103 - Türkə Türkün tarixini öyrədin!
Türkə Türkün tarixini öyrədin!
(Hər “bacı-bacı” deyənə inanma!)
(İrəc Mirzədən öyrən ki, qınanma!)
1170
Mənə nə Fars dili çoban dilidir? (%23 və …)
Mənə nə Fars, şahı təkin dəlidir?
(Farsın xəstə olduğu bəsbəllidir)
Mənə nə Farsın tarixi cəlidir (~ qondarma)
Fars ilə Ərəb tarixindən başqa,
Ziya bəy nə öyrədib gələk aşqa?
1171 *- Nasir Purpira təkin
Ziya bəy tənqiddən çox, reklam edir
Çünkü Farsın getdiyi yolu gedir
Həm də Türk tarixinə deyir “bə”dir
Ziya bəy tənqid yemiylə tovlayır*
Fars tarixinə öyrənci ovlayır
1172
Türk istər öz tarixini öyrənə
Öz tarixini danandan iyrənə
İnkar edənin önündə dirənə
Türkün tarixini Zehtabı yazıb
Zehtabı yazanı Ziya bəy “pozub”:
1173
Ziya bəy özünü tarixçi sanır
Türklərin eski tarixini danır
Antitürk olduğunu yaxşı qanır
Ziya bəyin “eski köçməni” Farsdır
“Yeni köçməni” Səlcuk, Türkə xasdır
1174
Sədroləşrafi haqlı sözdən küsür
Eski Türk tarixi haqqında susur
Farsın yedirdiyi tarxi qusur
Ziya bəy Farsın sazına oynayır
Çünkü Farsın saqqızını çeynəyir
1175
Türkün öz yurdu, dili, tarixi var
Özünü özgədən ayırar duvar
Yoxsa sərhədləri tanımaz davar
Damarında varsa milli qeyrətin
Türkə Türkün tarixini öyrədin!
20.01.2010