92 - Heç bir xalqın sağçı kəsimi olmaz
Heç bir xalqın sağçı kəsimi olmaz
(Qadın yazsa belə bir quran yazmaz,)
(.. Özgəni bəzəməz, özü lüt gəzməz.)
1105
Heç bir xalqın sağçı kəsimi olmaz
Çünkü dəyişməzliyi doğru bulmaz
Dəyişdirə bilməsə üzü gülməz
Sağçı geriçi düzəni qoruyar
Dəyişməz şey gəlişməz ki, çürüyər
Sağcı: ... gələnək və görənəklərə, mevcut düzənə bağlı qalan
siyasi görüşü təmsil edən kişi vəya partı. TDK Türkçə Sözlük
Diqqət: “Sağcı” sözcüyünün açıqlanmış anlamını bü gün an-
caq neçə il öncə qədər basılımış olan Türk Dil Kurumu Türk-
çə Sözlük adlı kitablarda bula bilərsiniz, internetdə yox. (...)
1106 *- Yoxsa sömürüyə son!
Millətçiyə milli qayə gərəkir
Hər qayə üçün sərmayə gərəkir
Yurdunu satana dayə gərəkir
Xalq sömürülür ki, sərmayə ola
Milli inkişafına çarə bula*
1107
Sağlam toplumun mayəsi xalqdır
İnkişafın sərmayəsi xalqdır
Burjuvazının dayəsi xalqdır
Hər millət öz xalqından asılıdır
Çünkü qazancı xalqın məhsuludur
1108
Sağlam millət milli burjuvazıdır
Milli inkişafı ondan razıdır
Razılaşan özü gərçək qazıdır
Feodal yapılı millət satılar
Milli düşmənin səfinə qatılar
1109 Kiş və mat!
Mövcud düzəni qoruyan sağçıdır
Çünkü tənqidçi deyil ki, yağçıdır (yaltaq)
Solçu çağçıl anlamında çağçıdır
Solçu mövcud düzəni dəyişdirər
Dəyişdirən gücünü gəlişdirər
1110
Solçunun da iki azqın teyfi var
Sağa qayanları zərurət qovar
Sola qayanlara çəkdirməz avar
Gərçək solçuya zərurət yön verər
Çünkü pisdən pisə öncə son verər
1111
Xalqın ən ağıllısı solçusudur
Gərçək solçu xalqının ölçüsüdür
Sağçı geriçi sinfin qolçusudur
Sağçı bilikləndirməz ki, uyudar
Faşist yetişdirən beyin eyidər.
21.11.2009