72 - Rusya ayırmaq istər Qarabağı
Rusya ayırmaq istər Qarabağı.
929
Rusya işqal etdirdi məmləkəti
Ki çökdürə bütövçü hökuməti
Hakim qıla bugünkü səltənəti
Bugünkü iqtidar Rus mafyasıdır
Bu gərçəyi anlayan siyasıdır
930
Azərbaycan bütövləşməsin deyə
Qarabağ da işqal olunub “əyə”
Həm də xəyanət olub Elçibəyə
Hədəfə çatdıran yolun tərsidir
Satqın üçün rütbə ilə kürsüdür
931
Kaşki Türkün dostu Rusya olardı
Türk də Rusyanı yaxşı dost bulardı
Silahını da Rusyadan alardı
Bizə Rus rəqibi lazımdır bugün
Ordumuzu silahlandırmaq üçün
932
Öncə silahlandıran dost bulunar
Sonra Rus mafyası taxtdan salınar
Verilməz haqlar qan ilə alınar
Qanından qorxan insan kölə qalar
Bir ömür öz başını dərdə salar
933
Rusya ayırmaq istər Qarabağı
Birləşmiş olsa Türkün solu, sağı
Sona çatsa Rus mafyasının çağı
Türkü silahlandıran Rus rəqibi
Göz önünə almalıdır ... təqibi
934
İstər Türk soylu Rus mafyası çökə
Yaxud qolçaq Fars güneydən əl çəkə
Qarabağ verilməyəcəkdir Türkə
Qarabağ qan ilə alınacaqdır
Çünkü satqın taxtdan salınacaqdır.
29.04.2009