Çap

91 - Görəsən Güntay bəyi kim sapdırdı?

Görəsən Güntay bəyi kim sapdırdı?

- “... Şuurun kitapları olmalıdır. ... tarixin yaradıcısı

  duyğu və elmin yaradıcısı ağıldır. ... duyğulara hədəf

  bəlli edən ağıldır. fəlsəfi və elmi ağıl. ...”  

Güntay Gəncalp

 

 - Əhməd bəy Obalının alim və teorisiyən adlandırdığı

   Hidayət bəy Sultanzadələrin kiloluq yazılarında axtarsanız,

   Güntay bəy Gəncalpın yuxarıdaki neçə sətirlik yazısında

   olan uyarıcı bilgini bula bilməzsiniz.

   Çünkü hədəfi bəlli edən fəlsəfi və elmi ağılların fərqli

   (Yıxıcı, yapıcı. Devrimci, reformist) olduqlarından doğan 

   ideolojik savaşlar federalist Türklərin işlərinə gəlməz.

   Çünkü ideolojik savaş haqsızın haqsız olduğunu sübut edər.

   Elə ona görədir ki, federalist Yunis bəy Şamlu deyir:

   “Bizim sizinlə işimiz yox, sizin də bizimlə işiniz olmasın”.

   (Ölünü öz halına buraxsan, kəfənini batırar.)   

Baltacı Araz

 

- “... Radikalizm düşüncə ilə işi olmaz. Radikalizm ideoloji

  heyranıdır. İdeoloji isə düşündürməz. Eyləmə (faaliyyətə)

  sövq edər. ...”. “Biziə lazim olan ideoloji deyil, düşüncədir.

  Milli dildə fəlsəfə və bilgi lazimdir. Məsələn Tehranda (san-

  sorçu Tehranda – Araz) bir tarix kitabı, bir fəlsəfə vəya şer

  kitabı neçə min tirajla çap edib ölkə genəlində yayan bir insan

  millətin uyanışına təkan verir...”.      Güntay Gəncalp

- Şüur gömən Güntay bəy deyir ki, nə yazsan yaz, türkcə yaz!

  Mən də dərisi soyulan məcazı soğanın çox yorumlu şerini yazdım

  ki, fərqlı dəyirmanlı yozuçuları fərqlı düşündürəm:

 

  Xəccə Sultan qab-qaşığı yuyanda,    (< 11 / 4 – 4 – 3)

  Xatın nənə soğanları soyanda,           (< Qaydalı “şer” oldu.)

  (Soğan şorbasını yeyib-doyanda,)    (< “Şer” yox, mer oldu.)

  Soğan ətdən, ət soğanda doyanda,    (< Bax, bu oldu “şer”.)

  Uğraşdıran Güntay bəyi yad eylə!  (< Şer şüur “gömər”.)

  İdeoloq düşmənini şad eylə!           

Baltacı Araz

  ideoloji:

  Siyasi veya toplumsal bir oğreti oluşturan, bir hükumetin,

  bir partinin, bir gurupun davranışlarına yön veren politik,

  hukuki, bilimsel, felsefi, dini, moral, estetik düşünceler

  bütünü. ... - Türkçe Sözlüğu Türk Dil Kurumu – Ankara

  Alparsalan Türkeşə bənzəmək istəyən (Güntay bəy)

  Gəncalpın antidemokratık düşüncələri ilə siyasiləşməyə

  qarşı düşüncələrini çürüdmək gərəkir.

 

1089

Fəlsəfə milli-demokrat Türk edər

Milliləşən özünü büyük edər

Demokratlaşan kefini kök edər

Başqa Türk varmı ki, Türkü büt edə,

Araz qədər milli-demokrat edə?

1090

Sinfi ideoloju bir sinfindir

Ya məzlum sinfin, ya zalım teyfindir

Onlardan birinə aid səfindir

Sinfinin düşməni Güntay yəy Gəncalp

Millətinin də düşməni olub lap:  

1091

Milli ideoloju millətindir

O millətə mənsub külliyyətindir

Təmsil etdiyi milli dövlətindir

İdeoloju öyrəti tümüdür

        1- Zərurətləri bəlirdən Əmidir

        2- Kini siyasiləşdirən Əmidir

        3- Davranışlara yön verən Əmidir

 

  “Əslində bizim bir tək probləmimiz var, o da ana

  dilində yazıb oxumaqdan məhrum olmadır. ... oysa

  bir federal bir struktur içərisində öncə ana dilimizdə

  yazıb- oxuma təcrübəsinə sahib olmakıyıq. Heç olmasa

  20-30 il federal bir yapı

   içində yaşamaq, həm güney Azərbaycanda milli bir kimlik

  oluşar, həm iranın dəyişik yerlərində yaşayan türklərdə ...”     

Güntay Gəncalp

 

  “Federalçıların istiqlalçılara üstünlükləri günümüzdə

  ondan ibarətdir ki, onların istəkləri iranın sosyal və tarixi

  gərçəklərindən qaynaqlanır. İstiqlalçılar isə Bakıdan açılan

  pəncərədən dünyaya baxırlar.”     Güntay Gəncalp  

 

  “İstiqlalçı dostlarımız ideolojik düşünürlər. Onların düşüncələri

  mikro muhitin məhsuludur. Onların milli bilincimizin artışında

  etkiləri çox zəyifdir. ... Ayrıca onların milli uyanışda nə rolları

  var ki? 4-5 təcrübəsiz cavandır .Qaçıb xaricədə şuar verirlər.”   

Güntay Gəncalp

 

  “İstiqlalçı zihniyətin nə kitabı var, nə doğru-dürüst kadrları var.  

  İstiqlalçıların müarifçilik baxımından qətiyən rolları olmamışdır.

  Bir istiqlalçı deyin ki, tariximiz üçün lazim olan bir ədəbi əsəri,

  siyasi, fəlsəfi, tarixi əsəri ki kitablaşdirib və millətin mütaliəsinə

  sunmuşdur.”                                         Güntay Gəncalp

 

Araz minlər beytli əsər sunub

Xəstə Güntay Gəncalp da onu danıb

 

Araz Türkə fəlsəfi məktəp sunub

Anlaya bilməyən Türk onu danıb

 

Araz Türkə devrimçi əsər sunub

Geri düşüncəli Türk onu danıb

 

Araz Türkü Türk edən əsər sunub

Kölə zehniyyətli Türk onu danıb

 

Araz bağımsız qılan əsər sunub

Milli haqq satdıran Türk onu danıb

 

Araz sekular edən əsər sunub

Siyasətdə dinçi Türk onu danıb

 

Araz insancıl edən əsər sunub

Antiqadın erkək Türk onu danıb

 

Araz uyqarlaşdıran əsər sunub

Vəhşilikdən yana Türk onu danıb

 

Araz çözümləməli əsər sunub

Gərçəklərdən qorxan Türk onu danıb

 

Araz səbəbi bulan əsər sunub

Düşməni gizlədən Türk onu danıb

 

Araz kadro eyidən əsər sunub

Müqəllitsiz qalan Türk onu danıb

 

Araz rekordu qıran əsər sunub

Bu səbədən qısqanc Türk onu danıb.

 

  “Milli uyanışımızın duyğusal mərhələsidə quzey Azərbaycanla

  birləşmək istəgi öncəlik daşıyırdı. ... uyanışın əqlı (yön verici – Araz)

  mərhələsində quzey Azərbaycan məsələsi ikinci plana gedir. ... 

  Duyğusal mərhələdə daha çox azərbaycançılığa (Dil məsələsinin 

  çözümünü də içərən torpaq məsələsinin həlhi = İstiqlal və

  bütövləşmək - Araz) meyil edildi. Ussal(əğlı) mərhələdə isə

  türkçülüyə (dil məsələsinin həlli = federalizm - Araz) təmayul

  ortaya çıxdı.                                    Güntay Gəcalp

 

1092

Güntaya cəhl yedirən irançıdır

Milli duyğusu azərbaycançıdır

Duyğusu yox ki, cəhli yalançıdır

Güntayı qeyrətsiz ağlı sapdırdı

Paniranist edən Farsa qapdırdı

 

  “Bizim irandaki mücadiləmiz türkçülük mücadiləsidir.

  azərbaycançılıq deyil.

  Müntəziri(Ayətollah Məhəmməd Hüseyn)də bunu doğru anladığı

  üçün fitvasında “Azərbaycan” sözü keçmir, doğru və haqlı olaraq

  “türk” yazılmışdır.”                                    Güntay Gəncalp

  “..., o zaman biz iranın parçalanmasının önünü almağa çalışmalıyıq. ...

  yəni federal irana doğru”                           Güntay Gəncalp

 

1093

Güntay bəyin ağlı Müntəziridir

Ölçən şahıdır, biçən vəziridir

Dil onun, torpaq bunun nəziridir

Güntay irançı təkin xain çıxdı

Öz əli ilə öz evini yıxdı

 

   “... Bölgə və dünya gücləri iranın parçalanmasını istəmirlər.

  Məsələn bölgənin ən etkili dövlətlərindən bir olan Türkiyə iranın

  parçalanmasını istəmir. Biz də güney Azərbaycanda və iranda

  yaşayan türklər olaraq iranın parçalanmasını istəməməliyik.”  

Güntay Gəncalp

 

  “Federal iranın bir parçası olaraq qalmalı və təbriz mərkəzli

  hükumətimiz olmalıdır. ...

  Yerəl azərbaycan hükuməti iranın müxtəlif yerlərində yaşayan

  türklərin eyitim soronlari ilə ilgilənəcək. ...

  Yəni iranda boy göstərən bir türk varlığı quzey azərbaycanı və

  türkiyəni bəsrə körfəzinə bağlayacaq. ...

  Türkiyə bütün azad dənizlərə yol tapacaq. ...İran parçalansa,

  türkiyə də parçalanar. ... Türkiyə parçalansa, biz tarixdən

  silinərik.”                                       Güntay Gəncalp

 

  “Açıq dənizə yolu olmayan bütöv-azərbaycannın da bir anlamı

  qalmaz. Bu üzdən də bu bütöv-azərbaycan da məzmununu

  dəyişdirmək lazimdir. Onun içindəkilər reallıq dışı biliklərdi.”

Güntay Gəncalp

 

  “Biz geniş miqyaslı düşünməliyiq. İmperaturluqlar quran

  bir nəslin övladlrı kimi düşünməliyiq. Bu üzdən də ilk mərhələdə

  iranın parçalanmasının önünü alıb və federallaşmasına özənməliyik.”  

Güntay Gəncalp

 

        Ya kölə edir ki, ağası ola,

        Ya kölə olur ki, darğası ola.    - B. Araz

 

  “İndiki iranın varisi ... əslində biz olmalıyıq.

  Çünkü bu coğrafiyanın siyasi keçmişi ta eskilərdən

  bizə ayid.”                               G. Gəncalp

 

      

Güntay bəy faşıstin büynüzü olmaz,

Haqsızın savunmağa sözü olmaz.      - B. Araz

 

Başqa millətlərin milli haqlarını öldürənə FAŞİST deyərlər.

 

1094

İçiboş sözlərə inanan Güntay*

Qoyduğu əməklərini etdi zay

Dedi iranda qalmalıdır butay

(Bəsrə körfəzinə əl tapa otay)

Türkləşdirməlidir irantürkünü

Körfəzə daşıya türkün yükünü

 

      *- İnternasional “əntər” etdi Türkü,  (... meymun)

         Ki daşına nasional Farsın yükü.

1095

Güntay bəy Rüstəm bəyin lap özüdür

İrana satdığı yurdu “qızı”dır

Satdıran ... Müntəzirinin sözüdür

Deyir dil haqqını ver ki, sapmasın

Yəni reform et ki, devrim yapmasın

Çapdığın yurdu irandan qopmasın  <

 

*- İdeoloq olaraq Türk İmperatorluğuna məşrutə devrimini

    yedirən kommunist Heydər Əmoğluya çamır atan irticaçı

    Güntay bəy Gəncalp sonunda Fars casusu çıxdı və islam

    dininin dəyərlərini müqəddəs saydığı üçün Ərəb casusu

    olduğu da ortaya çıxacaqdır.  (Ərəb casuslarını tanıyın!)

 

1096

Güntay bəyi mikro mühit böyüdüb

Milliləşməmiş zehniyyət eyidib

(Sinfiləşməmiş zehniyyət eyidib)

Devrimlərin zərərinə uyudub

Bağımsızlıq devrimin məhsuludur

Federalizm reformist Türkün yoludur

(Federalizm paniranizmin yoludur)

1097        (okur = oxuyucu)

Federalist ilə Araz hesaplaşıb

İstiqlalçı şüuru kitaplaşıb

Okurlarının gücü aşıb-daşıb

Federalizmi ala bilən güc ilə

Bağımsızlıq alına bilər elə

Yoxsa əməkləri verilər yelə

1098   *- Köləçisinə kölə qalmaq

Füzulunu oxuyan Güntay oldu

O Güntay ki, qayələri zay oldu

Dinçı* ilə irançıya tay oldu

İstiqlal lazımdır yurda qadına  <

Ki çata iran Türkünün dadına

1099

İran Türkünün öz yurdu Turandır

.. Türkiyəmiz ilə Azərbaycandır

Türkü asimilə edən İrandır

İrandan ayrılmayam milli deyil

Kimliksizə kimliyi bəlli deyil

1100

İran Türkünə Fars yazqı yazacaq

Farslaşdırdıqca kökünü qazacaq

Türkün yazdığı yazqını pozacaq

Türk dilində eyitim görmüş Türkü

İşsiz qoyacaq ki, iş verə Makı

1101

İran Türkü asimilə olubdur

Türkçülüyü saralıdır solubdur

Çarəsini farslaşmaqda bulubdur

Türk dilində eyitim görsə belə

Dövləti türkçü olmaz ki, iş verə

1102

Sürüdən ayrılanı qurd qapıbdır

Çünkü qurdun yurdunda iş tapıbdır

Azərbaycançılığından qopubdur*

Qovulacaq yeri Azərbaycandır

Qovulmadığı sürəcə İrandır

 

 - Farsistan Türkü etnik olduğu üçün bu gün irançı və İran

   parçalandıqdan sonra farsistançı olmalıdır. Necə ki, Azərbaycanın

   qeyri Türk etnikləri də ancaq azərbaycançı olmalıdırlar.

 - Türk milləti ilə Türk etniklərinin ortaq istəkləri ancaq dildir.

 - Ayətullah M. H. Müntəzirinin fitvasında da azərbaycançılıqdan

   yox, bəlkə Farsistan Türklərinin dil haqqından söz gedir.

 

1103           (budun = xalq)

Hər kəs qullanar öz istedanını

Ki qurtara yurdu ilə ... qadını

Dadızdıra istiqlalın dadını

Bulunan bulmaca sevməz ardını

Yormaz işarədən qanan budunu

1104   *- Məktəbin əskikliyi olmaz.

Güntay bəysiz də Türkün Arazı var

Arazından yetərincə yazı var*    (Arazizm)

Arazizmi yayana niyazı var

Güntaya deyəcək sözüm qalmadı

Təkrarın heç bir yararı olmadı. 

                            05.11.2009