazı

Rus soylu sömürgəçi burjuvazı

(Rus kökənli bürokrat burjuvazı)

16

Dövləti olmayan millət dul olar

Yaxılan milli şüuru kül olar

Xalqı sömürgəçilərə qul olar

Çapılan qazancı öz ölkəsində

Yatırılmaz yaşaya kölgəsində

17

Tacir sinfi milli haqları satdı,*

Farsmilləti aldı zibilə atdı,   (çöplüyə)

Türkün adı yurdu varlığı batdı.

Milli haqları alan çalıb-çapar,

Satqınını qovan istiqlal tapar.

 

       *- Alıcıdan öncə satıcı vardır.

18

Türk soylu tacir satdı Türkü Farsa

Satqın deputat göndərdi məclisə

İranda qalmaq üçün qoya yasa

(Milli haqq satmaq üçün qoya yasa)

Türk soylu tacir istər ki, Türk sapa

İranın bazarlarına əl tapa.

19

Hərcayi sərmayələr milli deyil   (Ticarı sərmayələr)

Yatırılacaq yeri bəlli deyil

Dərdi milli dərdlərinhəlli deyil

Çox bazarlı ölkə ona vətəndir

Milli haqları satan iç düşmənidir  <

20

Satqın tacir bazar üçün düşünür

Xalqı isə dərd əlində eşinir

İşsizlikdən Farsistana daşınır

Fars dövləti Azərbaycanı əmir

Türk taciri bağımsızlıq istəmir

21

İstiqlala gərəkən güc oyanıb

Sömürgəçinin önündə dayanıb

Sinə gərəni qanına boyanıb

Tacir sinfi böyük bazar istəyir

Umman üçün Türkə Xəzər istəyir

22

Hər millət burjuvazıdan oluşub

Zalı təkin qansormağa alışıb

Sömürdüyünün canına darışıb

Böyük burjuvazı tacir sinfidir

Koloni edən o sinfin kefidir

23

Xalq sömürülür ki, sərmayə ola

Sömürülmüş qanı yurdunda qala

Milli inkişafına çarə qıla

Kiçik burjuvazı çapdırmaz yurdu

Bağımsız edər ki, qoruya ordu.

24

Sağlam millət milli burjuvazıdır

Milli inkişafı ondan razıdır

Razılaşan özü gərçək qazıdır

Feodal yapılı millət satılar

Milli düşmənin səfinə qatılar

25

Tacirin satqınlıq istedadı var

Tacirsevər siyası satıb-sovar

“Əl əli, əldə dönər üzü yuyar”

Satqın Türk Arazı sərhəd tanıyır

Çarın vurduğu yaramız qanıyır

26

Butaylı Tacir sevməyir otayı

Çünkü Farsdan alır satqınlıq payı

Butayın hayı gedib qalıb vayı

Geriçi duvaqlar tapır çölməyə

Taylarımız bütövləşə bilməyə

27

Qeyrətsiz millət cibinə düşünər

Yurdunu satdığı yurda daşınar

Çapıldığı yurdu dərddən eşinər

Qeyrətsiz millətin yurdu çapılar

Qeyrətləndirməyə çarə tapılar

“Axdaran tapar”

28

Geyrətsiz millətə eşşək deyərlər     “Türk xər”

Eşşəkin milli haqqını yeyərlər

Tarix yaradan xalqını öyərlər     (Qeyrətli Türklər)

Türk xalqı tanımayır millətini

Eşşək adlandığının illətini          (səbəbini)

 

Həm yurdumu satır, kölə eyləyir,

Həm də öldürtdürür sayğı diləyir!

29

Türksoylu topdançı yolundan “sapır”

Üç faiz vergi üçün girev yapır

Deməyir Azərbaycanı kim çapır?*

Səksən il çapdırıb Azərbaycanı

Üç faiz itirəndə çıxır canı

30

Qurtarın vətəni özünüz üçün

Tacir üçün yox ki, satdırır bu gün

Ki yarın da tuta başqa toy-düyün

Bundan sonra bu haqda yazmalıyıq

Tacir yazdıranları pozmalıyıq.*

31

İdeolojumuz millətçilikdir

Hədəfimiz milli dövlətçilikdir

Asılı olmaq rəzalətçilikdir

Federalizm özgədən asılı edər

İstiqlal öz tutduğu yolu gedər

32

Devrimçi öz yazqısını yazandır

Reformist öz qəbirini qazandır

İçiboş vədə peşində gəzəndir

Devrimçi Türklər istiqlalçıdılar

Reformist Türklər federalçıdılar

33

Azərbaycanın heç bir şəhərində

Həm başkəndində, həm də Əhərində

Firma yoxdur fabrika təhərində

Bu həddə cinayət edən Farsilə

Hansı qeyrətli Türk verər əl-ələ?

34

Onda ki istiqlal meydana girər

Sömürgəçi federal haqqı verər

Ki kar baxımından etməyə zərər;

Hər siyasətin yarısı gizlidir,

Gizləri kəşf edən açıq gözlüdür.

35

Farsfederalist edər ki, ayrılmaya

Bütövləşdirən körpü qayrılmaya

Şovenist Farsın beli qırılmaya

Federalist bütövlük sözündən qorxar

Qeyrətinin boynunu yerə soxar

36

Federalizm tacirin sinfi yoludur

Tacir sinfi satqınlığın koludur

Satdıran bazarın geni boludur

(Federalist milli satqının gülüdür)

Federalist də istiqlalçı olacaq

O zaman ki, ərbabı qovulacaq

37

Satqın ortaq milli haqları satar

Ölkənin qazancı paylanar batar

Satqına qazan dibi ancaq çatar

Qoymaz təcrübə dönüşə bilikə

Ki düşək əldən ələ, eyni kökə

38

Farsmilləti Azərbaycanı çapır

Həm dəTürkün alnına yapma yapır

“Çölmək dığırlanır duvağın tapır”

Düşməni siz sevdirirsiniz xalqa

Ki hə deyə milli-mədəni haqqa

39

Kim verər dış politikanı Farsa? *        (1)

Kim verər orduyla bankanı Farsa?*     (2) və (3)

Kim verər yatırım halkanı Farsa?*      (4)

Kim satar əmniyyət halkanı Farsa?*    (5)

Bu milli haqları özgəyə verən,

Milli düşmən deyilsə, nədir ərən?

 

Federalist milli haqlarımı satar,

İç düşmənimin harayına çatar.

40

Dövüzsüz millətə silah satmazlar

Ordusuz xalqın dadına çatmazlar

Bakansız xalqı həsaba qatmazlar

Siyası haqqı verərlər qəyyuma

Ki milli-mədəni haqq verə qövma

41

Mərkəzi banka lazımdır dövüzə

Ki ithal-ixrac sorununu çözə

Faizləri yatıra ölkəmizə

Yaddan asılı olan mərkəzi bank

Qoymaz pul basıla, yaxud ala tank

42

BMT-yə görə qəyyum çobandı

Çobanın otardığı “gövm” qabandı

Yeri BMT deyil, biyabandı

Çobanın haqqı var sağa, qınaya

Qoyuna qoyunluq haqqı tanıya

43

Federalistin dış bakanlığı olmaz

Çünkü bağımsız xaqanlığı olmaz

BMT üçün orqanlığı olmaz      (üyəolma durumu)

Qövməmilli-mədəni haqqverərlər

Çoxdanışsa vurubyerə sərərlər

44

Federalistin mərkəz bankası olmaz

İthalat-ixracat damğası olmaz

... Ağır sənayidən faydası olmaz

Ağır sənayi mərkəzdə qurular*

Özgənin gəlişmə gücü burular.**

 

       *- Rusyada qurulmadımı?

      **-Turanda burulmadımı?

45

Federalistin milliordusu olmaz

Silahsızın dərdinə çarə bulmaz

Qanı tökülməyən saralmazsolmaz

Qılınc gücüylə qanun uyqulanar*

Silahsız insan ancaq duyğulanar

 

       *- Haqq verilməz, silah ilə alınar.

46

Federalizmin içində otay yoxdur

Ağır sənaye qurmağa pay yoxdur

Mərkəzə qarşı güç* ilə hay** yoxdur

Hər millətin mərkəzdə bir səsi var***

Satqın səs alanın pul kisəsi var

 

       *- Milli ordu

      **- Dış işləri bakanlığının hayına verilən hay

    ***- Yoxsa meşə qanununa uyacak az nüfuslu

                millətlərə … yazıqlar olsun!

47

Federal rejimdə fabrika qurmaq,

Federal bütövlüyünü qorumaq,

Xarici siyasətə damğa vurmaq,

Millətlərinə tale təyin etmək   özgə ~ mərkəz

Özgənin haqqıdır, vurmayın kitmək    (düyün)

48

Meydanda uduzan yoluna salar

Federal məclisdə savaşa dalar

İqtisadı gücü qədər pay alar

Hər ölkədə yatırılmış sərmaya

Bütcəni oranlı böldürər paya

Ki çox çoxala, az yerində saya

Rəqabət qoymaz insaf qanun qoya

49

Neçə ölkəli federal ölkədə

Yoxsul millətlər qalarlar kölgədə

Kirəci rolu oynarlar bölgədə

Ölkələrində nə var qullanarlar

Kirayələr mərkəzə yollanarlar

50

Federalizmə görə mərkəz iyədir

Yoxsul millətin ölkəsi pəyədir

Mal-davar otarmaq üçün üyədir

Yiyə üyənin göz yaşını silməz

Ayrılmasa sənayeləşə bilməz

51

Hər millət federalizmə bir üyədir

Varlı millət bir növ iti tiyədir

Yoxsul millət kəsiləcək düyədir

Güclü gücsüzə hökumət eyləyər

Özünə “yağar”, özgəyə “çiləyər”

52

Federalizm deyər:“Tapan tapanındır”

“Milli Köləlik haqqı sapanındır”

“Yiyəsi ağılsız mal çobanındır”

“Çünkü bu dünya çalıb-çapanındır”

“Farsın çapdığı Farsa halal olsun”

“Çapılmış soyun saqqalına gülsün”

53

Federalizm deyər: “tapan tapanındır”;

Farsistandakılar Farsistanındır

Manufaktorlar Azərbaycanındır

Gərəkməz hər şey hər ölkədə ola

Yetər ki, mal satıla, boşluq dola

54

(Sömürgəyə lazım olan sənayi)

(Farsistanda qurulubdur ənayi)

(Qoymazlar Turanda qurula tayı)

(Azərbaycan ayrılsa olmaz hədər)

(Sənayesi olar Farsistanqədər)

55

Federalizm ordusuz dövlətlər qurar

Baş qaldıran dövləti mərkəz vurar

Güclü millət gücsüz milləti burar

Milli güc milli sərvətlərdə yatıb

Çapılmış xalqın milli gücü batıb

56

Federalizmdən güclü çox pay alar

Güclü millət gücsüzü dərdə salar

Baş qaldıranın halvasını çalar

Millətin gücü sərmayəsindədir

Sərmayəninki də qayəsindədir

57

Hər kəs odu öz qabağına deşər

Hər dalda üstün olmağa əlləşər

Çox millətli məclisdə dava düşər

İqtisadı güclü millət zor deyər

Közü alışdıran kötəyin yeyər

58

Barışmazın barışcil həlli olmaz

Çalacağı havalar bəlli olmaz

Yaddan asılı məclis milli olmaz  <

Federalizm sömürgəçinin yoludur

Federalist satqın tacirin quludur

59

Federalizm qurtarmaz mülkiyyəti

Bağımsız etməz koloni milləti

Qurtarar öncəki hakimiyyəti

Millətlərin dilini azad edər

Yiyəlik payları mərkəzə gedər

60

Neçə millətli federal ölkədə

Ortaq olmayan dil qalar kölgədə

Ortaq dil əridər qeyri özgədə

Çoxunluq ortaq dildə təhsil alar

Çünkü hər ölkəyə getsə iş bular

61

(Xəstələnmiş dillərdən vazkeçilər)

(Yayqınlaşmış dil ortaq dil seçilər)

(Hakimin xeyrinə ölçüb-biçilər)

(Muxtariyyətçinin qanı içilər)

(Fars Türkə pislikdən başqa nə etdi?)

(Ki Türk ilhaqçının yolunu getdi!)

(Ki federalizmin yolunu getdir!)

62

Dil haqqı milli-mədəni bir haqdır

Siyası millihaqq milli talaqdır   <

Yurdunu qurtaran bilikli xalqdır

Qoruyan milli orduyla silahdır

Bilikləndirməmək böyük günahdır

63

Bağımsız yurdun dili azad olar

Talanmadığı üçün abad olar

Yurdsevər milləti, xalqı şad olar

Heç bir dil yurdunu qurtara bilməz

Qoyun çobanını otara bilməz.

64

Federalizm (1) rejimlərin cahilidir

(2) Çağdaşlıq baxımından batilidir

(3) Həm də bağımsızlığın qatilidir

Federalizm deyər ki, bölücü öldür

Qatil edən cəhlin seçdiyi yoldur

65

Ən yaxşı federalizm Rusyada idi

İstiqlalçı Türkün canına qıydı

Milli inkişafı yerində saydı

Türkə federalizmdən yetişən pay

Musiqi oldu ki, vaxtı edə zay

66

Federalizmi otay sınamadımı?

Yetmiş il boyunca qınamadımı?

Ayrılanda “burnu” qanamadımı?

Geriçi millətlərin federalizmi

Qoymaz gərçəkləşə istiqlal əzmi

67

İlhaqçı görsə kəsinləşir xətər

Don dəyişdirər ki, etməyə zərər

Federalçı olar ki, içməyə zəhər

Zəhər içirən istiqlalçı olsa

Yenilməz ki, qırx-əlli il də susa

68

Federal İrana düşünən ... Farsdır

İstiqlaçı üçün federalizm pisdir

Çünkü federalizmdən payı ... yasdır

Federalizm bölücü Türkü asdırar

Federalçı Türkün əliylə basdırar

Qanuna uymayana qan qusdurar

69

Farsı federalçı edən şey xeyridir

Məzlumla zalımın yolu ayrıdır

Düşmənsevər Türkün yoluəyridir

Farsşərəfsiz olub Turanıçapa

Türk şərəfsiz olub otaydan qopa

Türk şərəfsiz olub yolundan sapa

70

Farsdüşünür ki, Türkü manqurt edə,

Ki manqurt Türk, Farsın yolunu gedə;

Talaq haqqı istəyən-Türkü ... didə.

Mədəni haqq xalqı bağımsız etməz,

Yad ordusu yadın dadına yetməz.

71

Farsdüşünür milli iqtisadına

Əl qoyduğu tarlanın övladına

Ki istiqlal verməyə “arvad”ına

Dava pul üçündür, dil üçün deyil

Dil yaradmaz talaq haqqına meyil  <<<

72

Farsmillətini təmsil edən qurum

Qeyri Farsa deyər gəl səni burum

Genə Fars mərkəzli bir rejim qurum  <

Qapıdan girsən pəncərədən qovum

Öz əlin ilə öz burnunu ovum

73

Hər kəs öz milli xeyrinə düşünür

Azərbaycanlı qeyrinə düşünür

Oyunlarının seyrinə düşünür

Çünkü gah nala, gah da mıxa döyür

Butayı federalizmyolunda qoyur

74

Federalçı bu sonuca varmalıdır

Yoxsul millət davar otarmalıdır

Yoxsa öz yurdunu qurtarmalıdır

İnanmayan otayımızdan sorsun

Maşın qayıra bilmir fabrik qursun

75

Kim istər keçmişindən dərs almaya?

Yəni federalizmi taxtdan salmaya?

İstiqlal üçün savaşa dalmaya?

Rusyanın yetmiş il çapdığı otay,

Öz gücü ilə əkə bilməyir ... çay.

76

Otayda təhsil dili azad idi

Türk dilində oxuyan el şad idi

Sömürülən milli iqtisad idi

Otayı dil yox, iqtisad ayırdı  <

Qazancını qorumağa çağırdı

Federalist deyir:

Qoy öz dilində mələsin, sən də sağ!

        Yoxsa əlindən çıxar meyvəli bağ.

77

Siyasətin anası iqtisaddır

İqtisadı bağımsız xalq azaddır

Bağımsız xalqın ölkəsi abaddır

Milli iqtisad bağımsızlıq istər

Bağımsız edən yolu xalqa göstər!

78

Biz savaşmasaydıq istiqlal üçün

Vahid Azərbaycan, vahid al üçün

Milli ideoloju, moral üçün

İrançi Türk taktik deyişdirməzdi

Federalizm üçün “sinə gərməzdi”

 

(Hədəfi irançılıq, taktiki federalizm)

 

Federalizm aldadıcı bir oyundur,

Özgədən asılı millət qoyundur.

79

Dünya federalizmin kökünü qazır

Satqın federalizmin xeyrinə yazır

Bəlkə satqın deyil, aldanır azır

Öz əliylə özünə qəbir qazır;

Federal haqq içiboş milli haqdır

Ad mənim, yar özgəninki olmaqdır

Tacir sinfinə imtiyaz almaqdır

80

Federalist istər ki, İranda qala

Yazqısına özgədən onay ala

Özgə onaylayan tütəyi çala

Federalist üçün Tərbiz Tehranındır

“İran-Azərbaycanı” İranındır

 (Ha ha ha! Sən də gül!)

81

Federalizm istəyən Türk irançıdır

Azərbaycançı deyil, yalançıdır

Türkmənçayçıdır, gülistançıdır

İranda höküm sürən çar soyunun

Oyuncusudur, irançı oyunun

82

Bütöv İran istəyən irançıdır

İrançı Türk otaya yabancıdır

İstiqlalçı Türk azərbaycançıdır

Federalizm irançı Türkün yoludur

Federalist paniranistin guludur

83

Budur irançılığın öz anlamı

Ki qalam ilhaqçı Farsın qulamı

Qurtara bilməyəm öz el-obamı

Həm də inkar edəm Azərbaycanı

Ki üç yerə bölünüb vahid canı

84

Federalist, satqın Türkü təmsil edər

O Türkü ki, Farsın yolunu gedər

Farsın yolunu getməyəni didər    (zamanında)

Satqın Türk, Türkün satqın taciridir

Satdığı Türk, Farsın “müstəcir”idir

85

Satqın problemi kökündən çözməz

Ağası sevməyən yazqını yazmaz

Ağasının getdiyi yoldan azmaz

Satqın ağası verən haqqı alar

Çünkü reform devrimi geri salar

86

Federalist bağımlılığı pisləməz

İqtisadi bağımsızlıq istəməz

Yəni bağımsız olmağa səsləməz:*

Qövmə verilən haqq millətə yetməz

Dil haqqı ölkəni bağımsız etməz

Yad ordusu Ayərbaycandan getməz.

87

Dərdin kökünü gizlədən xəstədir

Sözüm dil haqqı istəyən dostadır

Davamız milli iqtisad üstədir

İstiqlal milli iqtisad üçündür

Bağımlı edən federalist çirkindir

88

Federalist, Türkün gədə-güdəsidir

Talaq haqqı verməyən xudasıdır

Alacağı haqq “cənnət” vədəsidir

Hər millətin gədəsı güdəsi var

Talaqhaqqı istəyən deməz yalvar

89

Yalvarıb yaxarmaq Türkə ölümdür

Qeyrət öldürmək ən böyük zülümdür

Zalıma qarşı savaşan elimdir

Türkü Türk edən türkçü qeyrətidir

Qeyrətindən doğan cəsarətidir

90

Türk soylu tacir necə soydaşdı ki?

Deyir “qurbət el”dir Naxçivan Bakı,

Farsmillətinin də “yurdu"dur Makı.

Özgəni namusunauna ortaq edən,  (dəyyus)

Qovulmalıdır ki, qurtula vətən.

91

İrançı Türk federalist olubki,

İrandan ayrıla bilməyə Makı,

Bütövləşməyə Tərbiz ilə Bakı.

İstiqlal uğrunda savaşan eldir

Türkçü ilə turançı edən ... dildir

92

Otay ayrıldı butaya qovuşa

Ayrılığın ömrü çox tez sovuşa

Ki öz xalqı özü ilə yovuşa      (qaynayıb-qarışa)

Satqın, düşmənin sazına oynayar

Özgələşdirən qazanda qaynayar

(İrançının qazanında qaynayar)

93

Türkü satan Türkün ağsaqqalıdır   (Liderlər)

Torpaq ağası ilə “baqqal”ıdır         (Tacir sinifi)

Həm də beynini yuyan naqqalıdır  (Aydınlar)

Yuyulan beyini satarlar yada

Ki satqin hər nazı niməti dada.

94

Bugünkü federalistin yarını var

İstiqlalçı Türk ilə sorunu var

Adam ətindən doymaz qarını var

Bugünkü federalist qatil olacaq*

Çünkü istiqlal savaşa dalacaq

95

Federalizm problemi çözə bilməz

Çözülməyən dərdə xalq dözə bilməz

İstiqlal haqqından əl üzə bilməz

Gəlin bu başda probemi çözək!

Yirmi Yanvarı tank altında əzək!

Yirmi səkkiz Mayın peşində gəzək!

96

Gəlin Türk öldürən yolu seçməyin!

Cəhlin ölçüsüylə ölçüb-biçməyin!

Asılı edən yola and içməyin!

Gəlin keçmişdən ibrət dərsi alaq,

Aşımıza bağımsızlığı salaq.

97

Ay qoca, qartal Tərbizim, başa sal!

Xalqı bilikləndirən savaşa dal!

Azərbaycan istiqlalını al!

İstiqlalı olan ölkə çapılmaz,

Çapılan ölkədə iş də tapılmaz.

98

Elimin aydını aydın deyildir

Ürətilmiş bilik Türkün deyildir

İstiqlaçılıq ona din deyildir

İstiqlalçılıq Türkün dini olsa

Talaq haqqını verməz Farsa Rusa

99

Farsistan istər Turanı sömürə

Türkü Farsa satan sümük gəmirə

Son qoyulmalıdır böylə ömürə

Farsistan Türkü üçün dil lazımdır

Azərbaycana istiqlal lazımdır

100

Bağımsızlıq fəda olmaz etnikə*

Stratejimiz satılmaz taktikə

Bağımsızlıq lazımdır yerli Türkə

Köçmən Türk etnikinə dil lazımdır

Arxasında bağımsız el lazımdır**

 

       *- Farsistan Türkünə.  **- Müstəqil Azərbaycan.

101

Federalist Türk üçün dil bəhanədir  (yemdir)

Çünkü türkçülük ilə biganədir

Sanma ki,federalist Türk divanədir,

Dil bəhanədir ki,xalqı ovlaya*   <<<

Göndərə irançi edən mövlaya

102

Bağımsızlığın içində dil də var

Yazqısını özü yazan el də var

Bütövləşəcək Xoy ilə Mil də var

Əlbəttə “Haqq verilməz ki, alınar.”*

Yoxsa haqqın da halvası çalınar

 

       *- Federalizm verilər, istiqlal alınar.

103

İstiqlalın içində doğma el var

Bütövləşəcək vətən ilə ... dil var

Milli iqtisad ilə milli pul var

İstiqlal qurtarar Türk millətini

Ki bütövləşdirə məmləkətini

104

Milli dövlətini qura bilən Türk

Deyər irançı edən Türklərdən ürk

(Deyər düşmənsevər edən Türkdən hürk)

Taylara bölmüş orta duvarı sök

Özgəni at ki, özün ilə birləş

Öz xalqın, öz sinfin içində yerləş

105

Taylarımız bir-birinin özüdür

Bütövləşmək ürəyinin sözüdür

Ürək yandırmayan qoyun-quzudur

Bütövləşməyən hər varlıq dağılar

Bütövlüyün düşmənidir yağılar

106

Federalist Türk düşünməz ... Borçalıya,

Bənzədər İranı bütöv xalıya,  ( Ziya bəy təkin )

Köləlik edər işqalçı zalıya;

Federalist Türk irançının quludur,

Getdiyi yol işqalçının yoludur.

  (İnanmasan otaydan sor!)

107

Ziya bəy otayı yurdu bilməyir    (meylinə gürə)

Bu səbəbdən göz yaşını silməyir

Dərdinə yandığı üçün gülməyir

Ziya bəyin ancaq ürəyi yanır  (Sədroləşrafi)

Otayın vətən olduğunu danır

108

Müftə qanın var isə durma, büyür!

Yoxsa qılıncını qınından siyir!

Bağımsızlıq üçün düşməni devir!

Birləşdir ki, gücümüzü artıraq,

Birlikdə ölək, birlikdə qurtulaq.

109

Hər nəsil bir səfər inqilabedər

Başarılı olmasa olar hədər

Başqa nəsil onun yolunu gedər

Qurban olacaqsan ol istiqlala

Federalizmin qurbanı olma bala

110

Savaşın hədəfi federalizm olsa

Müqəddəs sayılmalıdır ulusa

Alçağı təcavüz edər namusa     Sözünün üstündə dur!

Əkib-doğanın borcu böyütməkdir

Tutduğu yolu sapmadan getməkdir

111

Satqın Türk deyir İranda qalalım

Ordudan yoxsun “milli haqq” alalım

Əhdə vəfa edib yola salalım

Əhdi “pozan” nəsil yetişdirəlim

(~ İstiqlal almağı gecikdirəlim).

112

Federal ordu bölücü qorumaz

Mərkəzdəki dövlətdən hesab sormaz

Naxırçı(-milləti -dövləti) vurmaz

Bölücü istəsə istiqlal ala

Savaşmalıdır ki, qələbə çala

113

Milli gəlir ölkədə qalmaq üçün

Qoruyucu ordusu olmaq üçün

Qarabağı qurtarıb almaq üçün

Azərbaycana istiqlal gərəkir

Federalist köləlik toxumu əkir

114

Həm otay, həm butay Azərbaycandır

İkiyə bölünmüş vahid bir candır

Farshəm biganədir, həm də düşmandır

Federalist öz elinə üz çevirər

Bacarsa istiqlalçını devirər  <

115

Azərbaycan ayrılıb dövlət qursa

Minlər fabrika qurdurar ulusa

Necə ki, Farsistanqurdurur Farsa

Xalqımız şad olar, yurdumuz abad

Bütövləşsə Qarabağ olar azad

116

Türkün həm fikir, həm də qol gücü var

İnkişaf etdirməyə bol gücü var

Demokratizə edən sol gücü var

Azərbaycan ayrılsa “cənnət” olar

İranda qalsa gündən günə solar

117

Otay milli istiqlalını aldı

Butay sevincindən qol-qanad çaldı

Bütövləşmək üçün savaşa daldı

Otay-butay şaqqalanmış bədəndir

Türkə bütöv Azərbaycan vətəndir

118

Farsın dadına çatmaq hünər deyil

Talaq haqqını satmaq hünər deyil

Böyük günaha batmaq hünər deyil

Federalizmi ifşa etmək hünərdir

Milli istiqlala yetmək hünərdir

119

Hər savaşın bəlli bir hədəfi var

Hər hədəfin də bəlli bir səfi var

Hər səfində sağçı-solçu teyfi var

Federalistin yeri düşmən səfidir  <

Düşməni gücləndirmək hədəfidir

120

Kim istər ki, yurdu sömürgə qala?

Bütövləşməyə, iki ölkə qala?

Biri müstəqil, biri bölgə qala?

Hər kəs istər yurdu bağımsız ola

Federalist qoymaz dərdə çarə bula

121

Kim istər ki, vətənpərvər olmaya?

Milli dərdlərinə çarə bulmaya?

Həm xalqı, həm də yurdu qurtulmaya?

Federalist istər ki, sömürgə qala

Ərbabına ticarət haqqı ala

122

Kim istər ki, özünə qəbir qaza?

Yazdığını sevməyən özgə poza?

Yazqısını milli düşməni yaza?

Federalist sınanmışları sınayar

Təcrübədən öyrənəni qınayar

123

Kim istər ki, gələcəkdə qınana?

Pisin yaxşı olduğuna inana?

Pisə yaxşı olmaq üçün sınana?

Federalist “qurtarar” bütöv İranı

Ki Farsistan çapa Azərbaycanı

124

Kim istər ki, haramı halal edə?

Çapqınçı Fars millətinə mal edə?

Halallaşdırmaq üçün federal edə?

Federalist çapılmış mala göz yumar

Tacirə imtiyaz almağa cumar

125

Kim istər ki, öz yurdunu çapdıra?

Çapılmaq üçün yolundan sapdıra?

İstiqlalı federalizmə qapdıra?

Federalist istər ki, İranda qala,

İradə yox,idarə haqqı ala,

Budur Federalistin hədəfi bala.

126

Kim istər ki, iradəsiz yaşıya?

Federalizm qəşovu ilə qaşıya?

Özgənin iradəsini daşıya?

Federalist istər ki, xaltası ola

Özgələrə yemək salçası ola

127

Kim istər ki, güclü ilə yarışa?

Haqqını almadan öncə barışa?

Özünü qoyub, özgəyə qarışa?

Federalist bilir çapılmış batıbdır

Milli güc sərmayələrdə yatıbdır

128

Kim istər ki, milli ağlını sata?

Özünü özgə naxırına qata?

Çapılan milli iqtisadı bata?

Federalist istər ki, düşmən şad ola

Milli yazgısını yazan yad ola

129

Kim istər ki, muradına yetməyə?

Yurdunu bağımsız ölkə etməyə?

Yəmənin getdiyi yolu getməyə?

Federalist istər ki, düşmən şad ola

Taylarımız bir-birinə yad ola

130

Kim istərki çətinliklərdən qorxa?

Qoruyucu qeyrəti yoxa çıxa?

Öz əliylə başını dərdə soxa?

Federalist qandan qorxudar yıldırar

Düşməni devirməz, hakim qıldırar

131

Kim istər ki, Arazı boykot edə?

Milli düşmənlərin yolunu gedə?

Düşmən təkin verə içiboş vədə?

Federalist istər ki, xalqı uyuda

Özünü görər qazdığı quyuda.

132

Özünə gəl ki,manqurta yol göstər

Ki özgədən asılı olmaq istər

Üz vermə ki,istəyə bilə astar

Federalistin manqurtluğu gizlidir

Gizlərini gizlədən min üzlüdür

 

          (O cümlədən Ziya bəy Səroləşrafi)

133

Özünə gəl ki,bağımsız olasan

Asılı edəni yanlış bulasan

Manqurtçuluğu kökündən yolasan

İstiqlalın məhsulu ədalətdir

Azadlıq ilə sərbəst qəzavətdir

134

Özünə gəl ki,soyuna bel bağla

Doğranmış Babəkin halına ağla

Qatilin ürəyini səndə dağla

Türk nəsilini Türk soylu qoruyub

Soyuna üz çevirən Türk çürüyüb

135

Özünə gəl ki,özgələri tanı

Eyniolsaydı millətlərin qanı   <<<

İşqal etməzdilər Azərbaycanı

Türkü birləşdirən tökülən qandır

Tökülmüş qanın məhsulu Turandır

136

Özünə gəl ki,öz dilini qoru

Yaradan yaşadan elini qoru

Bağındakıəkdiyi gülü qoru

Namuslu olmağı Farsdan öyrənin

Farsın işqalçılığından iyrənin

137

Özünə gəl ki,öz tütəyini çal

İdarə haqqı yox ki,istiqlal al

Ancaq istiqlal üçün savaşa dal

Ərəbə Farsa yoxki,Türkə yaraş

Babək təkin istiqlal üçün savaş

138

Özünə gəl ki,öz dərdinə yara

Düşmənsevər Türk təkin vurma yara

Biganə olma otaydakıyara

Yar yolunda hər kəs canından keçər

Canına yoxki,yarına and içər

139

Özünə gəl ki,Bakın ağlamaya

Tərbizə qovuşa ki,dığlamaya

Dığladan satqına bel bağlamaya

Heydər Əliyev Xoya biganədir

Dedi bütövləşməsi əfsanədir

140

Özünə gəl ki,unutma özünü

Otaydakıyolda qalan gözünü

Gərçəkləşdir Elçibəyin sözünü

Sən bölmədin ki,düşmən böldü yurdu

Ki bütövləşdirə xalqın bozqurdu

141

Köləliyin kökünü qazmalıyıq

Özgə yazan yazqını pozmalıyıq

Yazqımızı özümüz yazmalıyıq

Özgəyə umud olan şamsız qalar

Yetmiş ildən sonra haqqını alar

142

Başını kəklik təkin gömmə qara

Satqınları ayda yox, yerdə ara

Satqını bənzətmə səhvli yara  <<<

Bugünkü satqınları bu gün tanıt

Yoxsa öyrətmən olduğunu unut!

20.01.2012

__________________________________________________________

“Mən bir federalistəm.”: (Sanki federalizm dadlı bir meyvədir.)

Kim verər dış politikanı Farsa?   (1)*  (*- Yazqı yazdıran haqqı)

Kim satar orduyla bankanı Farsa?      (2)* və (3)*

Kim verər yatırım halkanı Farsa?       (4)*

Kim satarəmniyyət halkanı Farsa       (5)*(>>> Nə qaldı ki?)

Burulmuş-dil haqqı qurtarmaz yurdu,

Bölücü öldürər federal ordu.    (İnanmasan Çeçənistandan sor!)

 

*- Bu milli haqları özgəyə satan,                  (Stratejik haqları)

    (Dəyyusdan başqa nə sayılar Matan?)  (matan ~ gözəl)

    Milli düşmən deyilsə, nədir Matan?  (Satqının buynuzu olmaz.)

 

 

 سيا ست خارجی، سياست پولی، برنامه ريزی های کلان اقتصادی

"3- سياست دفاعی در مقابله با تعرض خارجی [و سرکوب ملّت ... چچن. آراز]، سياست

حفظ محيط زيست ... [و امور امنيّتی و سانسور. آراز] در حوزه ی مسئوليت دولت

فدرال ايران [يعنی دولت ايالتی ملت فارس. آراز] خواهد بود. ... چرا که قدرت سياسی

دولتهای ايالتی مذکور به دليل کمی و کيفی نمیتواند به آن اندازه باشد که بتواند

 با دولت ايالتی ملت فارس به خصومت بپردازد. بنابراين اگر خشونتی در رابطه با

ملل مذکور بروز کند می تواند از سوی بخش قدرتمند آن، یعنی دولت ايالتی فارس،

که دارای قدرت برتری است به منصه ظهور برسد و نه عکس آن." يونس شاملو