Çap

74 - Elçibəyin taxtından en aşağı!

Elçibəyin taxtından en aşağı!

942

Rədd ol ay şarlatan oğlu şarlatan

On altı il barmağına fırladan

Xalqımın milli gücünü korladan

Elçibəyin taxtından en aşağı

Ay atası təkin Rusya uşağı

943

Siz varsız vergidən bəslənmək üçün*

Çaldırıb, oynadıb, əylənmək üçün

Gölmək suyu təkin iylənmək üçün

Qarabağ üçün ATATÜRK lazımdır

Rusya üçün siz təkin börk lazımdır

 

      *- Yoxsa bambaşqa bir iş bulardınız.

944

On səkkiz il işqal olunmuş torpaq

Sormazmı hardaydın alçaqdan alçaq?

Nə bilsin ki, Rusya edib oyuncaq

Rusya hansı uşağının xeyrinə?

Birindən torpaq alır o birinə

945         *- İçiboş vədə

Dünya deməzmi itirən arayar?

Yurdunu qoruyan işə yarayar?

Gərəkirsə düşmənini tarayar?

Rus uşağının dünyası Rusyadır

Alçaqdan alçağın payı nisyədir*

946

Mən öyünürəm ki, Atatürküm var

Utanıram ki, lidersiz Bakım var

Yaxud Fars əsarətində Makım var

Necə çörəyini yeyib-yatırsız?

Qarabağı atəşkəsə satırsız?

947

Sənin olsaydı liderlik dəyərin

Kabab olsaydı yurduna ciyərin

Səni dəstəkləyərdi yurdsevərin

Yediyin yeyib, içdiyin içmisən

Çix-get Rusyaya ki, özün seçmisən

948

Azərbaycana ... Ecevit lazımdır

Həm vergi, həm qaz, həm nöyüt lazımdır

Kıbrısı qutaran igit lazımdır

Həm qaz, həm neft, həm vergi, həm igit var

İlhamı ancaq ki, Ecevit qovar

Silah üçün Rus rəqibinə yalvar.

17.05.2009

Mən ölümümdən qorxmayan Arazam

Doğulmuşam ki, gərçəkləri yazam

... Qarabağın probləmini çözəm

Tənqidçisini sevməz xain İlham

Həm də xalqı qorxudan Səməd Niknam*

 

*- Loristanlı Ayətullah Kərrubiyə səs verin deyən və “Məşhədinin

    xətirinə!” adlı yazının yazarından söz gedir ki, Arazın Qarabağ

    haqqında yazdığı yazıları yayanları ölümdən qorxudurdu