70 - Ay Qarabağa xəyanet edən Türk!
Ay Qarabağa xəyanet edən Türk!
911
Ay Qarabağa xəyanət edən Türk
Xain Heydərin yolunu gedən Türk
Əbədi şah olmağını güdən Türk
Rusya öncə atanı, sora səni
Şah etdi ki, kama çata Erməni
912
Ay ölmüş xainləri dirildən Türk
Rusyanın planını yürütən Türk
Qarabağ qaçqınını çürüdən Türk
On altı il prezident oldunuz
Hansı dərdimizə çarə qıldınız?
913
Ay Ermənidən Farsdan da alçaq Türk
Alçq Farsa qulluq edən qolçaq Türk
Köləlik üçün doğulmuş yaltaq Türk
Türkün Farsdan böyük düşməni yoxdur
Hansı Türkün antitürk dostu çoxdur?
Bugünkü Erdoğan bəyləri haqlı olaraq qınayanlar
özlərini də qınamalıdırlar ki, on altı ildən bəri işqalçı
Ermənistanın xeyrinə milli qeyrət öldürürlər.
914
Ay prezident olmaq istəyən Türk
Rusya köləsi qalmaq istəyən Türk (BMT-də)
Yurdumu dərdə salmaq istəyən Türk
Hansı Türk qulluq edər faşist Farsa?
Qarabağı işqal etdirən Rusa?
915
Ay xalqın vergisini paylaşan Türk
(Ay yurdun sərvətini paylaşan Türk)
Paylaşmaq üçün taxtda əyləşən Türk
Milli düşmənlər ilə çaylaşan Türk
Şah lazımdır ki, yurdunu qurtara
Lazım deyil ki, qarnını otara
916
Ay on altı il taxtda oturan Türk
Ölü təkin “kəfəni batıran” Türk
İşqalın ömürünü artıran Türk
Savaş başladmasan geri almağa
Nə haqqın var prezident olmağa?
917
Ay Qarabağı rütbəyə satan Türk
Şah olduqdan sonra yeyib-yatan Türk
Atası təkin günaha batan Türk
Yurdunu qurtaran ATATÜRK olar
Satqına şahlıq yox ki, lənət qalar.
16.04.2009