Çap

101 - Bağımsız edən dil deyil ki, puldur

Bağımsız edən dil deyil ki, puldur.

     Deyirlr ki, “Biz hər şeyi bilirik”.

 

    “Hər şeyi bilən” bunu bilməlidir,

       Bildikləri dilinə gəlməlidir.

1153

Dil milləti birləşdirmək üçündür

Öz səfində yerləşdirmək üçündür

El gücünü gürləşdirmək üçündür

Hər savaşın amacı istiqlaldır

Bağımsız edən dil deyil ki, puldur

1154

Türk milləti xalqını yada satır

Xalqını yadın sürüsünə qatır

Sağılan yurdunun qazancı batır

Bürokrat burjuvazının sağ qolu

Yabancı firmalara satar eli

1155

Türk milləti yurdunu yada satır

Çapılan yurdunun sərvəti batır

Sümük gəmirən tacir kama çatır

Ticarət haqqı alan Türk taciri

Turanı edib Farsın müstəciri.

  (Siyası təmsilcisi kimdir?)

1156

Hər millət burjuvazıdan oluşub

Zalı təkin qansormağa alışıb

Sömürdüyünün canına darışıb

Böyük burjuvazı tacir sinfidir

Koloni edən o sinfin kefidir

1157

Xalq sömürülür ki, sərmayə ola

Sömürülmüş qanı yurdunda qala

Milli inkişafına çarə qıla

Kiçik burjuvazı çapdırmaz yurdu

Bağımsız edər ki, qoruya ordu.

   (Siyası təmsilcisi kimdir?)

1158

Kiçik burjuvazı milli kəsimdir

Milli ruhu oyandıran nəsimdir

Onu tacirə bənzədən isimdir

Küçük burjuvazı devrimçi sinfdir

Onun məhsulu milli inkişafdır

1159    *- Montaj yox, ana fabrika qursa.

Bugünkü əsnaf Türkün qazısıdır

Turanın milli burjuvazısıdır

Milli inkişaf onun arzısıdır

Azərbaycan sənayeləşmiş olsa*

Montajçı olmarıq başqa ulusa

(İş gücü satmarıq montajçı Farsa)

1160

Türk əsnafı da istər ki, gəlişə

Bağımsızlıq istəyini bölüşə

Ana fabrika qurmağa çalışa     çünkü:

Montaj fabrika işçi çalışdırar

Ana fabrikasını gəlişdirər

1161

Kiçik burjuvazının dəstəki var

Bağımsız qılmağa xalq istəki var

Yetəri qədər igit Babəkı var

Düşməni meydanda yenmək qolaydır

Milli dövlət qurmaq zor bir olaydır

1162

Çin millətinin sağı yox ki, solu

(Kommunist donuna girən sol qolu)

Çin xalqına göstərdi milli yolu

Sol qurdu Çindəki milli dövləti

Ki sənayeləşdirdi məmləkəti.*

 

    *- Sağçıya uyan Türk montajçı olub.

 

       (Çinə milli inkişafi açısından baxınız!)

1163

Arazı tam öyrənən yoxdur hələ

Öyrənmək istəməyənlər var belə

Bu səbəbdən tanıdmayırlar elə*

Araz bağımsızlığın ölçüsüdür

Çünkü Azərbaycanın yolçusudur.

13.01.2010

 

   *- ... Tanıyan qatılmayır boykotçuya,   (sonuc?)

       Güvənməyir boykotçu örgütçüyə.