Çap

87 - Ordumuzu göndərin pambıq əkə

Ordumuzu göndərin pambıq əkə.

(Dünyanın ən rəzil ordusu kimdir?)

        (Sanki bilən yoxdur!)

     (Sanki göz önündə deyil!)

    (Utanmaq da yaxşı şeydir.)

1064

Əskərim sən də vergidən yeyirsən

“Yurdumu qurtaracağam” deyirsən

Həm də özünü boşuna öyürsən

Ya əskərlik məsləyini seçməzdin

Ya da iş görmədən yeyib-içməzdin.

1065

Qeyrətsiz əskər xalqa nə öyrədər?

Qeyrətsizlik ölkədə nə törədər?

Qeyrətsizlik varlığımı çürüdər.

Əskərlik qeyrəti olmayan yurddaş

Başka iş bulmalıdır ki, edə baş

1066

Çünkü əskər haqda götür-qoy olur

Mənim övladım da sizə tay olur

Verdiyim qeyrət dərslərim zay olur

Hansı işqal olmuş yurdun ordusu,

Canlandırmaz ki, dirilə “mürdə”si?

1067       *- Ağlayanı yoxdur.

On səkkiz ildir ki, Qrabağ “ölüb”*

Çünkü qoruqçusu qeyrətsiz olub

Çaldırb, oynadıb, əylənib, gülüb

Ölən maddəsi deyil ki, ruhudur   (qeyrətidir)

Öldürən Rus mafyasının şahıdır

1068   *- 991-ci bəndə baxın!

Nə ziyalı istəyir düyün aça

Nə ordu istəyir canından keçə

Nə savaş uçağımız var ki, uça

Qarabağın halına yanan yoxdur

Qarabağdan danışan baqqal çoxdur*

1069

Silahın yoxsa silahlandıran bul!

Dostuna dost, düşməninə düşmən ol!

Sən də öz dərdinə özün çarə qıl!

Ordusundan xeyir görməyən ölkə,

Deyər ordunu göndər pambıq əkə.

 

Satqın deməz ki, satqınam.

Satqınların oyununa gəlməyin!

09.10.2009