79 - Bakı “Ver yesin, ört yatsın.” ürətir
Bakı “Ver yesin, ört yatsın.”ürətir.
984
On səkkiz ildir ki, səbir uzanır
İqtidar ilə işqalçı qazanır
“Ziyalı” kəsim yasımda bəzənir
Rus mafyası tükətdi səbrimizi
İndi qullanmalıyıq cəbrimizi
Yoxsa qazmış olarıq qəbrimizi
985
Dövlət “Ver yesin, ört yatsın.” ürətir
Arsız-namussuz yaşamaq öyrədir <<<
Qarabağın ürəyini göynədir
Görəsən hara gedir sabahımız?
Necə yuyulacaq bu günahımız?
986 Mən də utanıram ...
Ay yurdsevər xalqım ilə millətim
Olsaydı mənim də milli dövlətim
Əsarətdə qalmazdı məmləkətim
Dövlət öncə torpağını qurtarar
Sonra əyləndirər, yaxud “otarar”
987
Rus mafyası savaş ruhu yaratmır
Çanakkala savaşını aratmır
Əyləncənin meydanını daratmır
Bakını uyudan Rus mafyasıdır
Heydər Əliyevin əşqiyasıdır
988
Bəxtiyarın dili bizə uzandı (B. Vahabzadə)
Çirkinlər onun sözündə bəzəndi
Çünkü oğluna səfirlik qazandı
Demək xalq şairi də yaltaq çıxdı
Azərbaycan yaltaq şairdən bıxdı
989
Tarçı Ramiz ... Əliyevləri öydü (R. Quluyev)
(Çünkü rütbə yeyən oğlu da doydu)
Qarabağın ürəyinə dağ qoydu
Demək xalq artisti də yaltaq çıxdı
Azərbaycan yaltaq artistdən bıxdı
990
Qoyun olmayan yerdə öyərmişlər
Keçiyə “Əbdolkərim” deyərmişlər
Dadlandırdıqdan sora yeyərmişlər
Televiziyon kanallarımızda
Öyünənlərdən bıxıb elimiz də
991 *- Azərbaycandan, Sətarxandan, ... qazanan baqqallar
Həm yazar, həm şair, həm də sanatçı*
Olublar rütbəçi, yaxud manatçı
Rütbə, yaxud pul edibdir inadçı
Rus mafyasını ifşa edən yoxdur,
Həm də bəyəndirən sevdirən çoxdur
İnanma hər “Azərbaycan” deyənə!
Ovlayan arac-ına “can” deyənə! (~ yem, vəsait)
992
Namussuzdur bu ikisindən biri
Ya dövlətin “arva”dı, yaxud “ər”i
Ki geri qaytarmayıbdırlar yeri
Namussuz deyilsə namuslu xalqım
Namussuz dövlətə yedirər zəqqum
993
Sözünü dinlə, əməlindən tanı!
Bax gör kim qoruyur Azərbaycanı?
Qurtarır işqal olunmuş Şuşanı?
Qarabağ “Minsk” qurupunun deyil ki,
“Minsk” qurupundan satın ala Bakı.
994
Öncə torpaq problemi çözülər
Sonra başqa iş peşində gəzilər
Torpaq uğrunda hər şeyə dözülər
Torpaq başqa işlərə fəda olmaz
Fəda edən milli dövlət sayılmaz
995 *- Atatürk
“Heç bir ana bir qarış torpaq doğmaz”*
Heç bir od yağan yerdə yağış yağmaz
Milli dövlət milli səsini boğmaz
Nəyin yoxdur milli dövlətdən başqa
Milli dövlət qurmaq üçün gəl aşqa.
13.06.2009