Çap

105 - Alqışlayıram “GAİP”ın yolunu

Alqışlayıram “GAİP”ın yolunu

1185

Türk milləti bölünübdür ikiyə

Biri Farsı hakim edir Makıya

Biri qurtarır ki, çata Bakıya

Biri istiqlal istəyir butaya

Biri yurdunu satır sinfi paya

1186

Federalist, satqın Türkü təmsil edər

O Türkü ki, Farsın yolunu gedər

Farsın yolunu getməyəni didər     (zamanında)

Satqın Türk, Türkün satqın taciridir

Satdığı Türk, Farsın “müstəcir”idir

 

Bugünkü Azərbaycanın həqiqi maliki Türk xalqı ilə

Türk millətidirlər, hüquqi maliki isə BMT-yə görə

(işqalçı və sömürgəçi) Fars millətinin dövlətidir.

1187

Federalizm (1) rejimlərin cahilidir

(2) Çağdaşlıq baxımından batilidir

(3) Həm də bağımsızlığın qatilidir

Federalizm deyər ki, bölücü öldür

Qatil edən cəhlin seçdiyi yoldur

1188   *- Xəstə bilməz ki, xəstədir.

Bugünkü federalistin yarını var

İstiqlalçı Türk ilə sorunu var

Adam ətindən doymaz qarını var

Bugünkü federalist qatil olacaq*

Çünkü istiqlal savaşa dalacaq

1189

Federalizm problemi çözə bilməz

Çözülməyən dərdə xalq dözə bilməz

İstiqlal haqqından əl üzə bilməz

Gəlin bu başda probemi çözək!

Yirmi Yanvarı tank altında əzək!

Yirmi səkkiz Mayın peşində gəzək!

 

Gəlin mindiyiniz trendən enin!

Yirmi Yanvara gedən yoldan dönün!

1190       Deməyin demədilər.

Gəlin Türk öldürən yolu seçməyin!

Cəhlin ölçüsüylə ölçüb-biçməyin!

Asılı edən yola and içməyin!

Gəlin keçmişdən ibrət dərsi alaq,

Aşımıza bağımsızlığı salaq.

1191

Alqışlayıram “GAİP”ın yolunu

Birləşdirsin sağı ilə solunu

Qurtarsın Türkün yurdunu, elini

Umaram ki, yolundan sapmayacaq

Baş təkin gövdəsindən qopmayacaq

Yoxsa itirdiyini tapmayacaq.

25.01.2010