71 - Qənirə xanım (Paşayeva) gərçəkləri danır!
Qənirə xanım (Paşayeva) gərçəkləri danır!
(Günaz Tv-dəki)
(23.04.2009 tarixli çıxışına görə.)
Torpağı verin torpağı sevənə,
Yoxsa ürək yandırın bu vətənə.
918
Qənirə xanım deyir türkcə öyrət
Diyasporamıza eleman ürət
Biz tökdüyümüz zibilləri kürət
Siyası işləri bizə buraxın*
Siz ancaq kültürəl işlərə baxın
*- Buraxdıq, nə etdiniz???
919
Qənirə xanım “savunur” Kərkükü
Ki bəlli olmaya hardadır kökü
(Ordadır ki, qaçqın etdirib Türkü)
Deyir işqalçıya qapını açma
Həm də işqal etdirən Rusdan qaçma
920
Qənirə xanım İlhamın quludur
İlhamın yolu Rusyanın yoludur
Kanıtı* sözləri yok ki, roludur
Qənirə xanım gərçəkləri danır
İşqal etdirən Rusyanı dost sanır
921
Qənirə xanım kökü bəlirtməyir
Kökü bəlirdən fikir yürütməyir
Demək ki, milli şüur ürətməyir
Lilləndirilmiş suyu durultmayır
Rusçu dövlətin sazını kökləyir
Suçları xalqın boynuna yükləyir
922
Qənirə xanım suçlu ovuclayır
Ermənidən yana Türkü suçlayır
Türkiyə ilə işi sonuclayır
Sanki Türkiyəsiz yurdum qurtulmaz
Qarın yırtanın qarını yırtılmaz
923
Qənirə xanım təkrardan doymayır
Gizi gizlədən dərini soymayır
Bilikin üstünə bilik qoymayır
Hər kəsin bildiyi sözdən söz edir
Bilmədiyini öyrətmədən gedir
(Az de, öz de, nağıl demə!)
924
Qənirə xanımın ağası Rusdur
(Ağasının başqa köləsi Farsdır)
Erməniyə deyir Türkə qan qusdur
Çünkü Türk vahid azərbaycançıdır
Başqa tür yorumlayan yalançıdır
925 *- Rusyanın siyasəti
Qənirə xanım deyir qaz sat Rusa
Qapını bağlama işqalçı Farsa
(UN-də dəstək ver işqalçı Farsa) (BMT-də)
Düşünmə Qarabağ ilə Salmasa:
Türkiyə yox ki, Azərbaycan sapsın
Türkiyə sapmış olsa hay-küy qopsun*
926 *- Sabahimiz hara gedir?
Qənirə xanım deyir qoy Rus çapsın,
Bakını sömürsün Moskova yapsın,
Qoyma Azərbaycan Rusyadan qopsun.
Erməniyə verilən Rus silahı,
Türkə verilməz ki, görə sabahı.*
927 *- Diqqət!
Qənirə xanım deyir dilənçi ol!
“Minsk” qurupu təkin “qurtarıcı” bul!
(“Minsk” qurupu təkin otarıcı bul!)
Günü günə sat ki, həm saral, həm sol!
(Qoy qanın axsın ki, həm sarar, həm sol!)
“Minsk” qurupunun sədri riskə dalmaz,
İşqal etdirdiyini geri almaz.*
928
Qənirə xanım bilir ki, qardaş Türk
Doxsan üçdən iki min doqquza dək
Qoymadı qırpına Erməni köpək
(On altı) ili (yüz altmış) il edən (əbədiləşdirən)
Nə bəkləyir namuslu Türkiyədən?!
25.04.2009