86 - Milli ideoloju birləşdirər
Milli ideoloju birləşdirər.
(İrançılıq federalistin dinidir.)
1058
Milli ideoloju birləşdirər
Lider birləşmiş səsi gürləşdirər
Hər kəsi öz yerində yerləşdirər
Lider olmaq istəyən varsa gəlsin
Lider ola bilmək haqqını alsın
1059
İdeolojumuz millətçilikdir
Hədəfimiz milli dövlətçilikdir
Asılı olmaq rəzalətçilikdir
Federalizm özgədən asılı edər*
İstiqlal öz tutduğu yolu gedər
*- Federalizm haqqında yazdığım bütün
yazılarımı oxuyunuz ki, federalist Türkün
milli olmadığının səbəblərini öyrənmək
ilə birlikdə, federal haqları ala biləcək
gücümüzü istiqlal haqqımızı almaq üçün
qullanalım.
1060
İrançılıq federalistin dinidir
Onu irançı edən Leninidir (düşünüş tərzi)
Türkü Türk edən Məmmədəminidir
Federal Rusyaya qulluq edən Türk
Bu gün federal İran üçün qoyur börk
1061
Türkün milli ideolojusu var
Onu da əlbəttə axtaran tapar
Cəhlin yolunu tutub gedən sapar
Arazizm gücdə silahımız yoxdur <<<
Onu bəyənməyən qısqanc Türk çoxdur
(Onu boykot edən iç düşmən çoxdur.)
“5- İdeolojilər xəstə adamların hızlı əyləm planlarıdır.
Fəlsəfə sağlıqlı insanların ortaq düşünməyə çağrı planıdır.
7- Heç bir fəlsəfə insanı silahlı mücadiləyə dəvət etməz,
fəlsəfədə silaha yer yoxdur.
8- Fəlsəfənin tərəfdarı olmaz, ideolojilərin tərəfdarı olar.
Tərəfdar olmaq düşünməyənlərin işidir.” Güntay gəncalp
1062
Arazizm dərdlərə çarə bulubdur
Alax-bulaxı kökündən yolubdur
Bu səbəbdəndir ki, boykot olubdur
Arazizm həm dərindir, həm də geniş
Bilimsəl sözdə ola bilməz dönüş*
*- Tez də vardır ki, antitezi yoxdur. <<<
> Var isə buyursun! <
1063 *- Həm də sadə bir dildə.
Arazizm hansı düyünü açmayıb?
Hansı qaranlığa işıq saçmayıb?
Hansı rəqibi meydandan qaçmayıb?
Hansı tərifi ilə təhlilində,*
Yanlışı var kı, qalıbdır əlində?
02.10.2009