Çap

1 - “Otay-butay vətəndir”

   “Otay-butay vətəndir”

adlı sunduğum bu vətən borcumu uluxalqımızın

bütöv Azərbaycan arzusunu, istəyini yansıdan,

və yurdsevər ürəklərdə bütöv Azərbaycan bayrağını

dalğalandıran gülüstan poemasının yaradıcısı olan ölməz

xalq şairimiz Bəxtiyar müəllim Vahabzadəyə ithaf etməkilə

birlikdə minnətdarlığımı bildirirəm.

Baltacı Araz

 

Bəxtyar müəllim duyğulandırır,

Vətən dərdi ilə qayğılandırır,

Bayrağı ürəkdə  dalğalandırır.

Sən  ürəkləri oyad, mən beyini,

Oyanan xalq qurtarar hər şeyini.

_______________________________

Hər kəs hər nə yazıb, yaxud da deyib,

Nələri düzəldib, yaxud da əyib,

Hansı tarixdə, harda dərdə dəyib,

Hər şeyin nə olduğu bəsbəllidir,

Bax gör kim yalaçıdır? Kim millidir?

 

Sən dedinişqal edib Fars, Erməni,

Oyad ki, qurtara bilə vətəni,

Böyləmi qarşılayacaqdın məni?

(Ki tanıya bilməyə iç düşməni.)

Arazı boykot edənə ... ar olsun!

Boykotçuluğun cəzası dar olsun!

Turançı Türkə bu kitab yar olsun!

 

Boykotçu Türk arazizmini yaymaz,

Özünü saymayanı kimsə saymaz.    (Boykotçuya güvənilməz.)

* * * * * * * * * * * * * * * * * *

Tanıtmasam tanıtmazlar. (Tanıyanı yanıltmazlar.)

(Rəiyyət ilə ağıl azdıran populist “alçaq könüllü” olar.)

 

Bu əsər istiqlalın kitabıdır

Hər bəndi bir sorğunun cavabıdır

Bu əsər milli şüuru becərib    (Bəsləyərək yetişdirib.)

Siyasıelmləri də içərib

Bu əsər keçmişin təcrübəsidir

Alınan dərslərin “ucubə”sidir

Bu əsər də öz yerini bulacaq

Dəyəri get-gedə bəlli olacaq

Bu əsəri yaşadan millət ölməz

Yurdu bölünməz, milli kölə olmaz

Bu əsər xalqıma yol göstərəcək

İç və dış düşmənə qan qusduracaq

Bu əsər taysız tarixsəl olaydır

Boykotçuları anlamaq qolaydır

Bu əsəri tanıdan yayan yoxdur

Çünkü düşmənlərə xətəri çoxdur

Bu əsər deyib ki, neylə qınanma

Şüurdan qorxan “lider”ə inanma

Bu əsərda nə axtarsan bularsan     “Axtaran tapar.”

Silahlansan ideoloq olarsan

Bu əsəri yedir milli savaşa

Ki başa gələnlər gəlməyə başa

Bu əsər qızıl sunan xəzinədir

Qızılçı anlayar ki, qızıl nədır

Arazizm Türkün milli məktəbidir

İstiqlal savaşının tələbidir.