Çap

84 - Federalist Türk üçün dil behanədir

Federalist Türk üçün dil behanədir.

Ovlamaq üçün qardaş

   yem lazımdır.

1045   *- Satqın deməz ki, satqınam.

İrançı Türk federalist olubdur ki,

İrandan ayrıla bilməyə Makı,

Bütövləşməyə Tərbiz ilə Bakı.*

İstiqlal uğrunda savaşan eldir

Türkçü ilə turançı edən ... dildir

1046

Federalist Türk üçün dil bəhanədir

Çünkü türkçülük ilə biganədir

Sanma ki,federalist Türk divanədir,

Dil bəhanədir ki,xalqı ovlaya*   <<<

Göndərə irançi edən mövlaya

 

    *- Ovlamaq üçün qardaş yem lazımdır.

1047

Federalistin milliordusu olmaz

Silahsızın dərdinə çarə bulmaz

Qanı tökülməyən saralmazsolmaz

Qılınc gücüylə qanun uyqulanar*

Silahsız insan ancaq duyğulanar

 

      *- Haqq verilməz, silah ilə alınar.

1048

Federalistin dış bakanlığı olmaz

Çünkü bağımsız xaqanlığı olmaz

BMT üçün orqanlığı olmaz      (üyəolma durumu)

Qövməmilli-mədəni haqqverərlər

Çoxdanışsa vurubyerə sərərlər

1049      *- milli pul

Federalistin mərkəz bankası olmaz*

İthalat-ixracat damğası olmaz

... Ağır sənayidən faydası olmaz

Ağır sənayi mərkəzdə qurular**

Özgənin gəlişmə gücü burular.***

 

     **- Rusyada qurulmadımı?

    ***-Turanda burulmadımı?

1050

Federalistin qoruqçusu özgədir*

Çünkü yurdu İran üçün “bölgə”dir

Özü də zillollah təkin kölgədir

Federalist içdüşmənlərin quludur

Arazizm Türkün qurtuluş yoludur.

 

      *- Federal mərkəzə aid əmniyyət orqanı

 

Əhməd bəy Obalı!

Mən yazdım ki, oxuyub-öyrənəsən,

Federalist “dost”larından iyrənəsən.

14.09.2009