108 - Siyası savaşı örgüt yürüdər
Siyası savaşı örgüt yürüdər.
1205
İki min altının milli qıyamı
Həm oyatdı, həm yetişdirdi xamı
Həm də ki, aydınlaşdırdı məramı
Düşmənini yenəcək gücü çoxdur
Yönəldəcək güclü qurumu yoxdur
1206
May qiyamı dedi Türkoğlu Türkəm
Turançı olduğum üçün böyükəm
Turanın başına yaraşan börkəm
May qiyamı Türkü Farsdan ayırdı
İrançılığı özündən siyirdi
1207 *- Unudulmaz xatirə oldu.
May qıyamından federalist Türk qorxdu
Fars təkin boynunu qınına soxdu*
İş bitdikdən sonra dışarı çıxdı
May qıyamı dos-düşməni tanıtdı
Hafizəsiz Günaz Teve unutdu
1208
Günaz istəyirdi ala qaşını
Çıxartdı gözü ilə göz yaşını
Çünkü dandı hərəkətin başını
Hərəkətin başı içəridədir
Göstərə bildiyi bacarıdadır
1209
Günaz Teve qayığı kürəkləyir
Örgütsüzü savaşa sürükləyir
Bəlli deyil ki, nəyə yerikləyir?
Günaz bilməyir ki, kim kimi sürər
(Başsızın xeyirini başlı görər.)
1210
Hərəkətin başı örgütlənməyib
Yardımçı yoldaşı örgütlənməyib
Demək ki, savaşı örgütlənməyib
Siyası savaşı örgüt yürüdər
Örgütsüzü öz içində əridər*
1211
Farsın hər qolunun təşkilatı var (Antitürk)
Kütləmizi caydıran qanatı var
Öz adına yazdıran manatı var
Arxasında Rusya ilə batı var
Fars ilə Fars savaşdığı sürəcə
Türk təhrik olmamalıdır zərəcə
Yoxsa dərd çəkdirərlər milli gücə.
(Kim üçün? Nə üçün?)
06.02.2010