85 - Şovenist milli şüara yer verməz
Şovenist milli şüara yer verməz.
1051
Bilim araşdırıb-bulmaq üçündür
Bulduqlarından dərs almaq üçündür
Bilikli savaşa dalmaq üçündür
Araz bilikli savaşa dalıbdır
Bulduqlarından düzgün dərs alıbdır
1052
Araz qullana bilibdir bilimi
Bulduqları oyadıbdır elimi
Həm də zəginləşdiribdir dilimi
Bilimdir ki, açıbdır düyünləri
Bənzətmə rəzil edib çirkinləri
1053 *- sinfi-milli kin ilə nifrət
Arazizm tam bilimsəl bir məktəbdir
Bağımsızlığa düşünsəl səbəbdir
(Uyqarlaşmağa fikirsəl səbəbdir)
Uyqulayanı bilimsəl qəzəbdir*
Ən çətin problemləri çözübdür
Cahil insan ona dodaq büzübdür**
**- İfşa etdiyi qondarma … “alim”lər.
1054
Savaşan kütləni başçı yönəldər
Şovenist başçı kütləni yanıldar
Manqurt Türk bu gərçəyi də unudar
Milli haqqını istəyən Türk ilə
Heç bir şovenist Fars verməz əl-ələ
1055
Gövdə ancaq beyinə qulluq edər
Beyinin göstərdiyi yolu gedər
Manqurt Türkün əməyi olar hədər
Şovenist milli şüara yer verməz
Farsistan Türkü muradına irməz
1056
Şovenist Fars zəifləmədən öncə
Azərbaycan sığınmalıdır “künc”ə
Yoxsa sağlam qalmaz açılan qönçə
Fars ilə Fars savaşır təzyif ola
Sonra Azərbaycan savaşa dala
1057
Şovenizmin kökü Farsistandadır
Şovenist yetişdirən ... Kirmandadır
Gəlir qaynağı ... Azərbaycandadır
Sömürgəçi sömürgədən qovular
Təzyif olanın burunu ovular.
24.09.2009