89 - İlhamı deviren qurtarar yurdu
İlhamı deviren qurtarar yurdu.
İkisindən birini seçməliyik:
Ya Qarabağ,
ya da Türk soylu Rus mafyası.
1076
El-oba qurban verilməz düşmana
Yası unutduran tara kamana
Səbir aşılayan dinsəl imana
Hərəkətin məhsulu bərəkətdir
İtirilən tar deyil, məmləkətdir <<<
Xainlər bir-birlərini sevərlər,
İş başında qalmaq üçün övərlər. (İs. şivəsi)
İnanmasanız, yasımızda toy tutan Əlibaba
müəllim Məmmədovlardan sorunuz!
1077
El-oba qurban verilməz boş sözə
Boş söz istər ki, qurtarıcı dözə
Dözümün ömürü yüksələ yüzə
Yüz ildən sonra deyələr qoy çix get!
Sınanmış sınanmazı təcrübə et!
1078
El-oba qurban verilməz liderə
Rus mafyasının başçısı Heydərə
Ki uğradıbdır bugünkü qədərə
Elçibəyi devirə bilən ordu
İlhamı devirsə qurtarar yurdu
1079
El-oba qurban verilməz rifaha
Rifah üçün batmaq olmaz günaha
Qarabağsız nə gərək vardır şaha
Pul-para şah təkin gəldi gedərdir
El-oba dəyişməz milli qədərdir
1080 *- On altı illik “atəşkəs”ə
El-oba qurban verilməz “barış”a*
Geri qaytarmayan istər barışa
Geri qaytaran gərəkdir savaşa
El-oba hər millət üçün namusdur
Namusunu qorumayan dəyyusdur
1081
El-oba qurban verilməz özgəyə
O özgəyə ki, hakimdir bölgəyə
Yurdumu bölübdür tikə-tikəyə*
Yurdumun göbəyindəki Xankəndi
Yurdumdan ayrıla bilməz əfəndi
*- Dərbənd, Borçalı, Göyçə, Zəngəzur, İrəvan, ...
1082
Rusyaya Türk soylu külfət lazımdır
Həmzə təkin tülkü sifət lazımdır
Bizim üçün müxalifət lazımdır
Otaydakı bugünkü “müxalifət”
Nə kəmmiyyət qazanıb, nə keyfiyyət.
12.10.2009