Çap

Milli aktivistlərimizə müraciət!

Milli aktivistlərimizə(fəallarımıza) müraciət!

Əziz və hörmətli soydaşlarım, bildiyiniz kimi yazıb-sunduğum əsərlərin yazıcısı mən olsan da, o əsərlərin gərçək sahibləri bugünkü və gələcəkdəki turançı və bütöv azərbaycançı soydaşlarımızdırlar. Əlbəttə ki, irtica ilə milli sömürünün kökü qazıldıqdan sonra sunduğum əsərlər dəyərlərini itirib və tarixin müzəsinə göndəriləcəklər. Lakin tarixin müzəsinə göndərilmədən öncəyə dək gündəmdə qalmalıdırlar. Çünkü düz söz hər zaman üçün düzdür Arazın hər sözü eskiməz sözdür. (könəlməz)

Yazıcı olaraq milli fəallarımızdan vardır ki, dediyinə görə Azərbaycanın milli məsələsi haqqında beş yüzdən fazla yazı yazıbdır, lakin yazdığı yazılar ilə o yazılara bənzər yaxşı yazılar da jurnalisti yazılar olduqları üçün fotografçilarınməhsulları təkin zalıma qarşı məzlumu duyğulandırıb, milli ruhlarını oyadıb və milli mənfəətlərinin doğrultusunda düşünmələrinə yol açıb və yararlı olduqları  qədər hörmət qazana biliblər. Vəlakin jurnalisti yazılar olduqları üçün, yəni siyasəti iqtisadla yox, bəlkə siyasərlə izah etdikləri üçün, o cümlədən niyə istiqlal? Niyə federalizm? Qarabağı kim qurtaracaq? kimi milli problemlərimizin haqqında heç bir şey, heç bir şey öyrətməyiblər. Yəni öyrənməyib və öyrət-məyiblər ki, o cümlədən ... bacıya qardaşının yarısı qədər pay yetişmək üçün, tarla sayılmış müsavatçı ananın məhsulu atanın olmaq üçün, qazılıq haqqından yoxsun qılınmış qadın öz yazqısını özü yazmamaq üçün, yəni köləliyin donunu dəyişdirən feodalizmin ideolojusunu sunmaq üçün (İslam dinini möhtərəm sayan antiqadın erkəklərin ürək sözlərini içərən) quran yazılıbdır.

Yəni deməyiblər ki, quran yazılıb ki, quranın ayrı-seçkiliyinə məruz qalan kölələrlə qadınlar və cəhlin düşmənləri olan aydınlar əzilsinlər.

Kim edər arvadını asılı mal?
(Kim edər əsirini asılı mal? )
Kim edər hər evini bir federal?
(Kim edər sömürgəsini federal?)
Yoxsa qarət ola bilməz beytülmal.

(Milli mədənlərimiz, vergilərimiz, faizlərimiz və ...).
Siyasəti iqtisad ilə izah etməkdən qorxan soydaşlar istərlər ki,

  1. dış düşmənlərimizin ölçüləri və metodları ilə milli problemlərimizin çözümünə düşünək.

    2- Milli haqlarımızı satmaqla birlikdə, milli inkişafımızın düşmənləri olan feodal   yapılı iç düşmənlərimizin ölçüləri və metodları ilə iç problemlərimizin çözümünə düşünək.

Elə ona görə:

1- deməzlər ki; bağımsızlıq qurtarar beytülmalı.
2- Deməzlər ki; quran doğmazdı qadım olmasaydı,
3- Deməzlər ki; Quran istər ki, kölə, kölə qala
İstəməz verilməz haqları ala
İstəməz istiqlal haqqını ala
İstəməz bireysəl haqqını ala.

4- Deyərlər ki; qızıl boşqabda federalizm sunmuş

sömürgəçi Rus milləti təkin milli kölələrinə federalizm sunacaq sömürgəçi Fars millətinin don dəyişdirəcək ölçüləri ilə metodları lazımdır bizə (Müftə qanınız

var isə buyurun!).

Özgələrin kölgəsinə dönüşmək üçün, özgələrdən asılı edən montajçılıq ilə kompradorizm lazımdır bizə.

Araz olmasaydı haqqın yanardı
Hər siyası özünü xan sanardı
Verilməyən haqlarını danardı.

Necə ki, kapitalizmi ələşdirmiş Marks sosyalisti devrimə gərəkən ideolojunu sundu, mən də milli-demokratik devrimimizin gərçəkləşməsi üçün tam anlamında milli-demokratik ideoloju sunmuşam:

Hansı çiçəkli bağı gəzməmişəm?
Hansı şanın balını süzməmişəm?
Nəyin haqqında yazı yaz-mamışam?
Mən sizə ideoloju sunmuşan
Sizdən tənqid ilə yardım ummuşan.
Məni ələşdirmək istəyən çoxdur
Tez də vardır ki, antitezi yoxdur.

Elə ona görə udub-ata bilməyənlər boğulmağa(susmağa) məhkumdurlar.

Siz əzizlərimizdən rica edirəm ki, sizin üçün yazıb-sunduğum əsərlərimə sahib çıxasınız. Sahib çıxa bilməniz üçün oyanış mərhələsi boyunca sunduğum əsərlərimin hamısının satılıcaq kitablar şəklində və sitələrimizdə yayıla bilmələri üçün gərəkən imkanları sağlamaqla birlikdə və yararlı olmaq ilə birlikdə itib-batmasınlar. Çünkü yazıların içəriklərinin dərinlikləri və nitəlikləri baxımından, Baltacı Arazın yazılarının bütünü tək başına nə fəqət milli-demokratik devrimi gərçək-ləşdirəcək zehinləri zehinsəl devrimə uğrada biləcək ən bilimsəl, ən doğru, ən güclü öyrətilər tümüdür, bəlkə tarixi zərurətlərin gərəkdirdiyi devrimimizin mükəmməl projəsinin çərçivəsi ilə özünə məxsus özəlliklərini bəlirdən bilimsəl yazılardırlar.

Qızılçı anlayar ki, qızıl nədir,  Arazizm qızıl sunan xəzinədir.

Sağ olun! Baltacı Araz      28.04.2012