88 - İç düşmən dış düşmənə qulluq edər
İç düşmən dış düşmənə qulluq edər.
Dış düşmən budaqdı, iç düşmən kökü,
Türkdən başqa kimsə yenmədi Türkü.
1070
Aydın kəsim toplumun motorudur
Xalqını xəstə edən qoturudur
Qotur yazarı, qotur aktorudur
Aydının da qoturu ölçüb-biçər
Həm də bulağın gözündən su içər
1071
Para ilə rütbə paylayan Bakı
Qotur aydınlara daşıdır yükü
Ki xəstə edələr Türkoğlu Türkü
Rütbə üçün savaşan aydın çoxdur
İç düşmənə qarşı savaşan yoxdur
1072
İç düşmən dış düşmənə qulluq edir
Dış düşmənin getdiyi yolu gedir
Bugünkü iç düşmən Rus mafyasıdır
Rus mafyası xalqımı ağlar quyub
Erməni işqal edib, Rusya soyub
1073 *- Deməyin demədilər
Olmaz ki, işqal etdirə yudumu
Qoymaya silahlandıram ordumu
“Minsk” də dərman etməyə dərdimi
Rus mafyası qovulmasa yurdumdan
Heç nə bəkləməməliyik ordumdan*
1074
Türkiyə on altı il yardım etdi
Ümidi üzüldü, səbiri bitdi
On altı ildən sonra “çıxdi-getdi”
Hansı yaş qurunun oduna yanar,
İşqal etdirən düşməni dost sanar?
1075 *- Boykota son!
Xalqım əyri ölçüb-biçməsə idi
Namussuz deputat seçməsə idi
Rus mafyası başa geçməsə idi
İşqal olmuş Qrabağ qurtulmuşdu
Qarın yırtanın qarnı yırtılmışdı.
11.10.2009