Çap

81 - Başçisiz kütləni düşmən yönəldər

Başçisiz kütləni düşmən yönəldər.

Ay Günaz Tv-də çıxış edən əfəndilər!

  Öyrənmək istəyən inadçı olmaz.

1004   *- Əhməd bəy Obalı deyir.

Mən də yabancı fikirlər duyuram

Duyduqlarımı taxçaya qoyuram

Birini istərdim sizə “buyuram”

Deyirlər ki,: “Başçı otursun evdə”

“Ayaqlansın başçısız qalmış gövdə”*

 

(Musəvi-Fars qiyamı ərəfəsində)

Ağıla bax, ağıla!

Südü yoxdur sağıla,

Arazı boykot edib,

Yer veribdir nağıla.

1005

Çoban başdır ki, gövdəsi qoyundur

Əzilən gövdədə toplanan kindir*

Gövdəni bilikləndirən beyindir

Türkün milli gövdəsi çox güclüdür

Beynini həbs edən Türk çox suçludur

 

  *- Devrimə gərəkən kinləri eşqə dönüşdürənlərdən biri də

      feodalizmə qulluq edən antitürk Şəms Təbrizidir.

**- O milli-demokrat beyinlərdən biri də, Baltacı Arazın

      yazılarıdırlar ki, Günaz Tv-nin iştirakçıları da boykot

      ediblər ki, üzü qaralıq kömürə qala. Əlbəttə ki, o irticaçı

      beyinləri radikalizə edən, yaxud don dəyişdirməyə

      zorlayan arazizmin etkisini tariximiz də unutmayacaq.

1006

Gövdəni başsız qoyarlar ki, aza

Qullanan özgə ona yazqı yaza

Milli hərəkətinə qəbir qaza

Düşmən özünü dost kimi tanıdar

Başçısız kütləni düşmən yönədər

1007

Çünkü İran bölünməyə boyludur

Demokrat Kirmanli deyil, Xoyludur

Qullanan Türk deyil ki, Fars soyludur

Demokrası parçalayar İranı

Ayırar İrandan Azərbaycanı

1008

Fars ilə Fars barışar Türkə qarşı

Dərinlətməz başlatdığı savaşı

İstər quyruq edə ki, ola başı

Savaşı dərinlədən şüarlardır

Gövdələri yönəldən başçılardır

1009

Fars oyuncaq olub Rəfsəncanıya

Ki hakim qıla azərbaycanlıya

Ölkəsi altın ilə mərcanlıya

Budur Farsın “xeyri” Azərbaycana

Qatılma Fars yaradan ... həyəcana

1010

Sən də baş qaldırmalısan Fars təkin

Yoxsa məhsul verməz əkdiyin əkin

Lakin Fars qulluqçularından çəkin!

Şüarın həm milli şüarlar olsun

Həm də demokrası şəklini bulsun.

19.06.2009