94 - Boykot olmuş Arazın suçu nədir?
Boykot olmuş Arazın suçu nədir?
Arazın hər yazısı bir açardır,
Açarlı olmağa hər kəs naçardır.
1219
Boykot olmuş Arazın suçu nədir?
Ədalətin, insafın borcu nədir?
Milli və demokratik ölçü nədir?
Lütfən yetişin Arazın dadına!
Haqq verməyin haqların cəlladına <<<
1220
Araz istiqlal istəyir yurduna
Araz azadlıq istəyir buduna
Ki quran yazqı yazmaya ... qadına
Ya öyrətmək üçün tənqid et məni <<<
Ya məndən öyrən ki, qurtar ... vətəni
1221
Mən yazmasaydın təhqir olacaqdım
Həm də özümü suçlu bulacaqdım
Özümü incitməyə dalacaqdım
Çünkü mən özümü qurtarmış oldum
Sizə qurtuluşun yolunu buldum
1222
Sən tənqid yerinə boykot edirsən <<<
Diyaloq prisibini didirsən
Monoloqçunun yolunu gedirsən <<<
(Diktatorların yolunu gedirsən)
Deyirsən mənim “aş”ım yoğurtludur
Yesən də, yeməsən də haqqın budur
*- Sorunumuz fərdi sorun deyil, milli və sinfi problemdir.
1223
Sən deyirsən “Tanrı Türkü qorusun”
Yəni qurandakı qadın çürüsün
Cəhl ilə zülüm ölkəni bürüsün
Quranı oxu ki, cəhlə satılma <<<
Öyrənmədən siyasətə qatılma
1224
Nə öyrədirsən, nə də öyrənirsən
Nə də allahlığından iyrənirsən
Çünkü cəhlin xeyrinə dirənirsən
Deyirsən burax məni öz halıma
Cəhlimi yedirim cahil xalqıma
1225
Araz haqdan yana fikir yürüdüb
Faşisti düşüncələri çürüdüb
... Antiqadın ayələri bəlirdib
Araz yazdı ki, sən də öyrənəsən
Cəhlsevər edənlərdən iyrənəsən
1226
Oyadan vardır ki, xalqım oyanır
Düşmənlərinin önündə dayanır
Gərəkirsə al qanına boyanır
Düşmən istər ki, xalq yerində saya
Qoymaz oyadıcı yazını yaya
1227
Varlığın qatili boykotçu olar, <<<
Boykotçu da öz cəzasını bular;
Üzü qaralıq daş kömürə qalar.
Qalanını ikinci Araz yazsın,
Doğurmadan öncəyə qədər dözsün.
02.03.2011
Millətlər ilə sinifləri ölüm-dirim savaşlarına itən iqtisadı,
siyası, sosyal, kültürəl mənfəətlərininhədəflərini kəşf edib,
bəlirdən milli və sinfi ideolojilər gərəkən bütün davranış-
lara da yön (istiqamət) verərlər.
Hər dövlətin bəsbəlli milli və sinfi ideolojiləri, və o milli
və sinfi ideolojilərin də o cümlədən bəlirtdikləri bəsbəlli
siyasi hədəfləri ilə qırmızı xətləri olar.
Necə ki örnək olaraq nala-mıxa vuran irticaçı və ideoloji
düşməni olan Güntay bəy Gəncalpın ideolojisi deyir:
“... Bir din var, bir də din tarixi.
... Aydınlanmanın əsas vəzifələrindən biri də bundan i-
barətdir. Yəni tənqid edilən şey dinin müqəddəs dəyərləri
deyil, dini qurum və quruluşlardır, dini institotlardır.”
12.01.2009 Güntay Gəncalp
Ancaq ideoloju birləşdirər,
Hər sinfi öz yerində yerləşdirər. Baltacı Araz