102 - İstiqlal qurtarar Türk millətini
İstiqlal qurtarar Türk millətini.
1164
Fars Türkün millət olduğunu danır
İnkarcı edən nədənləri qanır
Qanmaz, inkarcı Farsı qanmaz sanır
Fars Türkü millət tanımayır ədə*
Ki istiqlal haqqından yoxsun edə
*- Böyük erkək qardaş, ağabəy
1165
Haqdan yana millətlərə sayqı var
Türk millətinin istiqlal haqqı var
Verilməz haqqını alan xalqı var
Fars Türkü etnik sayır ki, qandıra
Türkün istiqlal haqqını yandıra
1166
Fars Türkü millət yox ki, etnik sayır
Farsın duzağına düşən Türk cayır
“Türkçə mədrəsə” şüarını yayır
“Türk dilində mədrəsə” qövm haqqıdır
Qövm Kirmanda yaşayan Türk xalqıdır
1167
İstiqlalın içində doğma el var
Bütövləşəcək vətən ilə ... dil var
Milli iqtisad ilə milli pul var
İstiqlal qurtarar Türk millətini
Ki bütövləşdirə məmləkətini
1168
Federalizmin içində otay yoxdur
Ağır sənaye qurmağa pay yoxdur
Mərkəzə qarşı güç* ilə hay** yoxdur
Hər millətin mərkəzdə bir səsi var***
Satqın səs alanın pul kisəsi var
*- Milli ordu
**- Dış işləri bakanlığının hayına verilən hay
***- Yoxsa meşə qanununa uyacak az nüfuslu
millətlərə … yazıqlar olsun!
1169
Etnik haqqı istəyən köçmən Türkdür
Federalçı Türk “başa qoyulan börk”dür
İstiqlalçı Türk, Türk qədər böyükdür
Qövmun haqqı milli-mədəni haqdır
Milləti qövm adlandıran alçaqdır.
18.01.2010