Çap

76 - Ziya bəy istər o film yayılmaya

Ziya bəy istər o film yayılmaya.

(Günaz Tv-də)

(20.05.2009-dakı çıxışına görə.)

957       *- Tanıyın bunları!

Ziya bəy deyir (1-) o film köhnəlibdir

(2-)Türkü sapdırmaq üçün köklənibdir

Sapdıran saytlara yüklənibdir

Ziya bəy istər o film yayılmaya

Namussuz adlanan Türk ayılmaya*

958

Ziya bəy Sədroləşrafi deyir ki

(3-) Xatəmiyə qarşı göstərmə tepki

(: Borax Fars “qəhbə” adlandıra Türkü)

(4-) O filimi yayan böyük düşmandır

(5-) Çalğısına oynamayın amandır.

959

Yirmi iki Maydan qorxan Ziya bəy

Deyir Əhmədinəjada vermə rəy

Türkü “qəhbə” adlandırana baş əy

Çünkü suçlayır o filmi yayanı,

Tepki göstərmək istəyən “cayan”ı.

960          *- Tanıyın bunları!

Federalist Ziya bəy Sədroləşrafi

Qorxur ki, oyana Türkün şərəfi,

Qova Azərbaycandan naxələfi,

Türkü “qəhbə” adlandıran Fars ilə,

Verməyə federalizm üçün əl-ələ.*

961      *- çürüdə   (ha ha ha)

Ziya bəy deyir (6-)burax Ermənini

(Ki işqal edib Türkün vətənini)

(7-)Qullanma düşməninin düşmənini

Ziya bəy istər suçunu çoxalda

Arazın şeirini “boşa çıxarda”*

962    “Ağıl yaşda olmaz, başda olar.”

Ziya bəyin tarixçi “savad”ı var

Tarix bilməz milli iqtisadı var

İradəsini satan qavvadı var

Siyasət tarixçinin işi deyil

Politikaçı edən yaşı deyil*

963

Ziya bəy gah nala, gah mıxa döyür

Batırdığı yolları gahdan yuyur

Qorxduğu tənqidçilərini öyür      (yaltaqlıq)

Tənqidi öyünülməyə satan Türk

Sayılarmı Atatürk təkin böyük?

20.05.2009