98 - Talaq haqqı istəməyən vəhşidir
Talaq haqqı istəməyən vəhşidir
Ağıllı Fars yurdumuzu sömürür
Vəhşı Türk milləti sümük gəmirir
(Millət başqa, xalq başqa.)
(Millət satıla bilər, xalq satılmaz:)
(Heç bir soyun sömürülən sinfləri)
(sömürüçüyə sömürü haqqı tanımaz.)
(İmtiyaz qarşısında milli haqlarını satan)
(o soyun sömürüçü sinfləridirlər.)
1133
Deyirlər “George Washington vəhşiydi,”
“Köləsinin ağlı ondan yaxşıydı.”
Halbuki bu insafin baxışıydı.
İnsanlığı burax sosyalizminə
Yox de satdıran federalizminə
1134
Güney Türkü sanır ki, vəhşi deyil
Türkə vəhşi ad vermək yaxşı deyil
Çünkü türksevərin baxışı deyil
Deyirəm türksevər Arazdan öyrən
Köləçiyə kölə edəndən iyrən
1135
Güney Türkünə Nizami “yaxşı”dır
Çünkü oyanmayıb hələ vəhşidir
Baxışı manqurtların baxışıdır
Köləni kölə edən şey cəhlidir
Köləçi vəhşı deyil ki, əhlidir*
*- O cümlədən örgütləyicidir
1136
Güney Türkü bilməyir ki, vəhşidir (cahildir)
Sanır ki, köləlik etmək yaxşıdır
Çünkü köləlik onun baxışıdır
... Altmış ildir ki, kimliksiz yaşıyır
Kimliksiz edən Farsa yük daşıyır
1137 *- 1937-də didmədimi?
Güney Türkünün cahili vəhşidir
Manqurt Türk üçün federalizm yaxşıdır
Federalizm irançının baxışıdır
Federalizm köləçiyə kölə edər
İstiqlalçı-Türkü it təkin didər* (20 yanvar 1990)
1138
Vəhşilik haqqı verən Türk vəhşidir
Köləliyə son vermək çox yaxşıdır
Bu da istiqlalçının baxışıdır
İstiqlal milli sərvəti çapdırmaz
Milli şüuru özgəyə qapdırmaz
1139
Talaq haqqı istəməyən vəhşidir
Vəhşilik haqqı verməmək yaxşıdır
Bu George Washingtonun baxışıdır
Biliksizlik vəhşiliyin özüdür <<<
Qurdları qurd edən qoyun-quzudur.
04.01.2010