Çap

80 - Federalist Türkün vətəni İrandır

Federalist Türkün vətəni İrandır.

Federalistsiz artardı milli gücün,

Vurulmazdı düyün üstünə düyün.

996

Federalist Türkün vətəni “İran”dır

“İran”, ... Farsistan ilə Kürdistandır

Gilan ilə “güney” Azərbaycandır

Federalist Türkə buyursa İranı*

Bombalayar “quzey” Azərbaycanı

 

    *- Neçə millətli İranı federalizə edəcək ilkələr

ilə yasalara sadiq qalacaq sistəmli düşünən

federalist Türklərdən söz gedir.

997    *- “İran Azərbaycanı”  (ha ha ha)

Federalist istər ki, İranda qala

Yazqısına özgədən onay ala

Özgə onaylayan tütəyi çala

Federalist üçün Tərbiz Tehranındır

“İran-Azərbaycanı” İranındır*

 

Bugünkü İranın əsarətində qalmış Azərbaycan.

998

Ortaqlıq istər eşit səsli ola*

İradəsiz istər kölgədə qala

Çok nüfuslu milləti hakim qıla

Çok millətli federal bir ölkədə

Az nüfuslu millət qalar kölgədə*

 

*- Çox millətli ölkədə millətlər azınlığı ilə ço-

    xunluğundan asılı olmayaraq, eşit hüquqlu

    və eşit səsli olmalıdırlar. Yoxsa nüfus sayısı

    baxımından azınlığı oluşduran millətlər is-

    tiqlal haqlarını itirmiş sayılarlar.

999        *- Kiş və mat!

Birliyi pozar üstünlük həvəsi

Rəqabətə itər Türk ilə Farsı

Qullandırar kölgədə qalan səsi

Çox səs qazanan millət yazqı yazar

Rəqibin yazdığı yazqını pozar*

1000      *- Kiş və mat!

Farsın İranda həm yayğın dili var

Həm də asimilə edən eli var

Montaj sənayisi ilə ... yolu var

Türk Fars ilə rəqabət edə bilməz

Yoxsul varlı yerişi gedə bilməz*

 

*- Hələ Farsistanın çapdığı sərvətlərin paylaşılması, təhrif

    olunmuş tariximizin yenidən yazılması bir yana qalsın.

 

Ölməz arazizminə silahlanacaq gənc Türklərin o cümlə-

dən Fars millətini milli ideolojusuna silahlandıran Firdo-

sinin çürük (antiqadın, antitürk) əsərinə qarşı qaldıracağı

davaların durdurulması ilə Azərbaycanın istiqlalı və bü-

tövləşməsinin düşmanı olan federalizmə qarşı yağdıracağı

bombaların söndürülməsi necə mümkün olacaqdır?

1001      *- Kiş və mat!

Yoxsulun nəyi var yoxsula verə?

Ki yoxsullardan yana sinə gərə

Yoxsul kölə olar ki, gedə “ər”ə

Eşit səsli yoxsul da kölə olar

Varlı rəqibin yanında yer alar*

1002

Yoxsulu “ortaq” məclisdə burarlar

Burmaq üçün“ortaq” məclis qurarlar

Rəqibi masa başında vurarlar

Azdıran federalist Türkləri tanı

Bağımsız qıl “güney” Azərbaycanı

Bütövləşə ləli ilə mərcanı

Sevinə neçə dövlətli Turanı.

1003

İrançı danışmaz Azərbaycandan

Danışsanız İran adlı zindandan

Haqq verin biz də danışaq Turandan

Fars kökənli o İran sizin olsun

Türk kökənli Turan da bizim olsun.

 

Bu yazı yazıldı tənqid edəsiz      (inşaallah)

Yoxsa göstərdiyi yolu gedəsiz  (əstəğfurullah)

07.06.2009