Çap

10 - Görəsən hansı lider hizbullahdır?

       Görəsən

      hansı lider hizbullahdır?

309

Görəsən hansı lider hizbullahdır?

Yaxud fitva verən ayətullahdır?

“Rəiyyət”ə  haqq tanımayan şahdır?

Ki dinlər təkin istər xalqı bölə

Bölünən bölücü yolunda ölə

310        *- Diqqət!

Ay müsəlman, allahlığına son ver!

Yolçularına demokratik yön ver!

Söz ilə yox ki, əməldə nişan ver!

Sizi hizbullah edənlər sınanıb,*  <

Dinçi liderlərdən xalqım usanıb.

311

Quran heç bir haqq verməyib qadına

Deyib çamır at xalqın övladına,

Çatsa məzlum qadının da dadına

Şərəfli məzlumun dadına yetər

Şərəfsiz “eşşək gələr, eşşək gedər”

312

Quran feodalizmin kitabıdır  <

Yazdıran tacir ilə ərbabıdır

Pozduran burjuva inqilabıdır

Sərmayənin dini demokrasıdır

Bayat burjuvazı baş bəlasıdır

313

Quran tacirin ana yasasıdır  <

Həlal-haram edəni mollasıdır

Kıravatlı molla son bəlasıdır

Demokrası referandumdan yanadır

Diktatorluqlar ilə biganədir

314

Hər qurumun bayrağı ola bilər

Sinfi-milli marağı ola bilər

Platformu, yarğı ola bilər

Milli məclis milli bayrağı seçər

Millət milli bayrağına and içər

315           (dünyəvi ~ yersəl)

Dünyəvi anayasa yazmaq üçün

Referandumla qanun pozmaq üçün

İstibdadın kökünü qazmaq üçün

Demokrasını hakim qılmalıyıq

İslam qanunlarını silməliyik.  <

11.09.2005