Çap

88 - Bu qədər boykotçu harda tapılar?

Bu qədər boykotçu harda tapılar?
       (Cavab: Geriçi toplumda.)

1185    *- Araz ağlatdı cəhlin anasını.

“Günaz” Teve xalqın səsini kəsir

Ağzına söz qoyduqdan sonra susur

Öz sözünü deyən Arazdan küsür*

Günaz Teve deyir mən deyəni de

Ziya Sədrin yediyi yeməyi ye

1186

Günaz taban yaradmayır haqq sözə

Ki gizli faallar çıxalar üzə

(Ki bənzərlər kül altındaki közə)

Araz “tanındı” ki, bilikləndirə

İliksizlənmişi ilikləndirə

1187

Arazizm milli-demokratik yoldur

Gərçək demokrat sağ deyil ki, soldur

Federalist özgədən asılı quldur

Millətlər çağı deyər savaş bu gün

İstiqlal ilə demokrası üçün

1188

İdeolojik savaş birləşdirməz;

Öz içində özgəni yerləşdirməz

Özündən başqasını gürləşdirməz   (İstanbul şivəsi)

Hər strateji yön verər taktikə  <

Ki xain-dostunun belini bükə

1189

Güneyi ayıran milli zülümdür

Quzey ilə qovuşduran elimdir

Elimi turançı edən ... dilimdir

Federalist istiqlalçını qullanar

Qazancı “federal İrana” yollanar

1190   *- Cürətin qaynağı nifrətdi, kindi.

Türkü Türk edən güclü öyrətidir

İrançılığa qarşı nifrətidir*

Namusunu qoruyan qeyrətidir   (milli mənliyi)

Tank ilə topdan başqa nəyin yoxdur?

Qurtarıcı gücün az deyil, çoxdur

1191

Ayağın altına yox ki, önə bax!

İrançı edən fikirə vermə hax!

İrançılığı Turanda yandır-yax!

Yarınkı çatının təməlini at!

Dostu dosta, düşməni düşmənə qat!

(Yəni irançı Türkü İrana sat!)

1192   (Hər milləti aydın kəsimi təmsil edər.)

İrançı Türk haqda xalqı yanıltma!

Dostu düşmən, düşməni dost tanıtma!

Keçmişdəki səhvləri unutma!   <<<

Xalqın deyir “Otay butay bir olsun”

“Mərkəzi (Bakı, yaxud) Təbriz olsun”

1193

Federalist yazarın yazdığı yazı,

Kimi sapdırmaz ki, çəkilə nazı?

Kim xalqın caymasına olar razı?

Lənət olsun bizim “turançı”lara

Arazı satdılar irançılara

1194

Arazın hər şeiri bir məqalədir

Şeirinin hər bəndi bir şəlalədir

Həm dərdin dərmanıdır, həm nalədır

Araz qədər Türkü oyadan yoxdur

Gərçəyi inkar edən xəstə çoxdur*  <

*- O cümlədən Əhməd bəy Obalı.

1195

Araz səkkiz ildir ki qələm çalır

Boykot formasında “kar”ını alır

Üzü qaralıq daş kömürə qalır       (Utanın!)

Bu qədər boykotçu harda tapılar?

Qəm yemə, bağlı qapılar açılar.

11.09.2009