Çap

90 - Bəxtiyar gəl gör nə edir “şah”ımız?

Bəxtiyar gəl gör nə edir “şah”ımız?

1083

Bəxtiyar gəl gör nə edir “şah”imiz?

Görəsən “hara gedir sabahımız?”

Necə yuyulacaqdır günahımız?

Qarabağı işqal etdirən Rusya,

Qoymaz ki, qurtara qurduğu mafya

1084

Rusya Azərbaycanda höküm sürür

Qurduğu mafyasına plan qurur

Türk soylu mafyası xalqımı burur

Türk soylu Rus mafyası rütbə alır

Çünkü qeyrət qırımı yola salır*

1085   Yaltaq Bəxtiyarların məhsulu bu olar.

Türk soylu Rus mafyası deyir ki, sus

Susa bilmək üçün qeyrətini as

Yoxsa məndən yox ki, qeyrətindən küs

Bir milyondan artıq qaçqın çürüyür

Çünkü qeyrətsizlik yurdu bürüyür*

1086

On altı il şahlıq edən sülalə

Qaçqına çəkdirir ah ilə nalə

Özü mey içir piyalə-piyalə

Vergilər ilə çaldırır oynadır

Garabağın ürəyini göynədir

1087

Bir gün Dərbənd gedir, bir gün Borçalı

Bir gün göyçə, bir gün Zəngəzur çölü

Bir gün Qarabağ adlanan mahalı

Belə getsə yazıq Xoya, Makıya

Ki lənət oxuyacaqlar Bakıya

1088

Qarabağı savaş qurtaracaqdır

Silah ilə geri qaytaracaqdır

Vergi verən davar otaracaqdır

Silahdan başqa hər şeyimiz vardır

Düşmənimin düşməni mənə yardır

Yurdumun düşməni çaroğlu çardır.

 

İlgili bilimlər ilə bilimsəl fəlsəfədən anlama-

dıqları üçün şeirlərimi şüar sanan inkarçı və

boykotçu bəy əfəndilər!

 

Arazın şeirinin yükü gərçəkdir,

Bilimsəl olduğu üçün göyçəkdir.

 

Sömürüçü ruhun kökünü qazmaq üçün de-

məliyəm ki:

Arazdan öyrəndiklərinizin dışında sunmağa

nəyiniz var? Nə sundunuz?

Arazdan öncəmi? Sonramı?

14.10.2009