Çap

73 - Türkün düşməni Türkə “yazqı” yazır

Türkün düşməni Türkə “yazqı” yazır.

935

Türkün düşməni Türkə yazqı yazır

Türk əli ilə Türkə qəbir qazır

Düşməni tanıdan yoxdur ki, azır

Türk itirib Güneyi, Qarabağı

Geri qaytarılmaz geciksə çağı

936   (UN-dən amac BMT-dir)

UN bəlli edib istiqlalçını

Həm də dörd kəz qınayıb işqalçını

“Minsk” qurupu qaytarmayıb ... Laçını

BMT-yə qarşı bu “Minsk” qurupu

(Yasalara qarşı bu “Minsk” qurupu)

İçirə bilməz zəhərli şurupu

937

Antitürk Rusya istər dərdə sala

Fıransa zəiflədir ki, pay ala

Amerika göz yumur ki, dost bula

“Minsk” qurupunun sonuncu qərarı

Sübut etdi ki, kimdir kimin yarı

938

Türk düşməni deyər ki, dilənçi ol

“Minsk” qurupu təkin otarıcı bul

Qoy qanın axsın ki, həm sarar, həm sol

BMT-nin ürəyi Türkə yanır

Hansı Türk “Minsk” qurupunu dost sanır?

939

Türk ancaq qanlı savaşda qazanar

Yuxuya dalsa yuxusu uzanar

Unudqanlıqdan yasında bəzənər

Türkün bu eybini bilən Antitürk

Deyər çal oynat ki, kefi ola kök  (Qeyrətsizləşə)

940

Türkün ruhu yox ki, cismi canlıdır*

Qatili satqın azərbaycanlıdır

İfşa etməyənin əli qanlıdır

İfşa et ki, Türkün zehni durulsun

Bizi öldürsələr də Türk dirilsin

 

    *- Türk müsəlman olduğu gündən ölüb

Çünkü bəndə edənə bəndə olub

(Ərəbə, Farsa, Rusa manqurt olub)

941

Çörəyi təndirdə yapmaq gərəkir

Antitürk qonşudan qopmaq gərəkir

Düşmənə qarşı dost tapmaq gərəkir

Silah qayırmadan öncə silah al

Atatürkün daldığı savaşa dal.

 

Erməniyə verilən Rus silahı,

Türkə verilməz ki, görə sabahı.

01.05.2009