109 - Tehran Türkü Farsın yolunu gedir
Tehran Türkü Farsın yolunu gedir.
1212 (Farsistan köçmənlərə də iş verir.)
Yeddi-səkkiz milyon Türk var Tehranda
İstəyirlər qalalar Farsistanda
Çünkü işsizlik var Azərbaycanda
Tehran Türkü fars kültürlü olubdur
Ana dili saralıbdır solubdur
1213 “Tehranı fəth eyləmişik.” (ha ha ha)
Tehran Türkü asimlilə olubdur*
Türklüyü qoruyan hissi ölübdür
Qeyrəti başqa bir şəkil bulubdur
(Farsın xeyrinə antitürk olubdur)
Tehran Türkü Farsın yolunu gedir
Antitürk (-Farsı, -Türkü) lider edir
1214
Tehranda sağlam Türk çox az bulunar
“... Mən Türkəm” deyənin saçı yolunar
Farsın şüarları hakim qılınar
Tehran Türkünün yazqısı yazılıb
Çünkü türklüyünün kökü qazılıb
1215 “Tehranı fəth eyləmişik.” (ha ha ha)
Tehran Türkünün qənimi özüdür
Türklüyünü gömən … dönmüş üzüdür
Asimilənin məhsulu “quzu”dur
Tehran Türkü türklüyünü itirib
Fars təkin antitürk övlad yetirib*
Tehran Türklərinə aşılanmış antitürk ölçülər türklüyü
pislədikləri üçün, türklüyə saldıran şovenist Farslara
qarşı tepki göstərməyi də “doğru” bilməyirlər.
1216
Tehran Türkü türkcə şüar verməyir
Türk dili üçün meydana girməyir
Sanma ki, ağlı bu işə irməyir
Tehran Türkünün ağlı Fars ağlıdır
Faslaşdıran istəklərə bağlıdır*
*- Öncə hər varlıq olduğu kimi tanınmalıdır. Sonra dəyişik-
liyə uğrada bilən iç və dış güclərin hərəkətə keçmələrinə
məntiqi şəkildə yardım olunmalıdır. Dəyişikliyə uğrada
bilən güclərin zəyif olduqları təqdirdə, geriləmə ilərləmə-
yə qalıb gələr və o cümlədən asimilə prosesi tamamlanar.
1217-1
Azərbaycan on milyon Türk itirib
İtirdiyi Türk antitürk yetirib
Türklüyünün ömürünü bitirib
Hər Türk dilində danışan Türk deyil
Türkü Türk edər istiqlalçı meyil
1217-2
Tehran Türkü öz yazqısını yazsın
Azərbaycan Türkünü qoyma azsın
Kökünü qazanın kökünü qazsın
Azərbaycan istər bağımsız ola
Milli inkişafına çarə bula.
07.02.2010