Çap

69 - Deyirlər Güntay ağlını itirib

  Deyirlər Güntay ağlını itirib.

Sağçı Türk heç bir iş görməyib hələ,

Ki sınaxdan çıxmış sayıla bilə.           (Unudmayın!)

 

Solçu Türklər milli haqq istəyəndə,       (1945-1946)

Sağçı Türk şahçıya olmuşdu bəndə.*     (Sağçı satar)

 

*- Şahçı ayətlullah mir Kazım Şəriətmədarıya

 

“... Bu ordunun qarşısında o zaman Təbrizin

baş mollası olan Şəriətmədari qurban kəsdi.”

“... Feodalizmi ortadan qaldırmaq milli hərəkətin

amacı olmamalı idi ...” Güntay Gəncalp

904            *- Diqqət!

Deyirlər lütfən batırma kəfəni

Pişəvəri qurtardı həm vətəni

Həm də torpaqları əkib-biçəni

Deyirəm pişəvəri plan qurdu

Torpağı qurtaran qurtardı yurdu*

905

Deyirlər düşmən ərbab uşağıdır

Belində daşıdığı qaşığıdır

Əkinçı Pişəvəri aşiqidir

Deyirəm o dövrün pisi dinçiydi   (sağçı)

Xalqın səksən faizi əkinçiydi

906

Deyirlər firəng qadınından öncə

Açdı Azərbaycan qadını qönçə

Sərbəst oldu ki, sevinə doyunca

Deyirəm qaralasan da adını  (> Cənab sağçılar!)

Pişəvərisevərdir Türk qadını   (> Türk aydını)

907

Deyirlər Firqə qurtardı türkcəni

Türkün çalındığı milli bütcəni

Öldürmədi farsa aid serçəni

Deyirəm Güntay ağlını itirdi

Yazdı ki,“Türkcəni Rusya qurtardı”!

908    (Budur Pişəvərinin fəlsəfəsi:)

Deyirlər Türk istər demokrat ola

Demokrası verə, istiqlal ala

Verdiyi xirac öz yurdunda qala

Deyirəm qansız devrim varsa göstər

Şəhid verən rəiyyət torpaq istər

Şəhid verən yoxsul xalq rifah istər

909             *- Rusyaya

Deyirlər istiqlal ordu qurdurar

Silahsızlandıran işi durdurar

İradə öldürənləri ... burdurar*

Deyirəm Firqə istiqlal almışdı

Onaylanması silaha qalmışdı*

910      (Lütfən cavablandırın!)

Deyirlər kim qaldı ki, qurtulmaya?

Hansı pərdə qaldı ki, yırtılmaya?

Hansı konu qaldı ki, dartılmaya?

Deyirəm Pişəvəri evrimçiydi

Reformist deyildi ki, devrimçiydi

20.12.2008