99 - Gömülmüş haqları silah dirildər
Gömülmüş haqları silah dirildər.
Böylə getsə nə olacaq halımız?
Düşmən istər ki, burula elimiz.
1140
Hansı sülh verilməz haqları alıb?
Hansı mitinq zalımı taxtdan salıb?
Fəthedən ... silahlı savaşa dalıb.
Yetər artıq, xalqımı sapdırmayın!
Ələ düşmüş fürsəti qapdırmayın!
1141 *- Diqqət!
Hər çalınan saza qardaş oynama!
Hər əridici qazanda qaynama!
Hər baqqalın saqqızını çeynəmə!
Çünkü yanlış fikir ürətənlər var*
Həm də milli gücü çürüdənlər var
Bir milyon qaçqını unudanlar var
Araz sən buldun dərdin çarasını
Ağlatdın iç düşmənin anasını
(Ağlatdın federalistin anasını)
1142
Türk xalqının ulusal bilinci var
Doğru ölçüp-biçməyə qarıncı var
Qoç Koroğlusu ilə qılıncı var
Türkü Türk edən milli bilincidir
Yenilgiyə uğradan qılıncıdır
1143
Türkün silahlanmağa pulu yoxdur
Silahlanmaqdan başqa yolu yoxdur
Hərəkətin silahlı qolu yoxdur
Türk xalqından qazanan Türk milləti
Silahlandırmalıdır hərəkəti
1144 *- Diqqət!
Silahsız savaşdan düşmən qazanar
Çünkü savaşın ömürü uzanar
Uzanan savaş barışa özənər
Savaş verilməz haqları aldırar
Sülh haqların halvasını çaldırar*
1145
Türk milləti xain dövlət qurdurub
Dövlətin əliylə xalqı burdurub
Çünkü silahlı savaşı durdurub
Türk milləti düşünməyir suçuna
Əsarətdə qalmış ... Xoya, ... Laçına
1146 *- Diqqət!
Hər kəs işqalçıya qarşı kinlənər
İşqalçılıq silah ilə önlənər
Topun ağzından çıkan söz dinlənər*
Haqq ilə haqlını bilik bəlirdər
Gömülmüş haqları silah dirildər.
06.01.2010