107 - Təzad dinc savaş yoluyla çözülməz
Təzad dinc savaş yoluyla çözülməz
1199
BMT istər zərurət sezilə
Təhlükə doğuran təzad çözülə
Milli savaşların kökü qazılar
Neçə ölkəli ölkədə sülh olmaz
Çünkü milli çəlişkilər son bulmaz
1200 *- Düşmən silahsızlandırar.
Sülh ancaq bağımsız ölkəyə siğar
Neçə ölkəli ölkə sülhü boğar
Təzaddı çözən savaşdan sülh doğar (Cənab BMT)
Necəki ilanın başı əzilər
Hər təzadd da silah ilə çözülər*
1201 **- İstiqlalı gecikdirər.
Haqlının haqqını öldürən terror
Ölüdən pul qazanır kürür-kürür
Bilir ki, baş qaldıracakdır qurur
Bu səbəbdən qururunu da burur*
Terror ancaq intiqama baş əyər
Dinç savaş düşmənin dərdinə dəyər**
*- Qururunu bururlar ki, milli hərəkəti silahlı qolundan
yoxsun edib, və o cümlədən “qandan qorxan” Erməni-
lərin önündə dizə çökdürüb, və Türkün milli düşməni
olan Fars şovenizminin Türk soylu manqurtların (mol-
la Həsənilərin) manqurt “qoşun”larından asılı etsinlər
ki, qafilədən geri qalacağının bədəlini Əhməd Obalılar
yox, bəlkə Azərbaycanın geri qalmış inkişafı ödəsin.
1202
İntiqamın yaratdığı təhlükə
İstər ki, terrorun belini bükə
Ki bağımsız ola bilə hər ölkə
Təzadd sülh yoluyla çözülə bilməz
Zalımın zülmünə dözülə bilməz
1203 (Haqq verilməz, alınar.)
Dinc savaş təhlükə yarada bilməz
Düşmənin gününü qaralda bilməz
Çözüm yollarını arada bilməz
Təhlükəli yerdə təzadd çözülər*
Yıpradıcı dinc savaşdan bezilər**
*- Aydın ancaq doğru yolu göstərər, (Sən borcunu ödə!)
Alınmayan haqqı düşmən basdırar. (Öldürüb-gömər.)
**- Uzanan dinc savaş moral öldürər.
1204
Dinc savaş kütləsəlləşmək üçündür
Təhlükə bölgəsəlləşmək üçündür
Əmniyyət kürəsəlləşmək üçündür
Çünkü terrorun dalında Rusya var
Silahlandıran Rusyanı da qovar.
Kürəsəlləşmək üçün bölgəsəlləşdirən
(qütbləşdirən) təhlükəni, yəni təhlükə
doğuran milli təzaddları çözməlidirlər.
28.01.2010