Çap

100 - Bakı Qarabağıma qəbir qazır

Bakı Qarabağıma qəbir qazır

1147

On altı il dedizniz susun, susduq

Qarabağ qan ağladı, biz qan qusduq

Sınamaq üçün səsimizi qısdıq

Yetər artıq, səsini qaldır göyə

Tanıtdır düşməni hər iki taya

1148

Bakını milli kölə edən yaddır

Milli köləliyi gizlədən addır*

İçiboş adı sevdirən bədzatdır

Moskovanın ağzına baxan Bakı

İşqalçıya qarşı qullanmaz tankı

(Qaçqın Türkə qarşı qullanar tankı)**

 

    *- “Ad mənim, yar(istiqlal) özgənin.”

   **- İnanmasan o cümlədən Surət Hüseinovdan sor!

1149

Xalq çalışır ki, övladı keçinə

Vergi ödəyə ... silahlı gücünə

Ki çarə qıla ... Xoy ilə ... Laçına

Erməni vergidən bütcə sağlayır

Vergisi, nefti olan Türk dığlayır

Laçının dərdi ürəyi dağlayır*

 

   *- Çünkü xoylu dövlətini, laçınlı torpağını itiribdir.

1150

Bakı dövləti ancaq vergi alır

Yabancı firmalar üçün ... yol salır

Rüşvət gücüylə susdurmağa dalır

Türkün aydınını rüşvət susdurur

Bir milyon qaçqın Türkə qan qusdurur

1151

Necəki toy-düyün xalqı oynadar

Savaş da xalqın qanını qaynadar

Göynədici ürəkləri göynədər

Bir milyon qaçqın Türkün yurdu batır

Çünkü ordumuz yeyir, içir, yatır

1152

Bakının silah almağa pulu var

Türkoğlu Türkün döyüşkən eli var

Savaş başlatmağa haqlı yolu var

Bakı Qarabağıma qəbir qazır

Çünkü Rusya Bakıya yazqı yazır.

O8.01.2010